Cənubi Azərbaycan

İranın şimalında region

Cənubi Azərbaycan ya da Güney Azərbaycan (az.-əski. گونئی آذربایجان‎) və ya sadəcə Azərbaycan (az.-əski. آذربایجان‎) və ya bölgənin İran ərazisində yerləşdiyinə görə digər adı İran Azərbaycanı[1] (az.-əski. ایران آذربایجانی‎) — İran İslam Respublikasının şimal-qərbində, İraq Respublikası, Türkiyə Respublikası, Naxçıvan Muxtar Respublikası, Ermənistan RespublikasıAzərbaycan Respublikası ilə olan sərhədində yerləşən tarixi ərazi. İran Azərbaycanı rəsmi şəkildə 4 inzibati ərazi vahidinə bölünmüşdür – Qərbi Azərbaycan, Şərqi Azərbaycan, ƏrdəbilZəncan ostanları. Həmçinin Gilan ostanının şimalında yerləşən Astara şəhristanıKürdüstan ostanının şimal-şərqində yerləşən Bicar şəhristanının bir hissəsi bəzi tarixi dövrlərdə Cənubi Azərbaycan torpaqları sırasında olmuşdur. Bölgədə əsasən Azərbaycan türkləri yaşayır. Buna baxmayaraq, bölgənin ərazilərində kürd, erməni, tat, talış, aysorfars azlıqlar da yaşayır.

Cənubi Azərbaycan

37°36′ şm. e. 47°00′ ş. u.HGYO


Ölkə
Cənubi Azərbaycan xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya

redaktə

Sərhədləri

redaktə

Cənubi Azərbaycan İran İslam Respublikasının şimal-qərb hissəsində yerləşir. Şimalda Azərbaycan Respublikası ilə sərhədi Araz çayı, Muğan düzüTalış dağlarından keçir. Qərbdə Türkiyə və cənub-qərbdə isə İraqla həmsərhəddir. Əlverişli coğrafi mövgeyə malikdir. İstər şimal-cənub, istərsə şərq-qərb istiqamətində keçən dəmir və avtomobil yollarının üzərində yerləşir. Qərb sərhədlərindən Zaqroz dağ silsiləsi su ayrıcı funksiyası rolunu oynayır. Urmiya, Zəncan, ƏrdəbilTəbriz şəhərləri əsas inzibati mərkəz rolunu oynayır. 1992-ci ildə Şərqi Azərbaycan ostanı Təbriz və Ərdəbil mərkəzli iki ostana bölünmüşdür.

Relyefi

redaktə

Cənubi Azərbaycan əsasən dağlıq bölgədir. Yüksəkliyi 200 metrə qədər olan düzənliklər yalnız onun şimal-şərqində (Muğan düzünün cənub-qərbində) yerləşir. Qalan ərazilər isə dağ silsilələrindən və onların arasında yerləşən geniş dağ çökəkliklərindən, qalxanvari vulkan massivlərindən ibarətdir. Cənubi Azərbaycanın qərb sərhədləri boyunca uzanan Kürdüstan dağları mürəkkəb geoloji və tektonik quruluşa malikdir. Burada qədim kristalik və metomorfik süxurlar geniş yayılmışdır. Dağlar tektonik qırılmalarla ayrı-ayrı massivlərə parçalanmışdır. Onların hündürlüyü 3500–3600 metrə çatır. Şərqdəki Talış və Boqrov dağ silsilələri əsasən Paleogenin və Mezazoyun çökmə və vulkanik süxurlardan ibarətdir. Bu dağların hündürlüyü 2500–3800 m-ə qədərdir. Daxili hissənin şimal tərəfində (Marağa-Miyanə xəttinin şimalı) dağlar əsasən enlik istiqamətinə uzanmaqla, qısa silsilələrdən ibarətdir. Ərazidə vulkan məşhəlli dağlarda az deyil. Bunlardan diqqəti cəlb edən Ərdəbil yaylası üzərində ucalan, zirvəsi həmişə qar və buzla örtülü olan Savalan dağı (4821 m) və Təbrizdən cənubda yerləşən Səhənd dağlarıdır (3722 m). Ölkənin cənub hissəsindəki dağların istiqaməti şimal-qərbdən cənub-şərqədir. Onların quruluşunda Mezazoyun və Kaynazoyun vulkanik, metamorfik süxurları əsas rol oynayır. Burada mütləq yüksəkliyi 2700–3300 metrə çatan Zəncan, Rüştan, Qəfədan və s dağlar vardır. Cənubi Azərbaycanın relyefində dağarası çökəkliklər xüsusi yer tutur. Ərazinin şimal-qərbində Arazyanı (Arazbasar), şimal-şərqində Cənubi Muğan düzənlikləri yerləşir. Qərbdə Urmiya, mərkəzi hissədə Ərdəbil və Miyanə çökəklikləri vardır. Qızılüzən və Zəncan çayları boyunca uzanan dağarası düzənliklər isə cənubda relyefin böyük formalarındandır. Dağarası çökək və yaylaların əksəriyyəti Kaynazoyun dəniz, göl və dördüncü dövrün kontinental çöküntü laylarından (gil, qum, çınqıl və s.) təşkil olunub. Əhali əsasən bu geniş dağarası çökəklərdə və dağ çaylarının dərələrində məskunlaşmışdır. Kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin əksəriyyətində relyefin bu formaları ilə bağlıdır. Cənubi Azərbaycanın ən böyük şəhərlərindən olan Təbriz, Ərdəbil, Zəncan, Xoy, Miyanə və s. dağ arası çökəkliklərdə yerləşir.

İqlimi

redaktə

Cənubi Azərbaycan subtropik qurşağın kontinental bölgəsində yerləşir. Onun hər tərəfi dağlarla əhatələndiyindən hava kütlələri daxili hissələrə gəlib çata bilmir. Bu səbəbdən ərazidə quru kontinental iqlim hakimdir. Dağarası çökəkliklərdə Xəzər dənizi və qərb istiqamətdən gələn rütübətli hava kütlələrinin qarşısında ucalan kənar dağ silsilələrinin yamaclaında 800–1000 mm-dən artıq (1700 m-ə qədər) yağıntı düşür. Daxili çökəkliklərdə yağıntının miqdarı 200–400 mm arasında dəyişir. Daxili dağların qərb və şimal yamaclarında illik yağıntı 500–600 mm təşkil edir. Yağıntının ən çox düşdüyü dövr dekabr və aprel ayları ərzində düşür. Dağarası çökəkliklərdə yanvar ayının orta temperaturu −20, −30 °C arasında olur. Yayda isə temperatur 38–45 °C-yə qədər qızır.

Daxili suları

redaktə
 
Qızıl Üzən çayı — Xəlxal

Cənubi Azərbaycanda çay şəbəkəsi o qədərdə inkişaf etməmişdir. Çayların çoxu az suludur. Çoxu (kiçik çayları) quruyur. Çayları əsasən ya daxili hövzəyə (Urmiya gölünə) ya da ArazQızılüzən hövzəsinə aiddir. Bu iki iri çayda öz növbəsində Xəzər dənizinə tökülür. Araz çayının ən iri sağ qolları Cənubi Azərbaycan ərazisindən axan Qoturçay, Qarasuçay və Qırmızıçay çaylarıdır. Qarasu çayı bütün şərq hissənin (Savalan dağı və Ərdəbil çökəkliyi) sularını yığır. Cənubi Azərbaycanın cənubundan axan və ümumən ölkənin (Cənubi Azərbaycan) ən gursulu çayıdır. Quraq iqlim səbəbindən çaylar suvarma, sənaye və içməli suya olan təlabatın ödənilməsində geniş istifadə edilir. Bəzən ifrat şəkildə su anbarlarının inşası çayları tamamən qurudur. Cənubi Azərbaycanın ən böyük gölü Urmiya gölüdür. Gölün səviyəsi təətdütlüdür. Yağışlar zamanı suyunun səviyyəsi artır. Əvvəllər hətta ətraf düzənlilləri basırdı. Gölün sahəsi əvvəllər 5,8 min km² təşkil edirdi. Göl dəniz səviyəsindən 1275 m yüksəklikdə yerləşirdi. Dərinlik 16 metr təşkil etsədə hazırda azdır. Vaxtı ilə gəmiçilikdə istifadə edilirdi. Suyun duzluğu 220–280 % yüksək olur. Digər iri gölü Ağ-göldür. Göl Arazqırağı düzənlikdə yerləşir. Savalan dağının vulkan kraterində gözəl vulkan məşəlli göl vardır. Qış ayları göl donur.

Bitkilər aləmi

redaktə
 
Qaraqat Qaradağ məhsulu

Yabanı bitkilər aləmi baxımından elə də zəngin deyil. Geniş ərazilərdə yarımsəhra, quruçöl, dağ çöl və dağ çəmən bitkiləri yayılmışdır. Meşələrə kiçik talalar şəklində (əsasən qərb sərhəd dağlarında) rast gəlinir. Arid seyrək kollar dağ yamaclarında xüsusi ilə cənub-qərbdə və Zəncan dağlarının şimal yamaclarında yayılmışdır. Dağarası çökəkliklərdə yovşan-efemerli (birillik) yarımsəhralar, müxtəlif otlu çöllər və quru çöllər geniş yer tutur.

Bölgü

redaktə

Cənubi Azərbaycan əhalisinin sayı baxımından dünyada azərbaycanlıların ən kompakt yaşadığı bölgə sayılır.

Necəki biz izah edirdik, Türkmanlar ölkəsi nə İran dövlətinin əyaləti deyil, nə də onun şəhərlərindən biri deyil, buna görə biz onun haqqında əyalət kimi danışmırdıq. Lakin onlar başqa İran xanədanı xalqları arasında çox böyük əhəmiyətə malikdirlər, çünki onlar ən igid xalqdırlar və yetərincə çoxsaylıdırlar.

Oruc bəy Bayatın "Don Juan" kitabı . Bakı. Yazıcı . 1988 səh. 118

Cənubi Azərbaycan İranın inzibati bölgüsündə əsasən aşağıdakı ostanlardan ibarətdir:

Həmədan şəhəridir.

Cənub Azərbaycan əhalisi əsasən azərbaycanlılardan ibarətdir.[2][3]

Nəqliyyat

redaktə

Əsas nəqliyyat sahələri avtomobil, dəmiryol və boru nəqliyyatı geniş yayılmışdır. Bununla belə avtomobil nəqliyyatı aparıcıdır. Dəmir yolu Çulfa-Təbriz-Tehran istiqamətlidir. Digər ərazilərdə bu nəqliyyatın inkişaf etdirilməsi ya əlverişsiz şəraitdən ya da maliyyənin çoxluğu səbəbindən inkişaf etdirilməmişdir. Bu xətt 1916-cı ildə Rusiya imperiyası tərəfindən həyata keçirilmişdir. Hal-hazırda bu dəmir yolu Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən və Mehri ərazisindən keçən dəmir yolun ermənilər tərəfindən söküləsindən peresoektivsizdir. İran hazırda Ermənistan ərazisindən keçməklə Qara dənizə çıxmaq məqsədi ilə Çulfadan Mehri istiqamətində dəmir yolu tipintisini planlaşdırır. Əsas avtomagistralları isə Çulfa-Təbriz-Tehran və Astara-Ərdəbil-Təbriz yollarıdır. Boru nəqliyyatı son zamanlar inkişaf etmişdir. Buradan Naxçıvana qaz verilişi həyata keçirilirdi. Son zamanlar isə Türkiyə və Ermənistan istiqmətində boru kəmərlərinin çəkilişi planlaşdırılır.

Hava yolları

redaktə
 
ATA Airlines A320–200 təyyarəsi eniş edir.

ATA Hava Yolları Təbrizdə fəaliyyət göstərən hava yolları şirkətidir. Şirkət Yaxın Şərqə, o cümlədən Avropaya müntəzəm uçuşlar həyata keçirir.

Cənubi Azərbaycanın sərnişin və yükdaşıma xidmətli hava limanları:

Sıra Liman Şəhər Əyalət
1 Təbriz Beynəlxalq Hava Limanı Təbriz Şərqi Azərbaycan ostanı
2 Urmiya Hava Limanı Urmiya Qərbi Azərbaycan ostanı
3 Ərdəbil Hava Limanı Ərdəbil Ərdəbil ostanı
4 Zəncan Hava Limanı Zəncan Zəncan ostanı
5 Səhənd Hava Limanı Bunab Şərqi Azərbaycan ostanı
6 Xoy Hava Limanı Xoy Qərbi Azərbaycan ostanı
7 Muğan Hava Limanı Parsaabad Ərdəbil ostanı

Dəmiryolu

redaktə

İlk Təbriz dəmiryolu stansiyası 1917-ci ildə istifadəyə verilmişdir. Hazırkı tikinti ikinci Pəhləvi hökmranlığı dövründə memar Heydər Ğayçamlı tərəfindən inşa olunmuşdur. İlk qatar vaqonları Rusiyadan gətirilmişdir.

Dəmiryolu stansiyası Azərbaycan Respublikası ərazisində yerləşən Culfa rayonunun Cənubi Azərbaycana düşən payından başlanır.

Təbriz Metropoliteni 2001-ci ildən istifadəyə verilmişdir. 4-ü əsas olmaqla 5 xətti mövcuddur. El-Gölü və Lalə stansiyaların birləşdirən ana xəttin ümumi uzunluğu 75 kilometrdir.[4]

Körpülər

redaktə

Faydalı qazıntıları

redaktə

Cənubi Azərbaycanda əsasən Təbriz yaxınlığında alüminium, gümüş, qurğuşum, daş kömür, Qaradağda dəmir filizi, Zəncanda mis və mobilden yataqları vardır. Ərazilər müxtəlif tikinti materalları ilə zəngindir. Savalan ətrafında və bir sıra başqa yerlərdə müalicə əməmiyyətli mineral isti sular var.

İqtisadiyyat

redaktə

İqtisadiyyatı əsasən kənd təsərrüfatının müxtəlif sahələri, ilkin emal sahələri və bir qədərdə maşınqayırma sahələrindən ibarətdir. İri şəhərlər arasında müəyyən fərqlər vardır. Sənaye sahələri də məhz bu şəhərlərdə cəmləşmişdir. Təbriz bu baxımdan seçilir. Şəhərdə maşınqayırma, neft emalı, yüngül, yeyinti, metal emalı, şüşə istehsalı və d. sənaye sahələri vardır. Şəhərdə radioquraşdırma zavodu fəaliyyət göstərir. Burada Rumıniyanın köməyi ilə maşınqayırma zavodları tikilmişdir.

Ağır sənaye

redaktə

Ağır sənaye 1960-cı illərin ortaları yaradılmışdır. Maşınqayırma, mühərrikqayırma, poladtökmə və dəmirpresləmə mövcuddur. Burada kənd təsərrüfatı texnikalarının istehsalı həyata keçirilir. Urmiya isə şəkər, yağ, xalça və dəri məmulatları istehsalı ilə seçilir. Yeyinti sənayesinin müasir tipli müəssisələri vardır. Kustar sənətkalığın nümunələrinə rast gəlinir.

  • İran Traktorqayırma Şirkəti Təbriz şəhərində fəaliyyət göstərən traxtor istehsalatlı sənaye manufakturasıdır. Hazırda şirkət 13 adda məhsulunu onlarla ölkəyə idxal etməklə məşğuldur. Ölkənin ağır sənayesinin əsas gəlir gətirən mənbəyi hesab olunur. Məhsulları beynəlxalq miqyasda ISO-9000 sertifikatı ilə təltif olunmuş, bir sıra keyfiyyət göstəriciləri və mükafatlar qazanmışdır.
  • GoldStone Plastik Məmulatları Ərdəbildə fəaliyyət göstərən sintetik-kauçuk istehsalı ilə məşğul olan kommersiya şirkətidir. Avtomobil, təyyarə və digər mühərrikli vasitələr üçün keyfiyyətli təkər rezinləri dünya standardlarına cavab verən brend hesab olunur.
  • MST müxtəlif növ tikinti alətləri və avadanlıqlarının istehsalı ilə məşğul olmaqdadır.
  • Rəxş Xudro Dizel yükdaşıma maşınlarının istehsalatı ilə məşğul olan müəssisədir. 2005-ci ildən etibarən fəaliyyət göstərir.

Kənd Təsərrüfatı

redaktə

Kənd təsərrüfatının əsas sahələri əkinçilik və heyvandarlıqdır. Əkinçilik süni suvarmaya əsaslanır. Dənli və paxlalı bitkilərdən buğda, arpa, çəltik, novud və s. əkilir. Texniki bitkilərdən isə şəkər çuğunduru, kətan, tütün, pambıq, yağlı bitkilərdən günəbaxan, soya və s. yetişdirilir. Bağçılıq, üzümçülük, subtropik meyvəçilik inkişaf etmişdir. Badam, kişmiş ixracat əhəmiyyətlidir. Əhali bostançılıq və tərəvəzçiliklədə məşğul olur. Düzən ərazilərdə camış, dəvə, dağlarda qoyun, arı, at və barama yetişdirilir.

Qida Sənayesi

redaktə

İranın qida idxalı sənayesinin 50%-dən çoxu Cənubi Azərbaycanın payına düşür.[5] Təbrizdə əsas qida manufakturaları Şirin Əsəl, Aydın, Şəniz, Anata, BərəkətÇiçək müəsissələridir.[6] Təbrizdən kənarda da Xürrəmdarə kimi önəmli sənaye istehsalat müəsissələri mövcuddur.[7]

Antik dövr

redaktə

Miladdan 4-min il öncədən başlayaraq, Orta Asiyadan Dərbənd və Daryal keçidləri ilə yaxın şərqə el axınları olmuş və bu axınlar Azərbaycan, Zaqros(زاگرس) Dağ şərqi və qərbi ətəkləri və ümumiyyətlə İranın qərb ərazisindən keçərkən, onların bəlli el, tayfa və qollarından, əsas toplumlarından ayrılaraq, bu yerlərin müxtəlif yerlərində yurd salaraq qalmışlar.

Şumer, ilam axınları kimi tarixə məlum önəmli el axınlarından əlavə, çox ehtimal başqa axınlar və xüsusilə kiçik el, qəbilə və obalarda həmin yol ilə orta asiyadan gəlib, həmin yaxın şərq məntəqələrində yurd salıb qalmış, soydaşları yerli əhaliyə qarışaraq, xalqlar şəklində mədəniyyət və hakimiyyət qurmuşlar.

Həmin yaxın şərq məntəqəsinin şimaldan mərkəzində yerləşən Azərbaycan, Həmədan (همدان),Qum (قم),Qəzvin (قزوين),Zəncan (زنجان),Təxti Süleyman (تخت سليمان) araları yerləridə bu müxtəlif iltisaqi dilli ellər, soylar və qəbilələrin yurd salaraq qaldığı yerlər olmuşdur.

Bu gələn köçərilər etnik baxımından yaxın olmuş yerli əhali ilə qarışıb Kuti, Lulubi, Hurri, Manna, Matiyin, Kassilər, Urartu,Saspir, Kaspilər, Alban,Məskut, Sak, İşğur… toplumları və kütlələrini yaratmışlar ki, onların bəzi si zaman keçib Artdıqca, yaşadıqları ərazidə bəlli mədəniyyət və hakimiyyət qurmuşlar.

Bilavasitə Azərbaycan ərazisi və oranın cənub və cənub şərqində yerləşən Həmədan torpaqlarında M.ö 3-min illikdə formalaşan və tarixdə tanınmış ilk xalqlar KutiLulubilər olmuşlar. qutti və lullubi xalqları şimaldan kaspilər, şimal qərbdən hurrilər və mannalar, cənub və cənub qərbdə kassilər və onların vasitəsi ilə və bilavasitə ilamlarla əlaqədə olmuş və onların, habelə Şumer və Akkadlarin qurduğu mədəniyyətlə tanış olaraq onlardan etgilənmişlər.

Kuti-Lulubilər bu gün İran türklərinin yaşadığı bitişik ərazinin ən cənub bölgəsində, həmədan-əsədabad, qum, qəzvin, zəncan , marağa, təxti sülyman arasındaki ərazidə və Azərbaycanda yaşamışlar. Demək, göstərdiyimiz bu ərazini əhalisinin bu gun Türk olması olduqca qədim tarixə malikdir, daha doğrusu bu yerlərin sakinləri tarixə məlum ilk çağlardan iltisaqi dilli- əski türk, olmuş, həm də Azərbaycan və Həmədan ərazisində ilk mədəniyyət qurmuşlar.

Bu mədəniyyət hind-avropalı xalqların məntəqəmizə gəlməsindən təqribən 1500–2000 il öncə olmuşdur.[8]

Sasanilər İmperiyası dövründə Azərbaycan

redaktə

224-cü ildə İranın cənubunda yerləşən Pars vilayətinin Sasan nəslindən olan hökmdarı I Ərdəşir Babəkan Parfiya hökmdarı V Artabanı məğlubiyyətə uğratdı. Bununla da Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 226-cı ildə I Ərdəşir (226–241) özünü Ktesifon şəhərində İran şahənşahı elan etdi. Hakimiyyət Sasanilər sülaləsinin əlinə keçdiyindən bu dövlət də Sasanilər dövləti adlandırılmağa başlandı. Ktesifon şəhəri Mədain adlandırıldı və yenə də paytaxt şəhər oldu. Sasanilər Roma imperiyasına qarşı münasibətlərdə keçmiş Parfiya dövlətinin siyasətini davam etdirirdilər. I Ərdəşir Azərbaycan torpaqlarından başqa keçmiş Əhəməni torpaqlarını da birləşdirmişdi. Zəifləmiş Kuşan dövlətinin torpaqları hesabına öz ərazisini şərqə tərəf daha da genişləndirmişdi. Roma ilə şahənşah I Şapur (242–272) arasında MesopotomiyaErmənistan uğrunda şiddətli mübarizə Romanın məğlubiyyəti ilə bitmişdi.

Sasanilər sülaləsinin hakimiyyət dövründə rəsmi və qeyri-rəsmi dövlət dili iran kökənli pəhləvi dili idi. O dönəmlər bölgədə yaşayan qədim türkdilli xalqların yazı mədəniyyəti inkişaf etməmişdi. Bu səbəbdən qədim türkcə variantları əsasən şifahi formada inkişaf edirdi.

Orta Əsrlər Dövrü

redaktə

Ərəb istilası

redaktə
 
İbn Hövqəlin 10-cu əsrdə çəkdiyi bir xəritə. Xəritədə Xəzər dənizi və ətrafı təsvir edilib. Azərbaycanın sərhədləri Xəzər dənizinin boyunca əl-Bab (yəni Dərbənd) (الباب) şəhərindən Muğan (موقان) bölgəsinədək uzanır, və Araz (نهر الرس) və Kür (نهر الكر) çayları Azərbaycan sərhədləri içində verilir.
 
İdrisinin çəkdiyi xəritə (1154), Azərbaycan sərhədləri Xəzər dənizinin qərb tərəfində bəllidir

Azərbaycanın real fütuhatının başlandığı hicri 22 (643)-ci ildən çox əvvəl, İyad ibn Qənmin başçılıq etdiyi ərəb ordusunun xəlifə Ömərin əmri ilə 639-cu ilin avqustunda başlamış Mesopotamiyanın işğalı prosesində Azərbaycan ərazisinə hücum (və bəlkə də hücumlar) olmuşdur. Hücum Urmiya gölünün cənub-qərbindən başlamış və nəticədə qərb sərhədlərinin mərzbanı ilə müqavilə bağlanmışdı.

Ərəblərin Sasanilər imperiyasının Xəzər sahili vilayətlərinə, o cümlədən Azərbaycana real hücumu, yalnız 642-ci ildə baş verən fəthindən sonra Həmədana hücumla mümkün oldu. Tarixçi ət-Təbəri bildirir ki, o gündən iranlıların birliyi pozuldu. Hər vilayətin əhalisi düşmənlə yalnız öz vilayəti hüdudlarında döyüşürdü. Əl-Bəlazurinin verdiyi məlumata görə, Nəhavənd döyüşündən bilavasitə sonra ərəblər Həmədan-Rey yolu üstündə yerləşən, QumKaşanı tutdular. Bu qələbələrdən sonra qədim Midiya ərazisində möhkəmlənən ərəblər şimala doğru istiqamət götürdülər.

Xürrəmilər hərəkatı

redaktə
  Əsas məqalə: Xürrəmilər hərəkatı
 
Xürrəmilər hərəkatına rəhbərlik etmiş böyük Azərbaycan sərkərdəsi Babəkin portreti

Azərbaycanın Ərəb Xilafətinin tərkibində olduğu dövrdə həmin ölkənin ərazisində başlamış ən geniş xalq hərəkatı Xürrəmilər hərəkatıdır. Xürrəmilərin ilk məlum çıxışı 162/778-ci ilə aid edilir[9].

Üsyanın başında "Əbd əl-Qəhhar adlı birisinin" durduğu haqqında xəbər verən ət-Təbəridən fərqli olaraq Nizamülmülk üsyan başçısının Əbu Müslimin oğlu Əbu əl-Qərra olduğunu, üsyançıların "[Ə]bu Müslim sağdır. Məmləkəti tutaq!" şüarı ilə çıxış etdiklərini dəqiqləşdirir. Nizamülmülk üsyançıları "qırmızı geyinmişlər" əvəzinə, "xürrəmdinilərlə birləşmiş" "qırmızı bayraq (sorxələm) batinilər" adlandırır.

Xürrəmilərin yeni çıxışını ət-Təbəri 192/808–809-cu ilə aid edir. Nizamülmülk üsyanın "Harun ər-Rəşidin Xorasanda olduğu vaxta" təsadüf etdiyini qeyd edir. Bu dəfə İsfahan, Rey, Həmədan və b. yerləri əhatə edən üsyan, ət-Təbərinin məlumatına görə, Azərbaycanda başlanmış[10], hər yerdən gələn yüz mindən artıq adam üsyana qoşulmuşdu. Lakin Abbasi üsuli-idarəsinə qarşı yönəldilmiş bu çıxış da uğursuzluqla nəticələnmiş, "saysız adam öldürülmüş", çoxlu əsir tutularaq, Harunun Karmisindəki qərargahına gətirilmiş, onların bir hissəsi məhv edilmiş, qalanları isə Bağdad bazarında satılmışdılar.

Bu hadisədən sonra xürrəmilərin Xilafətə qarşı çıxışları ara verdi. Mənbələrdən məlum olur ki, xürrəmilərin rəhbərləri olan Cavidan və Əbu İmran bu zaman ədavətə başlamış, aralarındakı münasibətləri aydınlaşdırmaqla məşğul olmuşdular. Başçılar arasında günü-gündən artan bu çəkişmə onları, habelə onların ardıcıllarını Xilafətə qarşı mübarizədən yayındırırdı. 816-cı ilə qədər xürrəmilər mərkəzi hakimiyyəti yalnız adda-budda çıxışlarla narahat edirdilər.

816-cı ildə Cavidan və Əbu İmran açıq döyüşdə bir-birini öldürdülər: Əbu İmran döyüş meydanında, Cavidan isə aldığı ağır yaradan üç gün sonra həlak oldu. Cavidanın ölümündən sonra xürrəmilərə rəhbərlik etməyə başlayan Babək hərəkatın məcrasını tamamilə Xilafətə qarşı yönəltdi.

Babək xürrəmilərə rəhbərliyi qəbul etdikdən sonra onların mübarizəsi tamamilə Xilafətə qarşı çevrildi. Bəzi mənbələrin verdiyi məlumata görə, Babək bir vaxt islamı qəbul edibmiş və onun müsəlman adı Həsən imiş[11][12].

Xürrəmilərin əksəriyyəti Azərbaycanın və qonşu vilayətlərin kəndlilərindən ibarət idi[13][14][15]. Cavidanın rəhbərlik etdiyi xürrəmilər 816-cı ilədək Xilafəti yalnız hərdənbir narahat edirdilərsə, Cavidanın ölümündən sonra Xilafət üçün dəhşətli bir qüvvə oldular. Babək Xilafətə qarşı üsyan qaldırmaq vaxtını yaxşı seçdi. O, Əmin və Məmun qardaşlarının Xilafət taxtı üstündəki daxili mübarizələrindən istifadə etdi, çünki bu zaman ərəblərin yuxarı təbəqələrinin diqqəti Bağdaddan uzaqdakı şimal vilayətlərindən yayınmışdı. Dinəvərinin verdiyi məlumata görə, "Babək (Xilafətdə) arası kəsilməyən qarışıqlıq və çətinliklər dövründə püxtələşmişdi"[16]. iki ərəb tarixçisi — BağdadiMəsudi onun haqqında eyni fikri ifadə edir:

"O, Azərbaycan vilayətinin Bəzzeyn dağında meydana çıxdı. Orada onun tərəfdarlarının sayı artdı"

Əl-Bağdadi, səh. 251; əl-Məsudi. Tənbeh, səh. 352.

Əbu Dulaf qeyd edir ki, Bəzzdə "əl-xürrəmiyyə adı ilə məşhur olan əlmühəmmirə bayraqları təntənəli surətdə təqdis edildi. Babək buradan çıxmışdır"[17].

Orta əsr mənbələrində bildirildiyi kimi, əvvəlcə Cavidanın, sonra isə iyirmi ildən artıq Babəkin başçılıq etdiyi xürrəmilərin Azərbaycandakı mərkəzi və ya paytaxtı qala şəhəri olan Bəzz idi[18]. Ət-Təbəri deyir ki, Bəzz "Babəkin vilayəti və şəhəri idi"[19][20].

Əl-Məsudi yazır:

"Babək Azərbaycan ölkəsində olan Bəzzeyn dağlarında üsyan qaldırmışdı."

Əl-Məsudi, BGA, VIII, səh. 353

Məsudinin əsərində deyilir ki, "Babəkin ölkəsi Bəzzeyn — Azərbaycan, ArranBeyləqandadır", Bəzzeyndə Arranda, "Babəkin ölkəsində" olan dağdır[21].

Yaquta Həməvi yazır:

"Bəzz — Azərbaycanla Arran arasında bir vilayətdir"

ƏI-Yaqut, I, səh, 529.

Babək Bəzzdə xürrəmilər icmasının rəhbərliyini qəbul edən zaman, onun tərəfdarlarının sayı nisbətən çox deyildi. Bir mənbədə bildirilir ki, Babək onlara qılınc və xəncər payladı və əmr etdi ki, öz kəndlərinə gedib çıxış üçün onun xəbərdarlıq işarəsini gözləsinlər[22]. Xəbərdarlıq işarəsi veriləndə, Babəkin ardıcılları kəndlərdə ərəblərin və onların ətrafındakı adamların üstünə atıldılar və hamısını qırdılar. Bundan sonra Babək öz adamlarını Bəzzdən uzaq mahallara göndərdi, orada da bütün ərəblər və onların yerli əhalidən olan tərəfdarları məhv edildi. İbn ən-Nədim yazır ki, Babəkdən əvvəl "xürrəmilərin dini etiqadında qətl, əzab və müharibə yox idi, xürrəmilər bütün bunların nə olduğunu bilmirdilər"[23].

Xəlifə Məmun 833-cü il 7 avqustda öldü, öz qardaşı Mötəsimi (Əbu İshaq Məhəmməd ibn Harun ər-Rəşidi) taxta vəliəhd təyin edərək, ona vəsiyyətnamə qoydu. Bu vəsiyyətnamənin başlıca maddəsi xürrəmilərə qarşı müharibəyə başlıca diqqət vermək sərəncamı idi:

"Xürrəmilərə gəlincə, onlara qarşı müharibəyə qətiyyətli və rəhmsiz bir adam göndər, ona səbrlə pul, silah, atlı və piyada qoşunla kömək et. Əgər onların vaxtı uzun çəksə, sən özün öz tərəfdarların və yaxın adamların ilə onların üstünə get"

Ət-Təbəri, III, 1163; İbn əl-Əsir, VI, səh. 158.

833-cü il, 10 avqustda Mötəsim xəlifə elan edildi[24]. və bununla da xürrəmilərə qarşı mübarizənin yeni mərhələsi başladı.

Yeni xəlifə taxta çıxan kimi birinci növbədə öz sələfinin vəsiyyətinə əməl etməyi qərara aldı. O, xürrəmilərə qarşı müharibəyə ciddi hazırlıq görməyə başladı, zira, görürdü ki, Azərbaycanın və digər əyalətlərin xalq kütlələrinin bu təhlükəli hərəkatı qarşısında daha da zəiflik göstərilsə, Xilafətin öz varlığı üçün ciddi nəticələr doğura bilər. O, bu iş üçün heç bir şeyi əsirgəmədi. Buna görə xürrəmilərə qarşı onun qoşunlarının ilk hücumu müvəffəqiyyətlə nəticələndi.

Ət-Təbərinin verdiyi məlumata görə, 833-cü ildə "Cibalda, Həmədan, İsfahan, MasabzanMehricanqazaq şəhərlərində olan çoxlu əhali xürrəmilərin dinini qəbul etdi. Onlar toplandılar və Həmədan tərəfdə düşərgə qurdular. Mötəsim onlara qarşı qoşun göndərdi; onun göndərdiyi axırıncı ordu İshaq ibn İbrahim ibn Müsəbin komandası altında idi ki, onu da (Mötəsim), həmin ilin şəvvalında (oktyabrın 20-si — noyabrın 17-si) Cibala hakim təyin etmişdi. O, zilqədə [ayında] (noyabrın 18-i — dekabrın 17-si) onlara getdi. Onun [xürrəmilər] üzərində çaldığı qələbə haqqındakı məlumat [Bağdadda] tərviyə günündə [833-cü il 25 dekabr] oxundu. O, Həmədan rayonunda [onlardan] 60 min adam qırdı, qalanları Rum ərazisinə qaçdılar[25].

M. Siriyets, məğlub edilən xürrəmilərin qalan hissəsinin Bizans ərazisinə qaçdığı haqqında belə deyir: "Həmin (833) ildə Babək tərəfdarlarının böyük bir hissəsi ərəblərin müharibəsindən cana gələrək baş komandan Nəsr ilə birlikdə Rum padşahı Feofili axtarmağa getdi və xristianlığı qəbul etdi"[26].

İbn əl İbri həmin variantı daha qısa şəkildə verir; "onun (Babəkin) sərkərdəsi Nəsr öz həmqəbilələrindən bir çoxu ilə Feofilin yanına qaçdılar və xristian oldular"[27].

Xəlifə Mötəsim Misirdə Bizans qoşunları ilə vuruşmada öz hərbi məharətini göstərən istedadlı sərkərdə Afşin Heydər ibn Kavusu[28] 835-ci il 3 iyunda xürrəmilərə qarşı müharibə edən bütün qoşunların baş komandanı təyin etdi. Xəlifə bu müharibə üçün vəsait əsirgəmirdi. Afşin ata minəndə yəni xürrəmilərlə vuruşmağa girəndə — gündə 10 min dirhəm, hərbi əməliyyat olmayanda isə 5 min dirhəm pul alırdı[29][30][31].

835-ci il Afşin Bəzz yaxınlığında yeni istehkamlar tikdirdi. Ərəblərlə xürrəmilər arasında kəşfıyyat xarakterli vuruşmalar gedirdi. Bəzən bu, bəzən də o biri tərəf müvəffəqiyyət qazanırdı[32][33]. Bu yerə yaxşı bələd olan xürrəmilər ərəb qoşunlarının təchizat yollarını tutur, ərzaq və silah karvanlarını ələ keçirməklə ərəbləri çətin vəziyyətdə qoyurdular, çünki "karvanda olanların hamısını məhv edirdilər". Nəticədə Afşinin qoşunları daim aclıq və susuzluqdan əzab çəkirdi, "cismən və ruhən məğlub olurdu"[34][35].

836-cı ildə Həştadsər dağı yaxınlığında xürrəmilərlə Buğa əl-Kəbirin başçılığı altındakı ərəb ordusu arasında vuruşma olmuşdu. Təkəbbürlü Buğa, Afşinin əmrinə etina etməyərək, şəxsən xürrəmilərlə vuruşmaq qərarına gəlmiş və bunun cəzasını görmüşdü. Əvvəlcə Babək Buğanın min nəfərlik ərzaqdaşıyan dəstəsini məhv etdi, əsir aldığı ərəblərdən ikisini seçdi və baş vermiş əhvalatı Afşinə söyləməyə göndərdi[36][37]. Buna baxmayaraq, Buğa öz ordusunu xürrəmilərə qarşı hərəkətə gətirdi; xürrəmilər isə ərəbləri izləyirdilər; dağ cığırlarından keçib gücdən düşən ərəblər təpələrdən birinə qalxmağa başlayanda xürrəmilər hücum edib onları mühasirəyə saldılar və ərəbləri onlar üçün əlverişli olmayan şəraitdə vuruşmağa məcbur etdilər. Buğanın ordusu məğlub edildi, bir neçə sərkərdə öldürüldü. Buğanın özü isə qaçdı. Xürrəmilər bütün ərəb ordugahını, pul və silahları ələ keçirtdilər[38][39][40]. Bu məğlubiyyətdən sonra Afşin öz qoşunlarını Bərzəndə çəkdi.

Afşin Babəklə mübaribənin axırıncı ilində Təbəristan hakimi Məzyərlə olduğu kimi gizli danışıqlar aparırdı və məqsədi Xilafət hakimiyyətini məhv etmək idi. Lakin Afşinin Babəklə birlikdə qəsd düzəltməkdə iştirakı yalnız Məzyərin və Afşinin özünün mühakiməsində aşkara çıxdı. Belə bir qəsdin mövcud olduğunu ərəb mənbələri də təsdiq edir. Əbu Mənsur əl-Bağdadi bildirir ki, Afşin "Babək ilə gizli qəsd düzəltmişdi". Mötəsim Afşini Babəkə qarşı müharibəyə göndərəndə "belə düşünürdü ki, o müsəlmanlara səmimi münasibət bəsləyir. Gizlində isə o [Afşin] Babəklə əlbir idi və ona qarşı müharibəni uzadırdı və müsəlman qoşunlarında çatışmazlıq olduğunu ona hiss etdirirdi, o da [Babək də] düşmən qoşununun çoxunu məhv edirdi"[41][42]. Yalnız xürrəmilərlə müharibə qurtardıqdan sonra "xəlifə, Afşinin satqınlığını və Babəklə müharibə zamanı onun müsəlmanlara xəyanət etdiyini öyrəndi"[43].

Lakin Xilafətə qarşı əlbir əməliyyat keçirmək barəsində Afşin, BabəkMəzyər arasında gedən gizli danışıq və yazışmalar bir nəticə vermədi, odur ki, Afşin də özünü tamamilə ifşa etməmək üçün Bəzzə hücum etmək əmrini verməyə məcbur oldu. Cəfər əl-Xəyyat, Əbu Səid və Buxaraxudatın sərkərdəliyi altındakı türk qoşunları və könüllülər qalanı mühasirə etdilər. Şəhər üçün uzun sürən vuruşma başlandı, bu zaman xürrəmilər qaladan çıxıb ərəbləri hiss ediləcək tələfat verməyə məcbur edirdilər. Ərəblər mancanaqları Bəzzin hasarlarına yaxınlaşdırdılar, işçi korpusu isə hasarları sökərək daşları çıxarmağa başladı. Xürrəmilərin bütün qəhrəmanlığı və igidliyinə baxmayaraq, ərəblərin üstün qüvvələrinin mühasirəsinə qalanın davam gətirə bilməyəcəyi Babəkə aydın olanda, o, Afşinlə şəxsi danışığa girdi. Bu danışıqlar zamanı Afşin "Babəkə aman təklif etdi, lakin o bir gün də gözləməyi xahiş edəndə Afşin elə dedi: "Sən istəyirsən öz şəhərini möhkəmlədəsən. Əgər amanda qalmaq istəyirsənsə, çayı keç" lakin o uzaqlaşdı"[43].

Babəkin amanı qəbul etməkdən boyun qaçırmasına baxmayaraq, Afşin bir müddətdən sonra onun yanına adam göndərib xahiş etdi ki, barışıq haqqında danışıqlar üçün onun yanına etibarlı bir adam göndərsin. Babəkin elçisinə o dedi: "Babəkə (bunları) söylə: hər başlanğıcın bir axırı var. İnsanın başı soğan gövdəsi deyil ki, yenidən cücərə bilsin. Mənim adamlarımın çoxu qırılmışdır, on nəfərdən biri də qalmamışdır. Sənin vəziyyətin də yəqin belədir. Gəl sülh bağlayaq. Sənin əlində olan mülk səndə qalsın, sən burada qal, mən qayıdıb gedim, xəlifədən sənin üçün bir mülk daha alıb fərman göndərim"[44].

Afşin şəhərə neftsatanlar dəstəsini gətirdi və bunların köməyi ilə şəhər 837-ci il 26 avqustda ərəb qoşunu tərəfindən alındı[45]. Afşin əmr etdi ki, şəhərin qalalarını dağıtsınlar və şəhəri üç gün ərzində yandırsınlar. "Bircə ev, bircə qala salamat qalmadı — o, hər birini yandırdı və ya dağıtdı"[45]. Babəkin oğulları və onların ailə üzvləri şəhərdə tutuldular[46][47][48]. Nizam əl-MüIkün verdiyi məlumata görə, Bəzz alınarkən 80 mindən artıq xürrəmi öldürülmüşdü[49].

Bu məğlubiyyətdən sonra 837-ci ildə Babək Sünik hakimi Səhl ibn Sunbatın mülkündə tutularaq Samirə şəhərinə gətirilir və 838-ci ildə həmin şəhərdə edam edilir[50].

Ərəblərin Azərbaycana tərəf yollarının üstündəki ilk vilayət Rey idi. Bu şəhəri tutmaq üçün ərəblər Həmədan-Rey vilayətləri ayrıcındakı Dəstəbə sərhəd nahiyəsini işğal etdilər, onun qalalarında isə hərbi qarnizonlar yerləşdirdilər. Məhz bu qarnizonlardakı ərəb əsgərləri Azərbaycana və İranın Xəzəryanı vilayətlərinə ediləcək yürüşlərə hazırlıq görürdülər.

Azərbaycan qoşunlarına mərzban İsfəndiyar ibn Fərruxzad komandanlıq edirdi. O, Bacrəvan, Mayməd, Nariz, Şiz, Məyanic və digər yerlərin əhalisindən Ərdəbildə böyük qoşun toplayıb ərəblərlə vuruşmağa girişdi. Vuruşma bir neçə gün davam etdi və ərəblərin qələbəsi ilə sona çatdı.[51][52].

Nihavənd döyüşündən düz bir il sonra, yəni 643-cü ildə, Reyin işğalı hələ tam başa çatmamış, xəlifə Ömərin (634–644) əmri ilə Bukayr ibn Abdullah və Utba ibn Farkadın başçılıq etdikləri qoşun dəstələri Azərbaycan sərhədlərini keçdilər. Ərdəbildən bir qədər aralı, Cərmidan dağı yanında İsfəndiyarın hələ yaxşı möhkəmlənə bilməmiş dəstələri onları qarşıladı. Mənbələrin məlumatına görə, bu, Bukayrın Azərbaycan ərazisində azərbaycanlılarla ilk toqquşması idi. Bir neçə gün davam edən qanlı döyüş ərəblərin qələbəsilə başa çatır. İsfəndiyar özü isə əsir düşür.

Rey yanındakı döyüşlərin ərəblər üçün müvəffəqiyyətlə başa çatdırılması, xəlifənin Bukayra kömək göndərmək haqqında əvvəlki əmrinin yerinə yetirilməsinə imkan yaradır. Sərkərdə Simak köməyə göndərilir. Çox keçmədən İsfəndiyarın qardaşı Bəhramın başçılığı altında təşkil olunmuş yeni qoşun Utba ibn Farkadın dəstəsinə hücum edir. Ərəblər bu dəfə də qələbə qazanırlar. Bəhram qaçır. Hələ də Bukayrın yanında əsirlikdə qalan Azərbaycan mərzbanı İsfəndiyar isə bu hadisədən sonra ərəblərlə sülh müqaviləsi imzalamalı olur. Bu müqaviləyə görə Azərbaycan əhalisi "imkanları daxilində" can vergisi-cizyə ödəməli idi; "qadınlar və uşaqlar, həmçinin yaşamaq üçün vəsaiti olmayan xroniki xəstələr, dünya malından heç nəyi olmayan zahidlər" bu vergidən azad olunurdular.

Yeni hakimiyyət Azərbaycanın bütün əhalisinə, "onun düzlərində, dağlarında, ucqar və sərhəd yerlərində yaşayanlarına, onların əmlakına, dini icmalarına, qanunlarına, qaydalarına aman" verməyi öz üzərinə götürürdü.

Bəlazuri isə yazır ki, "hicri 18-ci ildə Xuzeyfə ibn əl-Yəmən Azərbaycanı dinc yol ilə istila edib, Azərbaycan əhalisi adından hərəkət edən Azərbaycan mərzbanı ilə müqavilə bağlamışdır. Bu müqaviləyə görə mərzban "800 min dirhəm verməyi öhdəsinə götürdü" ərəblər isə öz tərəfindən öhdələrinə almışdılar ki, heç kəsi öldürməsinlər, əsir almasınlar, atəşgədələri dağıtmasınlar və Balasacan, Savalan və Satrudan kürdlərini təqib etməsinlər. Şiz əhalisinin öz bayramlarında rəqs etməsinə və (keçmişdə) icra etdikləri hər işi açıq görmələrinə mane olmasınlar"[53][54]. Bundan sonra xəlifə Ömər, Xuzeyfə ibn əl-Yəməni vəzifəsindən götürdü və Utbə ibn Farkadı Azərbaycana canişin təyin etdi. Lakin ərəb qoşunları Azərbaycandan gedəndən sonra ölkənin əhalisi hicri 24 (644–645)-cü ildə üsyan qaldırıb, "müsəlmanların onlarla bağladıqları sülh şərtlərinə əməl etməkdən boyun qaçırdılar".[55][56]

Abbasilər xilafəti dövründə Azərbaycan

redaktə

Əməvilər xilafətinin çöküşündən sonra hakimiyyətə gələn Abbasilər sülaləsi dövründə yeni qanunlar qüvvəyə mindi. Bir neçə adda yeni vergilərin tərtib olunması, işğalçılıq fəaliyyətini geniş vüsət alması yerli xalqın müqavimət əzmini qırırdı. Bu dövrdə Azərbaycan sakinləri də xeyli zülm çəkmişlər. Torpaqların mühüm hissəsi formal olaraq dövlətin mülkiyəti hesab olunurdu. Bunun əsasında xəzinə əkinçilərdən torpaqdan və, dövlətin suvarma sistemindən yararlanma haqqı kimi vergi yığırdı. Dövlətin torpağının bir hissəsi iqta kimi hərbi xidmətinin təminatı kimi feodallara verilirdi. Tədricən renta iqtası, torpaq iqtasına çevrildi, və, erkən həm də sonrakı dövrlərdə şərti torpaq mülkiyəti olaraq ömürlük benefisidən irsi lenə çevrildi. Xüsusi ilə torpağı, feodala məhsulun 50% və daha çox qədərini ödəmək şərti ilə, icarəyə götürən kəndlilərin vəziyəti ağır idi.

Səlcuq İmperiyası dövründə Azərbaycan

redaktə
 
Rəvvadilər dövləti[57][58]

Ərəblərin regionda mövqeyinin zəifləməsindən istifadə edən oğuz soylu türk tayfaları tezliklə bölgəyə uğurlu hərbi yürüşlər edərək əraziləri işğal etmişlər. Səlcuqlar əvvəlcə, Xorasanda məskunlaşdılar. 1038-ci ildə paytaxtı Nişapur şəhəri olan ilk Səlcuq dövləti yarandı. Səlcuqların Azərbaycanda olduğu müddətdə qədimdən ərazidə yaşayan Azəri xalqalarının öz etnik mənsubiyyətini daşıyan türk qardaşlarıyla qaynayıb-qarışması prossesi sürətləndi.

Xanlıqlar dövrü

redaktə

Güney Azərbaycanda yaranan xanlıqlar arasında Urmiya xanlığı mühüm yer tuturdu. Xanlığın əsasını Nadir şahın əmisi oğlu Fətəli xan Əfşar qoymuşdu.

Təbriz və Xoy xanlıqları Dunbuli tayfasından olan nəslin əlində idi. Çox da böyük ərazi və əhalisi olmayan Qaradağ xanlığının başında Qaradağ tayfalarına başçılıq edən Kazım xan (1747–1752) dururdu. Marağa xanlığı hələ Nadirin sağlığında burada hakim olan Əliqulu xan Müqəddəmin əlində idi. Ərdəbil xanlığını 1792-ci ilədək Nəzərəli xan Şahsevən idarə edib. 0, Ərdəbil, Xalxal və Muğandakı şahsevən tayfalarını birləşdirmiş, mahalların etibarlı idarəsini təşkil edə bilmişdi. Nəzərəli xandan sonra oğlu Nəsirəli xanlıq taxtına çıxdı.

Maku xanlığını Bayat boyundan olan Əhməd Soltan (1747–1778), Sərab xanlığını isə Şəqaqi boyundan olan Əli xan (1747–1786) yaratmışdır.

Güney Azərbaycan xanlıqları ictimai-siyasi və mədəniyyət mərkəzləri olan şəhərlər ətrafında yaranmışlar. Xanlar başlıca olaraq el-tayfa başçıları içərisindən çıxırdı.

Ərdəbil xanlığı

redaktə

XVIII əsrin ortalarında yaranmış xanlıqlardan biri də Ərdəbil xanlığı olmuşdur. Lənkəran, Qaradağ, Qarabağ, Sərab və Gilan xanlıqları ilə həmsərhəd olan xanlığın mərkəzi Ərdəbil idi. Xanlığın əsasənı Şahsevən tayfasından olan Bədir xan qoymuş və dövləti siyasi cəhətcə möhkəmləndirmişdi. Xanlığı feodal əyanlarından ibarət divanxana idarə edirdi. Mahallarda idarəçilik işləri bəylər, naiblər, kəndlərdə kətxudalar tərəfindən aparılırdı. Xanlığın 3 min nəfərlik daimi qoşunu var idi. Bədir xanın oğlu Nəzərəli xan Şahsevənın dövründə (1747–1783) zəndlərqacarlarla münasibət kəskinləşmişdi. Nəzərəli xan Şahsevən nikah diplomatiyası vasitəsilə qarabağlı İbrahim xanla dostluq əlaqələri yaratmişdi. Talış xanlığı ilə də mehriban qonşuluq münasibətində idi.

Qubalı Fətəli xan 1784-cü ilin mayında hücum edərək Ərdəbili və Meşkini tutdu. Bu hadisə Fətəli xanın düşmənlərinin, xüsusilə, Rusiyanın narazılığına səbəb oldu. Ona görə də Fətəli xan Ərdəbili tərk etməli oldu.

Nəzərəli xandan sonra hakimiyyətə gələn Nəsir xanın (1783–1808) dövründə, 1797-ci ildən etibarən xanlıq müstəqilliyini itirərək Qacarlardan asılı vəziyyətə düşmüşdü. Xanlığın fəaliyyətinə 1820-ci ildə Qacarlar sülaləsi tərəfindən son qoyulmuşdu.

Xanları

Marağa xanlığı

redaktə

Marağa torpaqlarını I Şah Abbasın ora köçürdüyü Qarabağın cavanşir elinin qolu olan müqəddəm tayfası idarə edirdi. XVIII yüzilin əvvəllərində Marağa əyalətini osmanlılar tuta bilmiş, lakin Nadirin köməyilə vəkil Həsənəli bəy əyaləti azad etmişdi. Tayfa başçısı Əbdürrəzaq ora hakim təyin olundu. O isə Nadirin siyasətindən ehtiyat edərək Bağdada qaçdığından xanlıq yenidən vəkil Həsənəli bəyə həvalə olundu. Onun oğlu Əliqulu xanın dövründə Nadirin ölümündən sonra xanlıq müstəqilləşdi. Marağa xanlığı XIX yüzilin 20-ci illərində ləğv olundu.

Xanları

  • Əliqulu xan Müqəddəm
  • Hacı Əliməhəmməd xan Müqəddəm
  • Əhməd xan Müqəddəm, 1763–1797
  • Cəfərqulu xan Müqəddəm, 1797–1811

Maku xanlığı

redaktə

Maku əyaləti Səfəvi hökmranlığı dövründə Çuxur Səd bəylərbəyliyinə daxil olan yarımmüstəqil sultanlıqdan ibarət idi. Onu bayat tayfasından olan nəsli hakimlər idarə edirdi.

Xanlığın banisi Bayat tayfasından Əhməd Sultan idi. O, xanlığın idarəsi və möhkəmləndirilməsi üçün bəzi tədbirlər gördü. Vaxtilə Nadir Şahın Xorasandakı sərkərdələrindən biri idi. Nadir şahın öldürülməsindən sonra onun arvadlarından biri ilə evlənir. Onun və oğlu Hüseyn xanın haqqında məlumat azdır. Xanlığın içində anklav olaraq Ayrımlı tayfasının 30 kənddən ibarət olan öz Avacıq xanlığı da var idi. Xanın ölümündən sonra torpaqlar oğlanları Həsən və Hüseyn xan arasında bölündü. Həsən xan İrəvanlı Məhəmməd xan Qacardan asılılığa düşdü. Hüseyn xanın Mahmudi və Əbaqiyyə mahalları Osmanlılar tərəfindən tutuldu, lakin bu mahalları tezliklə geri ala bildi. Əli xanın dövründə xanlıq möhkəmlənməyə nail oldu. Hüseyn xanın oğlu Əli xan hamının qibtə etdiyi bir xan olaraq tanınırdı. Əli xan daha sonra İslam dinindən çıxaraq Babın təlimini qəbul etmişdi. Bu xətt Hacı İsmayıl xanın zamanında da davam etdirildi. Teymur Paşa xan 1877–1878-ci illərdə xanlığı gücləndirdi. O, rus generalı Alxazovun Naxçıvan dəstələrilə birgə Təbriz üçün təhlükə yaradan Şeyx Übeydullanın dəstəsini məğlubiyyətə uğratdı. Ona yerli xalq "Azərbaycan Padşahı" ləqəbi vermişdi. Xanlığın son nümayəndəsi Murtuzaqulu xan isə 1922-ci ildə devrildi.[59]

Xanları

Əhalisi Xanlığın əhalisi Azərbaycan türkləri və kürdlərdən ibarət idi. Əhalinin 900 ailəsi Əhl-Haqq (Yərsanizm) dininə etiqad edirdi. Xalq arasında sünnilər qaraqoyunlu, şiələr isə ağqoyunlu adlanırdı. 1200 erməninin də yaşadığı qeyd olunur. Xanın əsas güvəndiyi qulluqçuları ermənilərdən idi.

Qaradağ xanlığı

redaktə

Qaradağlı tayfası Səfəvilərin hakimiyyətə gəlməsində fəaliyyət göstərdiyindən I Şah İsmayıldan başlayaraq Qaradağ vilayətinin idarəsinə nail ola bilmişdi. XVI əsrdən XIX əsrin əvvəllərinədək Qaradağ vilayətinin idarəsi irsi olaraq müəyyən nəsil üzrə olmuşdu. Onlar həm də ruhani səlahiyyətlərinə malik idi. XVIII yüzilin əvvəllərində Səfəvi sülaləsi zəiflədiyindən hakim Kazım xan mərkəzi hakimiyyətə tabeçilikdən çıxmış, şah Sultan Hüseynin ehtiramına layiq görülən rus A. Volınskini Əhərə qoymamışdı. Nadir mərkəzi hakimiyyətə tabe olmayan xanın gözlərini çıxartdırmışdı. Nadirin ölümündən sonra Qaradağ xanlığı müstəqilləşmiş, Kazım xan Qaradağ xanı olmuşdu.

Kazım xan XVIII yüzilin ortalarında Qarabağ, Gəncə və Naxçıvan xanları ilə birlikdə Şəki xanlığına qarşı ittifaqa qoşulmuşdu. Bu ittifaq məqsədinə nail ola bilməmişdi. Qaradağ xanı Qarabağ xanlığına, Kərim xan Zəndə (1761), sonra isə Ağa Məhəmməd Qacara (1791) tabe olmuşdu.

Qaradağ xanı Abbasqulu xan XIX yüzilin əvvəllərində P. Sisianova məktub yazaraq Rusiyaya sadiq qalacağını bildirmiş, lakin 1804–1813-cü illər rus-İran müharibəsində Rusiyaya qarşı çıxmışdı.

Xanları

Sərab xanlığı

redaktə

Sərab xanlığıİran ərazisində xanlıq. (XVIII əsrin 40-cı illəri — XIX əsrin əvvəlləri). Ərazisi Ərdəbil, Qaradağ, Marağa xanlıqları və Təbrizla hüdudlanırdı. Mərkəzi Sərab şəhəri.

Sərab xanlığının əsası Şəqaqi tayfasının başçısı Əli xan (1747–1786) tərəfındən qoyulmuşdur. Nadir şahın ölümündən sonra paytaxtdakı qarışıqlıqdan istifadə edən Əli xan özünü həmtayfaları arasında xan elan etdi. O, Məhəmmədhəsən xan Qacarla mübarizədə öz müstəqilliyini qoruyub saxlasa da, Kərim xanın nominal hakimiyyətini qəbul etməyə məcbur olmuşdu.

Əli xanın ölümündən sonra hakimiyyətə Sadıq xan Şəqaqi gəlsi. Sadıq xanın hakimiyyəti dövründə Sərab xanlığı yenidən müstəqilliyə nail olmuş, öz sərhədlərini genişləndirməyə cəhd göstənnişdi.[59]

Sadıq xan xanlığın idarə sistemini nizama saldı, müdafiəsini təşkil etdi. İran tərəfdən təhlükəni nəzərə alaraq xan titulu verdiyi qardaşı Əli bəyi Zəncana hakim təyin etdi. Sadıq xan Təbrizi ələ keçirdi. Lakin Urmiya, Qarabağ və başqa xanlıqlardan kömək alan Nəcəfqulu xan Dünbuli Sadıq xanı geri çəkilməyə məcbur etdi. Sərab xanlığının ərazisi Qacarlar dövlətinin tərkibinə qatıldı.

Xanları

Təbriz xanlığı

redaktə

Ən görkəmli xanlarından biri Əmiraslan xan Qırxlı-Avşar olmuşdur. Onun hakimiyyəti dövründə Təbriz xanlığı Ərdəbili, Xalxalı, Azərbaycanın cənub torpaqlarının bir hissəsini tutmaqla sərhədlərini xeyli genişləndirdi. Lakin çox keçmədi ki, Təbriz xanlığı Fateh-Əli xan Əfşar tərəfindən ələ keçirildi və Təbriz onun ölkəsinin paytaxtına çevrildi. Təbriz xanlığının idarə edilməsi Nəcəf-Qulu xana tapşırılır. Fateh-Əli xanın ölümündən sonra Təbriz xanlığı yenidən müstəqillik əldə edir.[60]

Urmiya xanlığı

redaktə

Xanlığın əsasını Nadir şah Əfşar'ın əmisi oğlu, Əfşar tayfasından olan Fətəli xan Əfşar qoymuşdu. O, hətta Nadir şahın sərkərdəsi olan Azad xan'ı da öz tərəfinə çəkə bilmişdi. Bundan sonra, o, mərkəzləşdirmə siyasətini həyata keçirməyə başladı. İlk olaraq Təbrizə hücum etdi,Təbriz asılı hala salındı. Və Təbriz paytaxt oldu. Daha sonra Xoy xanı Şahbaz xan da Fətəli xanla ittifaq bağlamağa məcbur oldu. Bundan sonra isə Qaradağ,MarağaSərab xanlıqları Urmiya xanlığından asılı vəziyyətə salındı. O,1751-ci ildə Azad xanı onunla ittifaqdan imtina edən İrəvan xanlığı üzərinə göndərdi. İrəvan xanı Mir Mehdi Kartli çarı II İraklidən kömək istədi.II İrakli QazaxBorçalı azərbaycanlılarından topladığı ordunu Mir Mehdi xana köməyə göndərdi.Azad xan geri oturduldu. Beləliklə,Fətəli xan Əfşar MakuƏrdəbil xanlıqları istisna olmaqla, bütün İran Azərbaycanı xanlıqlarına öz hakimiyyətini yaya bilmişdi.

Urmiya xanlığının hökmdarı Fətəli xan Əfşar Nadir şah Əfşarın ən yaxın adamlarından biri idi və Əfşarlar tayfasına mənsub idi. Fətəli xan Əfşar Cənubi Qafqazın tutulması və İranda ali hakimiyyət uğrunda mübarizəyə də xüsusi əhəmiyyət verirdi. Bu məqsədlə müxtəlif xanlıqlara müttəfiqlik haqqında müraciətnamələr göndərildi. İrəvan xanlığına hücum uğursuz olduqda hücum istiqaməti Gürcüstana yönəldi. Çar II İrakli məğlub edildi.

Fətəli xan İranda ali hakimiyyət uğrunda mübarizə aparan Kərim xan Zəndin üzərində qalib gəldikdən sonra hakimiyyətini Mərkəzi və Qərbi İrana yaya bildi (1752). İranın şimalında möhkəmlənən Məhəmmədhəsən xan Qacarla mübarizə çətin oldu. Məhəmmədhəsən xan onun Kərim xan Zəndlə müharibəsindən istifadə edərək Gilanı tutan Fətəli xanı oranı tərk etməyə məcbur etdi. Bununla kifayətlənməyərək Təbrizi, sonra isə Urmiyanı tutdu (1757). Yalnız Məhəmmədhəsən xanın öldürülməsilə asılılıqdan qurtulmaq mümkün oldu (1759). Fətəli xan Təbrizə qayıtdı və hakimiyyətini möhkəmləndirdikdən sonra Qarabağa hücum etdi və onu asılı vəziyyətə saldı (1759).

Məhəmmədhəsən xandan sonra İranda başlıca qüvvəyə çevrilən Kərim xan Zənd Urmiyanı 1763-cü ildə 9 ay mühasirədə saxlayır. Nəhayət Urmiya xanlığını tutan Kərim xan Zənd Fətəli xan Əfşarı Şiraz qonaqlığında edam etdirir.

Kərim xan Zəndin ölümü ilə xanlıq yenidən müstəqil siyasət yeritməyə başladı. Bu zaman Məhəmmədhəsən xan Qacarın oğlu Ağa Məhəmməd xan Urmiyalı Əli xanı yanına çağırıb gözlərini çıxartdı. Ağa Məhəmməd xanın çəkilməsindən sonra İmamqulu xan hakim seçildi. O, Sərablı Əli xan Şəqaqi ilə Xoylu Əhməd xana qarşı ittifaq bağladı. Müttəfiqlər Təbriz yaxınlığındakı döyüşdə məğlub oldular. Əmiraslan xan Əfşar Urmiyaya hakim təyin edildi, lakin onun xanlığı uzun çəkmədi. Məhəmmədqulu xan yeni hakim təyin olundu. Ağa Məhəmməd xanın hücumundan sonra Uşnu qalasına çəkildi. Qacarın ölümü ilə müstəqilliyini bərpa edən xanlıq, İran taxtına çıxan Fətəli şaha tabe oldu.[61]

Xalxal xanlığı

redaktə

Xanlığın yaradıcısı Əmirgunə xandır. Əmirgunə xan Əmirli-Avşar Nadir şah Qırxlı-Avşarın ölümündən sonra Gilanın valisi olmuşdu. Sonra Taroma başçılıq etmişdi. Əmirgünə xan Avşar Fətəli xan Araşlı-Avşarla birləşib Kərim xan Zəndə qarşı çıxdı. Sonra Kərim xanın tərəfini tutub Fətəli xanı satdı. Kərim xan onu Şiraza "fəxri qonaqlığa" aparıb ali şuraya daxil etdi.

Kərim xanın vəfatından sonra Əmirgünə xan Taroma qayıdıb özünün xanlığını elan etmişdi. İranı birləşdirməyə başlayan Ağaməhəmməd xanı tanımaq istəmirdi. İlk növbədə Urmiya hakimi Məhəmmədqulu xan Qasımlı-Avşara müraciət etdi. Məhəmmədqulu xan ona etina etmədi.

Əmirgunə xan 1782-ci ildə başqa xanlarla birləşib Mazandarana hücum etdi. Savaşda yaralanıb qaçdı[62].

General-poruçik Aleksandr Suvorov 28 iyul 1780-ci ildə Həştərxandan Q. A. Potyomkinə məruzəsində yazırdı:

"Nəzərəli xan Rəşti alandan sonra Hidayət xan canını qurtararaq gəmidə Rəştin 10 saatlığında Mazandaran tərəfdə Səfidrud çayının mənsəbinə gəlib-çıxmışdır. O. Rəştin 150 verstliyində Təbriz tərəfdə yaşayan xalxallı Əmirgunə xana kömək etməyi xahiş etmişdi və onun tələb etdiyi hər şeyi yerinə yetirməyə boyun olmuşdur. Əmirgunə xan, guya, onun xahişi ilə qoşunla Rəşt yaxınlığına gələrək həmin şahsevənli Nəzərəli xanı oradan qovub-çıxarmış və həmin şəhəri idarə etmək üçün əvvəlki kimi Hidayət xana vermişdir. Nəzərəli xan isə Xalxal xanına müqavimət göstərmək iqtidarında olmadığını görüb, oradan çıxarkən şəhərdəki bütün tikililəri və bağları yandırmışdır. Lakin bu məlumatın təsdiqini gözləmək lazımdır"[63].

Xoy xanlığı

redaktə

Xoy xanlığının əsasını dünbuli tayfa başçıları qoymuşdu. Dünbuli Əhməd xan XVIII yüzilin 60-cı illərində Təbrizdə də möhkəmlənmişdi. O, İrəvan, NaxçıvanQaradağ xanlığını da özünə tabe etmişdi. Qarabağ xanlığı ilə müttəfiqlik hakimiyyətinin möhkəmlənməsinə müsbət təsir göstərdi.

1775-ci ildə Xoy xanı Əhməd xandan Çıldır valisi Süleyman paşaya göndərilən məktubda "Şimali Qafqazın istilasından qüvvət alan Rusiyanın və onunla ittifaq yaradan İrakli xanın təcavüzünə imkan verməməsi üçün Azərbaycan və Qafqaz xanlarının "Dövləti-Aliyyə" (Osmanlı imperiyası — Q. G.) ilə birgə mübarizə aparmasının vacib olduğu bildirilirdi".

Xoy xanlığı ilə Kərim xan Zəndin zərbələrindən sonra dirçəlməyə başlayan Urmiya xanlığı arasında ziddiyyət var idi. Xanlıqlar arasındakı döyüşdə Urmiya xanlığı məğlub oldu. Bu Xoy xanlığının nüfuzunu xeyli artırdı. Kərim xan Zənd Xoy xanlığının güclənməsindən narahat olub, Əhməd xanı sarsıtmaq üçün tədbirlər görməyə başladı. Bu məqsədlə onun qardaşı Şahbaz xanın oğlanlarını əmilərinə qarşı mübarizəyə hazırlayırdı. Kərim xan Zəndin səpdiyi düşmənçilik toxumu onun ölümündən sonra belə özünü göstərdi. Şahbaz xanın oğlanları Əhməd xana qəsd edib, onu öldürdülər. Qəsdçilər hakimiyyəti ələ keçirməyə nail ola bilmədilər. Cəfərqulu xan Xoylu xilas ola bildi, onları cəzalandırdı və qardaşı Hüseynqulu xanı azad edərək hakimiyyətə gətirdi.

Xoy xanlığı yaranmış vəziyyətdə əvvəlki mövqeyini itirdi. İrəvan xanlığı müstəqillik əldə etdi. İrəvan və Qaradağ xanlığı yalnız Qarabağdan asılı oldu. Təbriz də əldən çıxdı. Xanlıqlar arasında yeni çəkişmələr başlandı.

Xoy xanlığı Qacarlardan asılı vəziyyətə düşdü, sonra xanlığa son qoyuldu.

Xanları

İnzibati quruluşu

  1. Avacıq mahalı
  2. Qotur mahalı
  3. Salmas mahalı
  4. Xoy mahalı
  5. Ələnd mahalı
  6. Çaldıran mahalı
  7. Çors mahalı
  8. Qaraqoyunlu mahalı (Xoy)
  9. Sökmənabad mahalı
  10. Dərgah mahalı

Zəncan xanlığı

redaktə

Zəncan xanlığın banisi Zülfüqar xan Əmirli-Avşar idi. Avşar elinin Əmirli oymağının Zəncan ətrafında çəkisi ağır idi. "Kitabi-məcməül-sultaniyyə"nin 370-ci səhifəsində yazılır: "Əmirli-Avşar elindən bir tayfa adıdır ki, Xəmsənin (Zəncanın) ətrafında sakindirlər.

Zülfüqar xan Əmirli-Avşar (Zəndiyyə dönəmində) Zəncanın valisi və Kərim xan Zəndin siyasi rəqibi idi. Bugünkü Zülfüqarilərin ulu babası olub və Zəncanın Səbzə meydanında yerləşən imarət onunkudur". "Gülşəni-murad", "Rüstəmüttəvarix" və başqa kitablarda da onun haqqında məlumatlar verilib. Kitabların bir neçə yerində onun iqtidarı və qüdrətinə görə, "Alicah Zülfüqar xan", "Sultan Zülfüqar xan Əmirli-Avşar", "Xaqan" ünvanları ilə xatırlanıb. Zülfüqarilərin daxil olduğu əmirlilərin olduqları yer, Qoltuq qalası Zəncanın cənub yörəsində yerləşirdi.

Zülfüqar xan Kərim xan Zəndin ölümündən sonra qoşun çəkib Qəzvini tutdu. Şahlıq iddiasında idi. Əlimurad xanın hücumundan sonra Qəzvini buraxıb Zəncana qayıtdı. Zülfüqar xan Ağaməhəmməd xan Qovanlı-Qacarın qardaşı Cəfərqulu xanla vuruşub məğlub olmuşdu. Zülfüqar xan məğlub olub Xalxala qaçmışdı. Xalxalın hakimi onu tutub Əlimurad xana verdi.

Əlimurad xan 1780-ci ildə Zülfüqar xanı öldürdü.

Zülfüqar xanın törəməsi Zülfiqari soyadını daşıyır.

Zülfüqar xandan sonra, 1780-ci ildə Zəncanın hakimi Əli xan Avşar oldu. Onun soyu Zayirli adlanırdı. Zayirli soyu Zəncanın ətrafında məskunlaşıblar. "Gülşəni-murad" kitabında bu barədə yazır ki, Əli xan Zayirli-Avşar Xəmsə və Zəncan əyalətinin hakimi və Zülfüqar xanın qohumu idi.

1783-cü ildə Təbriz şəhəri Urmiya qoşunları tərəfindən mühasirəyə alınmışdı. Nəcəfqulu xan Dünbili mühasirənin götürülməsindən sonra oğlu Xudadad xanı yardım üçün Əlimurad xanın yanına göndərdi. Əlimurad xan ona yardım etməyə söz verdi. Urmiya hakimi İmamqulu xan Qasımlı-Avşar bu hadisəni eşidib Əlimurad xanın üstünə qoşun göndərdi. Qoşun Sovucbulaq tərəfdən yola düşdü. Əmənulla xan Ərdəlani də yolda qoşuna qoşuldu.

Zəncan hakimi Əli xan bir müddət idi ki, Əlimurad xandan üz döndərmişdi, sevincək halda onlarla birləşdi. Onları ağırlayıb məsləhət gördü ki, əvvəl evin içi, sonra çölü. Bildirdi ki, gəlin Azərbaycanı iç düşmənlərdən təmizləyək, sonra Əlimurad xanın üstünə gedərik. Bu məsləhəti Imamqulu xan Qasımlı-Avşar qəbul edib Irağa getməkdən əl çəkdi. Birləşdiyi Əli xanın sərkərdələrindən olan Vəli bəyi qoşunla Azərbaycana göndərdi. Dost bildiyi Azərbaycan xanlarına məktub yazıb onlara qoşulmağı təklif etdi. Xalxalın hakimi Fərəculla xan Miyanədə ona qoşuldu.Sərab hakimi Əli xan Şəqaqi böyük oğlu Sadıq sultana qoşun götürüb onlara qoşulmasını tapşırdı. Onlar Təbrizin bir ağaclığında toplanıb oturaq etdilər. Qış həmin il soyuq gəldiyindən şəhəri mühasirə etməyə tablamayıb Urmiyaya yollandılar.

Əli xan Avşar Qarabağ hakimi Ibrahimxəlil xan Cavanşirlə yazışırdı. 1787-ci ildə Qarabağ xanı Əli xana yazırdı ki, Ağaməhəmməd xanın Azərbaycana girməsi böyük təhlükədir və buna görə də o, Məhəmmədhəsən xanın oğlunu şimala doğru hərəkətinə mane olmalıdır. Bunun üçün lazım gələrsə, ona qoşunla və pulla kömək etməyə hazırdır.

Ibrahimxəlil xan Cavanşirin məktubu Təbriz xanı tərəfindən ələ keçirildi. Ağaməhəmməd xana göndərildi. Ağaməhəmməd xan Qovanlı-Qacar 50 min qoşunla Zəncana gəldi. Əli xan Zayirli bir məktub vasitəsilə Avşar elinin butün oymaqlarını Tehrana dəvət etdi. Ta Tehranda Avşarlar sülaləsinin şahlığını elan etsin.

Bir neçə dəfəlik yüngül qarşılaşmada Əli xan Zayirli-Avşar Ağaməhəmməd xan Qacarın ordusunun nizamını pozmuşdu. Ağaməhəmməd xan da qalib gələndən sonra onu Zəncanın hakimliyindən və qoşun sərkərdəliyindən azad etdi.

Əli xan Qacar xanına qarşı mübarizədən əl çəkmirdi. 1788-ci ildə (hicri qəməri 1201-ci ildə) Ağaməhəmməd xan Əli xan Avşarı Isfəhan şəhərinə aparıb gözlərini çıxartdırdı. Onun bütün vəzifələrini Abdulla xan Usanlı-Avşara verdi.

Əli xan Zayirli-Avşardan sonra Zəncanın valisi Abdulla xan Usanlı-Avşar oldu. 1797-ci ildə Ağaməhəmməd şah Qovanlı-Qacar onu hakim kimi tanımışdı. Abdulla xan Xəmsəyə yetişəndən sonra şahlıq həvəsinə düşmüşdü. Yar-yoldaşlarından, dost-tanışlarından qoşun toplayıb taxt-tac iddiası edirdi. Sonra iddiasından əl çəkib Zəncanı idarə etməyə başladı.

Abdulla xan Usanlı 1797-ci ildə Qacar şahları tərəfindən Xəmsə əyalətinin valisi olmuşdu. Fətəli şah Qovanlı-Qacara xidmət etmişdi.

Abdulla xan Hüseynqulu xan Qovanlı-Qacarın oğlu Süleyman xanın qiyamına qarışdığı üçün Fətəli şah tərəfindən kor edildi.

Abdulla xandan sonra Zəncana Əmənulla xan Avşar başçılıq etməyə başladı.

Əmənulla xan Qacar dövlətinin adlı-sanlı sərkərdələrindən idi. 1806-cı ildə Fətəli şah Qovanlı-Qacar İbrahimxəlil xan Cavanşirin oğlu, İrana tabe olan Mehri mahalının başçısı Əbülfət xanı (Əbülfət xan Tuti) qızışdırıb 5 min nəfərlik qoşunla Qarabağa göndərdi. Əbülfət xanın yeznəsi Fərəculla xan Sarıxanbəyli-Şahsevəni də ona yardımçı təyin etdi. Iranın adlı-sanlı sərkərdələri, o cümlədən Qəzvinli sərdar Hüseynqulu xan Qacar, Damğanlı Ismayıl xan, Xəmsəli (Zəncanlı) Əmənulla xan Avşar və başqaları Əbülfət xanın başçılığı altında idi.

Xanları

  • Zülfüqar xan Əmirli-Avşar, (1747–1780)
  • Əli xan Zayirli-Avşar, (1780–1782)
  • Abdulla xan Usanlı-Avşar, (1782–1797)
  • Əmənulla xan Avşar, (1797–1810)

Müasir dövr

redaktə

1945-ci ilin noyabr ayından 1946-cı ilin dekabr ayına qədər İran Azərbaycanında Azərbaycan Milli Hökuməti adlı muxtar sosialist hökumət fəaliyyət göstərmişdir. AMH-nin paytaxtı Təbriz şəhəri olmuşdur. 1946-cı ilin dekabr ayının 13-də İran ordusu Təbrizə daxil oldu. Beləcə, bir il mövcud olmuş Azərbaycan Milli Hökuməti süqut etdi.[64]

Siyasəti

redaktə

Bölgə əhalisi ölkənin təhsil və digər sistemlərində olduğu kimi quruculuq və idarəetmə sistemində də önəmli rol oynayırlar. Mərkəzi İran Ağsaqqallar Şurasındakı 86 təmsilçidən 11-ni azərbaycanlılar təşkil edir.

Ad Ostan Ad Ostan Ad Ostan Ad Ostan
Həşim Həşimzadə Şərqi Azərbaycan ostanı Möhsün Müctəhid Şəbüstəri Şərqi Azərbaycan ostanı Məhəmməd Feyzi Şərqi Azərbaycan ostanı Məhəmməd Tağı Purməhəmmədi Şərqi Azərbaycan ostanı
Əli Məlakuti Şərqi Azərbaycan ostanı Əsgər Dirbaz Qərbi Azərbaycan ostanı Ələkbər Qüreyşi Qərbi Azərbaycan ostanı Cavad Müctəhid Şəbüstəri Qərbi Azərbaycan ostanı
Həsən Amili Ərdəbil ostanı Fəxrəddin Musəvi Ərdəbil ostanı Məhəmməd Rza Dulabi Zəncan ostanı

İslam Məşvərət Şurasının 290 üzvündən 44-ü cənubludur. Həmin təmsilçilərin 40-ı, eyni zamanda Türk Bölgələr Fraksiyasına da üzvdür.

İran Nazirlər Kabineti və İdarəetmə Apparatı

redaktə

Baş Konsulluqları

redaktə
Ölkə Ad Şəhər Əyalət Ölkə Ad Şəhər Əyalət
  Təbriz Türkiyə Konsulluğu[69] Təbriz Şərqi Azərbaycan
  Urmiyə Türkiyə Konsulluğu[70] Urmiya Qərbi Azərbaycan
  Təbriz Azərbaycan Konsulluğu[71] Təbriz Şərqi Azərbaycan

İdmanı

redaktə

Mötəbər idman hadisələri

2010-cu il kişilər üzrə Asiya Voleybol ÇempionatıQədir Arena (Urmiya)

2012-ci il Qərbi Asiya Futzal ÇempionatıQədir Arena (Urmiya)

2012-ci il yeniyetmə gənclər üzrə Asiya Voleybol ÇempionatıQədir Arena (Urmiya)

Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş 16-cı güləş müsabiqəsiŞəhid Purşərifi Arena (Təbriz)

2014-cü il yeniyetmə gənclər üzrə Asiya Həndbol ÇempionatıŞəhid Purşərifi Arena (Təbriz)

1976-cı il futbol üzrə Asiya Kubokunun bir sıra matçlarıBağ Şəmal Stadionu (Təbriz)

1986-cı ildən bəri Cənubi Azərbaycan turu veloyürüşü

Bölgənin əsas idman klubları

Futbol

Futzal

  • Mes Sunqun PİK
  • Dəbiri Təbriz PİK

Voleybol

  • Şəhrdari Urmiya VK

Basketbol

  • Həmyeri BK

Veloidman

  • Petroçimi TVK

Əhalisi

redaktə

Sasanilər dövründə Adurbadaqanın ərazisi əsasən türkdilli tayfalarla məskun idi.[72] Əhalinin bir hissəsi İran dilləri qrupunun dialektlərində danışsa da, həmin dil qrupundan olan hakim pəhləvi dili geniş xalq kütlələrinin danışıq dili ola bilməmiş, yalnız kargüzarlıqda işlədilmiş, hakim təbəqənin dili olmuşdu.[72]

Azərbaycan türkləri İranda say etibarilə farslardan sonra ikinci yeri tuturlar. XIX əsrin sonlarında İranda Azərbaycan Türklərinin sayı 2 milyona yaxın idi. Onlardan 1 milyonu kənd əhalisi, 0,5 milyon şəhər əhalisi, 0,5 milyonu isə yarımköçərilərdən ibarət idi. XX əsrin ortalarında İrandakı azərbaycan türklərinin sayı 16–18 milyon (32–36%) olmuş və bunlardan 7–9 milyonu Cənubi Azərbaycanda məskunlaşmışdır..[73]

Mədəniyyəti

redaktə

Şahlıq rejimi zamanı (1925–1978) dövlət siyasətinin əsas tərkib hissəsini millətçilik təşkil edirdi. İran hakim dairələrinin göstərişi ilə mədəniyyətin elm ədəbiyyat və incəsənət kimi sahələri də yeni nəslin fars şovinizmi ruhunda tərbiyəsi və hazırlanması işinə xidmət edirdi. Mədəniyyətin bu sahələrində qeyri-fars xalqlara (xüsusilə azərbaycanlılara) öz ana dillərində əsərlər yazıb-yaratmağa imkan verilmirdi. XV–XVII əsrlərin Azərbaycan mədəniyyətinin inkişafında mühüm mərhələ olduğunu görərik.

Xalçaçılıq

redaktə

Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Heris, Sərab, Əhmədabad, Əhər, Salmas, Qaradağ, o cümlədən, Qərəcə, Miriş, Görevan, Sennə və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə Iran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur.

Öz kompozisiya tələbatına süjetlərin təfsirinə, parçanın koloritinə və texnologiyasına görə Cənubi Azərbaycan xalçaları XVI əsrdə Təbriz məktəbinin yüksək tərəqqisi dövründə dekorativ tətbiqi sənətin həmin məktəbə xas ənənələrinin inkişafına dəlalət edir. Bu xalçalarda klassik dövrün miniatür rəngkarlığının təsiri hələ də duyulur. Lakin əvvəlki üsullardan uzaqlaşma nəzərə çarpır. Süjetlər sanki ayrı-ayrı fraqmentlərə parçalanır və bu fraqmentlər ümumi dekorun daha çox formal ünsürlərinə çüvrilir, artıq rəvayət xarakterli və hadisələrin mənasını açıb göstərən motivlər kimi başa düşülmür. Bir qayda olaraq ovçuların fiqurları, ov motivləri naxışlarla əvəz olunur.

İlk XVI əsrin ən erkən nümunəsindən başlayaraq, ta keçən əsrin ortalarında toxunmuş məmulatadək "Dörd fəsil" tipli Təbriz xalçaları ilin dörd fəslinə dair mövzuların açib göstərilməsinin vahid ideya-bədii zəmininə malikdir və bu mövzular dəqiq bədii formalarla işlənir. Kompozisiyasına görə orta sahə ənənəyə uyğun olaraq dörd hissəyə bölünür və onlardan hər biri ilin bir fəslinin rəmzidir. Dörd fəslin mövzusu kökləri əkinçiliyə və mistik kultlara gedib çixan rəmzləri zodiak bürclərini və Şərqin mifoloji obrazlarını təcəssüm etdirir.

Xalçalardan medalton və medalyonlar boyunca Azərbaycan memarlığının abidələrinin təsviri, tarixi və din xadimlərinin obrazlarının verilməsi təqlidçilik xarakteri daşımır. Ənənəvi Şərq mədəniyyətinə əsaslanan müstəqil xarakterə malikdir. Dörd dəqiq hissəyə bölgü Şərqin dünya şöhrətli "bağ-bağçaları" üçün səciyyəvidir. Bu xalçalar haqqında XII əsr mənbələrində məlumat verilir. Əmək istilaçıları 637-ci ildə Ktesifonda Sasanilərin iqamətgahını ələ keçirərkən "Xosrovun Baharı" adlə xalçanı qənimət kimi götürmüş və onu misilsiz bir sərvət kimi qiymətləndirmişlər. Xalçanın fonunda şəlaləli irmaqlar, arxlı güllü-çiçəkli bağ təsvir olunmuşdur.

XVI əsrə aid edilən və hazırda Məşhəd muzeyində saxlanılan Təbriz xalçasına nəzarət yetirək. Burada ən əvvəl xalçanın orta hissəsində dörd hissədə fəsillərin rəmzləri:qar, gördurşağı, yağış təsvirləri, mərkəzdə medalyon nəzərə çarpır. Medalyonda çox güman Təhmasib şahın babası İmam Rzanın məqbərəsinin minarələri bir sıra dini abidələr və motivlər əks olunmuşdur. Bu prinsip sonralar tarixi və ictimai şəraitə uyğun olaraq dəyişmişdir.

Təbriz xalçalarının ənənəvi əlamətlərindən biri xalçalardan Azərbaycan memarlığının Göy Məscid,"Ucaytu Sultaniyyə" kimi abidələrin təsvir olunmasıdır. Çox vaxt xalça rəsmlərində Əhəmənilər sülaləsi dövrünün əfsanəvi saray kompleksini Təxti-Cəmşidin xarabalıqları, habelə din xadimlərinin klassik şərq ədəbiyyatı dahilərinin portretləri verilirdi.

1828-ci il fevralın 10-da Rusiya ilə Iran arasında Təbriz yaxınlığındakı Türkmənçay kəndində bağlanmış sülh müqaviləsi tarixə Türkmənçay müqaviləsi adı ilə daxil oldu və bu müqavilə 1826–28-ci illər Rusiya-Iran müharibəsinə son qoydu. Müqavilənin şərtlərinə əsasən Azərbaycanın şimal hissəsi Rusiya tərkibinə qatıldı. Təbriz, Ərdəbil, Urmiya, Xoy, Marağa, Mərənd, Maku və digər şəhərlər də daxil olmaqla ölkənin cənub hissəsi Iranın əsarəti altına keçdi. Beləliklə, Azərbaycan 2 yerə parçalandı. Bax elə həmin vaxtdan da "Cənubi Azərbaycan" termini yaranıb meydana gəldi. Həmin vaxtdan Təbriz xalçaçılıq məktəbinin xalça nümunələri bütün dünyada Iran xalçaları adı ilə tanındı.

Cənubi Azərbaycanda xalçaçılığın dünya miqyaslı ən məşhur və iri mərkəzi Təbriz şəhəridir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır.

Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr klassik və ya qızıl dövrünün 200-ə qədər şah əsərləri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir.

Təbriz məktəbini 2 yarımqrupa bölmək olar: TəbrizƏrdəbil.

Təbriz xalçaçılıq məktəbinin "Bağ-behişt xalçası", "Bağ-meşə xalçası", "Balıq xalçası", "Buta xalçası", "Dərviş xalçası", "Kətəbəli xalçası", "Gördəst xalçası", "Göllü-guşəli xalçası", "Güldanlı xalçası", "Leyli və Məcnun xalçası", "Məşahir xalçası", "Mun xalçası", "Namazlıq xalçaları", "Nəcaqlı xalçası", "Sərvistan xalçası", "Sərdari xalçası", "Səhənd xalçası", "Silsiləvi ləçək xalçası", "Fərhad və Şirin xalçası", "Xəyyam xalçası", "Xətai xalçası", "Həddad xalçası", "Çərxi-gül xalçası", "Ceyranlı xalçası" və s. klassik kompozisiyaları da məşhurdur.

Geris xalçası

redaktə

Bu xalçaların adları Təbrizin şimal-şərqində yerləşən "Geris" və ya "Gəpəz" qəsəbəsinin adları ilə bağlıdır. "Geris" xalçalarının bədii tərtibatı çox orijinaldır. Kompozisiya və detalların ümumi formaları əyri xətli bitki naxışlarından ibarət olan "Ləçəkturunc" kompozisiyasının əsasında yaradılmışdır. Ancaq vaxt keçdikçə bu kompozisiyanın naxışları punktirli olub və sərbəst xalça rəsmi əmələ gətirməyə başlayıb. Adətən xalçanın eskizsiz öz başına toxuyurdular. Burada təəcüblü bir şey yoxdur, çünki xalçatoxuyanlar başqa tip xalça toxuya bilmirdilər. Təxminən XVI-cı əsrdən indiyə kimi adət-ənənəyə uyğun olaraq Gerisdə yalnız bu xalçanı toxuyurdular, ona görə də xalçatoxuyyanlar bu rəsmi çox gözəl bilirdilər. Qeyd etmək lazımdır ki, əhalisi həmçinin xovsuz xalça-palaz və kilimlərin istehsalı ilə tanınır.

Sərabi xalçası

redaktə

Bu xalçalar adlarını Təbriz və Ərdəbilin arasında yerləşən Səraba şəhərindən götürüb. Sərabi xalçalarınını bir neçə növü mövcuddur.

  • — Orta hissəsi şaquli xətlərlərlə doldurulan xalçalar Sərabi xalçalarının birinci variantını təşkil edir. Bu şaquli xətlər bir-birinin ardınja assimmetrik düzülmüş çiçəklənmiş budaqlarla bəzənmişdir.
  • — Orta sahənin mərkəzində bir gel yerləşən xalçalar Sərabi xalçalarının ikinci variantını təşkil edir. Xalçalar gözəldir və rənglər harmoniya təşkil edir.

Bitki ornamentləri demək olar ki, punktir xətlərlə toxunub, bu da müəyyən mənada Qarabağ xalçalarını xatırladır.

Mir xalçası

redaktə

Təbriz məktəbinin Ərdəbil qrupuna daxil olan bu xalçaların adları Ərdəbil şəhərindən cənubda yerləşən Mir və Mirşi qəsəbələrinin adları ilə bağlıdır. Xalçanını orta sahəsinin kompozisiyasını buta təşkil edir. Şaquli və üfiqi yerləşən bu butalar quruluş və formasına görə Şirvan tipinə daxil olan "Mərəzə" və "Hilə buta" xalçalarını xatırladır. "Mir" xalçalarındakı ayrı-ayrı buta kompozisiyaları böyük sadəliyi ilə fərqlənir. Bu tip butaları həmçinin Təbrizdə, Kerman və Hindistanda istehsal olunan tirmə parçalarda görmək olar. Xalçanının orta haşiyəsi və orijinal köbəsi əvvəllər əyri xətli bitki elementlərindən ibarət idisə, lakin toxuculuq texnikasının inkişafı ilə yeni formalar aldılar.

Ağaclı xalçası

redaktə

Bu xalçalar öz adlarını istehsal olunduqları yerin adına görə deyil, kompozisiyasına görə adlanırlar. İranda bu xalçalar "Dəraxti", Əfqanıstanda "Baqqi", Azərbaycanda isə "ağacalı" kimi məşhurdurlar. "ağacalı" kimi tanınan xalçaların orta sahəsi, əsas etibarilə, bir və ya bir neçə ağac və kollardan ibarətdir, nadir hallarda isə ağac qruplarından ibarət olur. ağacların müxtəlif növləri olur. Qədim dövrlərdə əfsanəvi hadisələr, məhəbbət səhnələri, mifoloji, bəzən isə dini fantastik süjetlər bu kompozisiyaların əsas süjetini təşkil edirdi. Məlumdur ki, Orta Asiyada, Yaxın Şərqdə, həmçinin Azərbaycanda da zeytun, çinar, əncir ağacları, üzüm müqəddəs sayılırdı. Ağlayan söyüd məhəbbətin rəmzi, palıd — Güc və ərlik təcəssümü, nar ağacı isə var-dövlət, uğurun simvolu hesab olunurdu.

Şahabbası xalçası

redaktə

Bu xalçaların adlarını Səfəvilər dövlətinin beşinji hökmdarı I Şah Abbasın adı ilə bağlıdı. Şah Abbas Səfəvilər dövlətinin paytaxtını Azərbaycandan İranın daxili rayonu olan İsfahan şəhərinə köçürüb. Bununla əlaqədar olaraq Azərbaycanın bir çox usta və sənətkarları İsfahana köçməyə məjbur olublar. "Qum — Şah Abbası" xalçası "Şah Abbası gülləri" adlı orijinal formalı elementləri ilə səciyyələnir. Onlar əsas etibarilə fantastik güllər, həmçinin əncir yarpaqlarından ibarətdir. Üfiqi şəkildə assimetrik yerləşən elementlər bu xalçaların xarakterik xüsusiyyətlərindən hesab edilir.

Xalçaların süjet və kompozisiyası

redaktə

Bədii və texniki cəhətdən yüksək səviyyəyə çatmış Təbriz xalçaçılıq məktəbinin ənənəvi xüsusiyyətləri vaxt ötdükcə Azərbaycandan kənarda da tanınmağa başladı.

Bu dövrün süjet-mövzulu xalçaları Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin dəyərli abidələrindəndir, onun öyrənilməsi üçün zəngin faktiki material rolunu oynayır.

Süjetli xalçalar bütün mümkün mövzular əsasında toxunurdu, bu mövzular arasında əsasən "ovçu", "heyvan", illyustrasiyalı ədəbi Süjetli, dini mövzuya həsr olunmuş mövzular daha çox sevilən idi.

Sücet-mövzulu xalçaların yaranmasında bəzi rəssamlar birbaşa iştirak edirdilər. Məsələn, Sultan Məhəmməd XVI əsr Təbriz məktəbinin ən məşhur miniatür rəssamı idi. Ənənəvi mövzulardan biri — Ömər Xəyyamın sevgilisiylə olan təsviridir. Miniatür rəssamlığın xüsusi dili və böyük realistik ruhu ilə xalçanın kompozisiyası Xəyyam poeziyasının ruhunu və mahiyyətini çatdırır. Burada məhəbbət mövzusuna aid müdrik sözlər və aforizmlərdən ibarət olan Firdovsinin, Sədinin, Həccə, Şeyx Attarın ikimisralı və dördmisralı beyt və rübailərdən ibarət poetik əsərləri göstərilib. Təbrizdə "Dörd fəsil" ənənəvi təsvirli xalçalar istehsal olunurdu (İlin dörd fəsli). Bu xalçalarda mövzu dəyişməz olaraq qalırdı, kompozisiya isə rəssasmın zövqü və baxışlarına uyğun dəyişirdi. Kompozisiyasına görə orta sahə hər biri ilin bir fəslini simvolizə edən ənənəvi dörd yerə ayrılır.

Cənubi Azərbaycan xalçaları dünya muzeylərində

redaktə
  • Xalça "Ovçuluq"-Təbriz, 1522–1523 (m) / 929 (hicri), Poldi-Peccoli Muzeyi, Milan
  • Xalça "Heyvani"-Təbriz, XVI əsr, Viktoriya və Albert Muzeyi, London
  • Xalça "Heyvani"-Təbriz, XVI əsrin ortaları, Metropoliten İncəsənət Muzeyi, Nyu-York
  • Süjetli xalça-Tətbiqi Sənət Muzeyi, Budapeşt
  • Xalça "Heyvani"-Təbriz, XVI əsrin ortaları, Dekorativ Sənət Muzeyi, Paris
  • Xalça "Heyvani"-Təbriz, XVI əsr, Klarens Moskinin kolleksiyasından
  • Xalça "Dörd fəsil"-Təbriz, XIX əsrin ikinci yarısı, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi. Bakı
  • Xalça "Ağaclı"-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı
  • Xalça "Rüstəm ağ divi öldürür"-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı
  • Xalça "Rüstəmin Aşkavusla döyüşü"-Təbriz, XX əsrin əvvəli, Şərq xalqları Sənəti Dövlət Muzeyi, Moskva
  • Xalça "Ömər Xəyyam öz sevgilisi ilə"-Təbriz, XIX əsrin axırı, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı
  • Xalça "Şeyx Sənan"-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı
  • Xalça "Məlik Məmməd"-Təbriz, XX əsrin əvvəli, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı
  • Dərviş təsvir olunmuş xalça-Təbriz, XIX əsr, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı
  • Dərvişlər təsvir olunmuş xalça-Təbriz, XIX əsr, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi. Bakı
       
"Ağaclı" xalçası. Təbriz xalçaçılıq məktəbi. XIX əsrin əvvəli. "Təbriz" xalçası. Təbriz xalçaçılıq məktəbi. Paris. Təbriz xalçaçılıq məktəbi. Şəxsi kolleksiyadan. Budapeşt. "Qaradağ" xalçası. Təbriz xalçaçılıq məktəbi. XIX əsrin əvvəli. Rippon Bosvell auksionu.
       
"Medalyon" xalçası. Həriz, XVI əsr. Şəxsi kolleksiyadan, Lissabon. "Bəh-bəh" xalçası. Həriz, XVI əsr. Şəxsi kolleksiyadan, ABŞ. "Heriz" xalçası. XIX əsrin sonu. Sotbi auksionu. Təbriz xalçaçılıq məktəbi. Həriz, XIX əsrin sonu.. Xalça müzeyi, Tehran.

1871–1974-cü illərdə M. F. Axundzadənin 6 komediyasının fars dilinə tərcümə edilərək İranda yayılması Cənubi Azərbaycanda teatr sənətinə marağı artırmışdı. İlk teatr 1905–1911-ci illər İran inqilabı dövründə yaradılmışdı. 1909–21-ci illərdə "Azərbaycan artistləri dəstəsi" fəaliyyət göstərmişdir. 1920-ci ildə Təbrizdə Sidqi Ruhulla, M. Şəfizadə, M. R. Vaizzadə və başqalarının təşəbbüsü ilə ilk teatr binası — "Xeyriyyə teatrı" tikildi. Təbriz, Urmiya və Xoy şəhərlərində Ü. Hacıbəylinin məşhur komediyaları tamaşaya qoyulmuşdu. Azərbaycan Milli hökuməti zamanı Təbrizdə ilk Azərbaycan Dövət Teatrı yaradılmışdı. 1946-cı ildə Təbriz Dövlət Filarmoniyasıda fəaliyyət göstərmişdir. 1946-cı ilin dekabrında ölkədə milli azadlıq hərəkatına divan tutulduqdan sonra Azərbaycan Dövlət Teatrı da bağlandı. Yalnız qısa bir müddət ərzində (1948–1949) Tehranın "Ziba" teatr salonunda azərbaycanlı incəsənət xadimləri tərəfindən türk dilində bir sıra tamaşa və konsertlər verilmişdir. Həmin tədbirlərin təşkilinə və göstərilməsinə məşhur ziyalı alim, yazıçı Gəncəli Sabahının qardaşı Səməd Səbahi də başçılıq etmişdir.

Türk dilində tamaşa və göstərilər qadağan edildikdən sonra S. Səbahi 10 ilə yaxın müddətdə (1949–1959) 40-dan çox bədii əsəri, o cümlədən C. Cabbarlının, M. F. Axundzadənin, H. Cavidin, Ü. Hacıbəylinin əsərlərini fars dilində tamaşaya qoyur. 30 ilə yaxın müddətdə səhnədə fars dilində əsərləri ifa edən azərbaycanlı aktyorlar peşəkar sənətçi kimi də bütün ölkə tamaşaçılarının rəğbətini qazanmış və 1978–79-cu illər inqilabından dərhal sonra türk dilində tamaşaların yüksək səviyyədə səhnəyə gətirilməsi üzərində çalışmışlar. Nəticədə bu gün İranın bir sıra iri şəhərlərində, eləcə də Güney Azərbaycanın teatr salonlarında azərbaycanlı aktyorlar tərəfindən türk dilində dram əsərləri səhnəyə gətirilmişdir. Bir sıra komik əsərlərdə baş rolda çıxış edən azərbaycanlı Haşım Çavuşi bütün İranda tanınır. Azərbaycanlı teatr aktyoru sırasında Səid Xeyirxah, Yaqub Xeyrulla və onlarca başqalarının adını çəkmək olar. 1994-cü ildə gənc azərbaycanlı recissor Hüseyn Lələ türkcədə "Alın yazısı" adlı tamaşa və sonra dahi sənətkar M. Şəhriyarın "Heydərbabaya salam" poeması əsasında eyni adlı musiqili-ədəbi kompozisiya yaradaraq Tehranın "Vəhdət" adlı ən böyük konsert və teatr salonunda səhnəyə çıxarmışdır. Sonuncu səhnə əsərinə Tehranda minlərcə tamaşaçı baxmış və sonralar bu əsər həmin recissorun səyi nəticəsində Bakı teatr salonlarında səhnəyə çıxarılmışdır.

 
Ququş Cənubi Azərbaycan türklərindən olan ən məşhur müğənnidir

Azərbaycan türkcəsindəki radio verilişlərinin proqramına, əsasən bu tayda bəstələnmiş və orada yayılmış bir sıra xalq mahnıları və havaları "məhəlli nəğmə" adı altında daxil edilirdi. Bu yolla Azərbaycan musiqisi xalq arasında yayılır və qorunurdu. Tanınmış bəstəkar Əli Səliminin bəstələdiyi mahnılar 90-cı illərədək bu tayda da (Şimali Azərbaycanda) anonim qalmışdı. 1979-cu ildən bu tərəfə Azərbaycan musiqisində bir sıra irəliləyişlər baş vermişdir. Daim sənətkar kimi formalaşmış bəstəkar Əli Səliminin bu illərdə "Fantaziya", "Elim, günüm, şövkətim", "Ceyran sevgilim" və s. filmlər üçün bəstələdiyi musiqi əsərləri nəinki İranda, eləcə də bütün dünyada məşhurlaşdı. Onun "Aman, ayrılıq", "Sizə salam gətirmişəm" mahnıları bütün dünya azərbaycanlıları arasında çox məşhurdur. Orta musiqi təhilini Bakıda alan Ə. Səlimi sonralar Tehran radiosunda işləmiş, Təbrizdə orkestr rəhbəri və musiqişünas olmuşdur. O, 1988-ci ildə İslam Mədəniyyəti və İrşad Nazirliyi tərəfindən İranın ən yaxşı bəstəkarı kimi tanınmış, qızıl lövhəyə və medala layiq görülmüşdür.

Güneyli Həsən Ənami Bülbül adına Uluslararası Musiqi Festivalının qaliblərindən biri olub. O, 1999-cu ildə Bakı Musiqi Akademiyasının III kurs tələbəsi ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Sevil" operasında baş rolda çıxış edib. Vətənpərvər muğənni Araz Elsəs, Almaniyada yaşayan və gözəl səsi olan Yaqub Zurufçu azərbaycanlılar arasında çox populyardır. AvropaAmerikanın bir çox şəhərlərində muhacirət həyatı yaşayan çoxlu cənublu sənətçilər vardır. Onların arasında Ə. Bekkalam, İ. Əhrari bu gün dünyanın sayılan rəssamlardandır.

Cənubi Azərbaycan mövzusu Şimali Azərbaycan musiqisində

redaktə

Ədəbiyyat

redaktə

XIX əsrin I yarısında bütün Azərbaycan ədəbiyyatında olduğu kimi, onun cənub qolunda da aşıq şeiri və lirik poeziya əsas yeri tuturdu. Nəbati, Heyran xanım, Ə. Qaracadaği, M. Aciz, M. Dilsuz, H. M. Şükuhi, H. R. Sərraf, M. Ə. Ləli, M. Hidəci və başqaları lirik şeirin gözəl nümunələrini yaratmışdır. Ə. Raci və bir çox başqa şairlər lirik şeirlərlə yanaşı, dini mövzulu əsərlər də yazmışlar. M. Xəlxalinin əsərlərində ictimai qüsurlar tənqid edilirdi. XIX əsrin II yarısında maarifçi ədəbiyyat yarandı. Bu dövrdə M. F. Axundzadənin bilavasitə təsiri ilə dram əsərləri yarandı. M. F. Axundzadənin davamçıları Z. Marağayi və M. Ə. Talıbovun əsərləri (həmçinin Türkiyədəki Tənzimat inqilabı, Rusiyadakı inqilab, Təbrizdəki xalq hərəkatları) 1905-ci illər inqilabının ideoloci və siyasi cəhətdən hazırlanmasında mühüm rol oynadı.

XX əsrin 20-ci illərində bütün İran ədəbiyyatında yeniləşmə başlandı. İranda yeni şerin təməli "Təcəddüd" (Ş. Ə. Xiyabaninin rəhbərliyi ilə) qəzetinin ətrafına toplaşan Tağı Rüfət, Cəfər Xamneyi, Şəms Kəsmayi kimi Azərbaycan şairləri tərəfindən qoyulmuşdur. Bununla ədəbiyyatın həm forma, həm də məzmununda təcəddüd yaranmış, sərbəst şerin əsası qoyulmuşdur.

M. Siqqətülislam, Ə. Səfərov, S. Səlmasi, Ş. M. Xiyabani və başqaları realist demokratik Azərbaycan ədəbiyyatını inkişaf etdirmişlər. Sabir ədəbi məktəbinin görkəmli davamçısı M. Möcüzün, B. Abbaszadənin satirik şeirlərində ictimai eybəcərliklər kəskin tənqid olunurdu. Güney Azərbaycan tarixində Məşrutiə hərəkatı milli istiqlaliyyətin, mübarizə tarixinin başlanğıcıdır. Ş. M. Xiyabani hərəkatı onun başlanmasına təkan verdi. Demokratik ədəbiyyatın yaranması S. C. Pişəvərinin rəhbərlik etdiyi dövrə düşdü. Beləliklə, 1905–1911-ci illərdə Məşrutə ədəbiyyatı, 1917–1920-ci illərdə "Təcəddüd" (yeniləşmə) ədəbiyyatı, 1945–1946-cı illəridə demokratik ədəbiyyat meydana gəldi. 1978–1979-cu illərin inqilabı ilə Güney Azərbaycanda təzə ab-hava yaranmağa başlasa da o, uzun çəkmədi.

1946-cı ildə Milli hökumət tərəfindən təşkil edilmiş "Azərbaycan Şairlər və Yazıçılar Cəmiyyəti"nin bir sıra üzvləri sonralar həbs edildi, bir qismi xarici ölkələrə mühacirət etdi, bir hissəsi isə gizli iş şəraitinə keçdi. Təqribən 1960-cı illərə qədər Azərbaycan mədəni həyatında durğunluq yarandı. 1945-ci ildə çıxan Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poeması bütün Yaxın və Orta Şərq mühitində görkəmli bir ədəbi hadisə kimi qarşılandı. Çağdaş fars şeirlərinin ustadı sayılan M. Şəhriyar öz ədəbi istiqamətini dəyişərək Azərbaycan türkcəsində yazdığı yeni şeirləri ilə Azərbaycan ədəbiyyatında yeni ədəbi məktəbin bünövrəsini qoydu.

Şah rejiminin farslaşdırma siyasətinə baxmayaraq, ana dilində ədəbiyyat 1950–1970-ci illərdə inkişafdan qalmamışdır (Səhənd, Əli Kərimi, Əli Təbrizi, Həbib Sahir, Səbahi, Səməd Behrəngi, Savalan, Sönməz, Coşqun, Yəhya Şeyda, Piruz Dilənçi və b.). Azərbaycan folklorunun toplanması və nəşri sahəsində müəyyən tədqiqi işlər aparılmışdır (S. Behrəngi, M. Fərzanə, S. Cavid, A. Təbrizi, M. Tərbiyət, M. Təbrizi, H. Məmmədzadə, Q. Kəndli, Q. Biqdeli, M. Müsaddıq, M. Mənafi, C. Müciri, Məhəmmədsədiq Hüseyn Məhəmmədzadə (Hüseyn Düzgün) və başqaları).

1978–1979-cu illər İran islam inqilabından sonra keçən qısa müddət ərzində Azərbaycan türkcəsində onlarla kitab nəşr edilmişdir. Onların bir neçəsi təkrar işıq üzü görmüşdür.

Tanınmış şəxsiyyətlər

redaktə
  Əsas məqalə: İran azərbaycanlıları

Muzeylər

redaktə

Hazırda İranın muzey, məscid və şəxsi kolleksiyalarında Azərbaycan xalqının əsrlər boyu yaratdığı minlərlə nadir sənətkarlıq nümunələri mühafizə olunur. Xüsusilə Tehranın Arxeologiya Muzeyindəki eksponatlar-Təbrizdən bir az aralı Urmiya gölü ətrafında yerləşən Həsənli, Qaratəpə, Zaviyə və s. təpələrdən yaxın vaxtlarda tapılmış abidələr, əşyalar Azərbaycanın qədim tarix və mədəniyyətini işıqlandıra bilən qiymətli sənət əsərləridir. Pəhləvi recimi dövründə Cənubi Azərbaycanın mühüm muzeyləri Təbriz, Urmiya, XoyMiyandoabda idi. İslam inqilabından sonra bir sıra adlar kimi Güney Azərbaycandakı muzeylərin də adları dəyişdirildi və bir neçə yeni muzeylər yaradıldı. Belə ki, 1962-ci ildə Təbrizdə təsis edilmiş "Şərqi Azərbaycan Muzeyi" indi "Azərbaycan Muzeyi" adlanır və bu muzeydə 2.300-ə yaxın nadir tarixi eksponat, milli geyim, təsviri və tətbiqi incəsənət, o cümlədən Əhəd Hüseyni tərəfindən hazırlanmış heykəltaraşlıq nümunələri saxlanılır. Muzeydə Məşrutə inqilabına aid ayrıca bir salon fəaliyyət göstərir. Bundan başqa, Təbrizdə "Zoologiya" muzeyi də fəaliyyət göstərir. Təbrizdəki Darülfünun Şərqdə ilk universitetlərdən olmuşdur.

Azərbaycanlılar Azərbaycan dilində danışmaqdadırlar.[75] 1888-ci ildə M. H. Rüşdiyyə Təbrizdə yeni tipli məktəb təşkil etmiş, Cənubi Azərbaycanda ilk dəfə olaraq əlifbanı yeni-sövti üsul ilə türk dili əsasında tədris etməyə başlamış, ana dilində çoxlu dərsliklər yazmışdır. 1926-cı ildən məktəblərdə türk dilində tədris qadağan edilmişdir. Hakim dairələr Təbriz Universitetində Azərbaycanın tarixi, etnoqrafiyası, sosial-siyası vəziyyəti və s. ilə əlaqəli məsələlərin öyrənilməsinə maneçilik törətmişdir. II dünya müharibəsindən bu günə kimi bütün İran maarif və mədəniyyəti sahəsindəki diqqətəlayiq və yaddaqalan ən mühüm və demokratik işlər Azərbaycan Milli hökumətinə məxsusdur. Belə ki, bu dövrdə onlarca universitet və institut yaradılmışdır. Türk dilində 50-yə yaxın müxtəlif adda qəzet və jurnal, dərslik, bədii-ədəbiyyat nəşr edilmiş, kino-teatrlar tikilmiş, radio stansiyası və radio xəbərləri komitəsi yaradılmış, milli qəhrəmanlara: Səttar xana, Bağır xana, Xiyabaniyə heykəllər ucadılmışdır. Təbriz Universiteti kitabxanası, Milli Kitabxana və "Tərbiyət kitabxanası" Cənubi Azərbaycanın ən böyük kitabxanalarıdır.

Cənubi Azərbaycanda ilk radio stansiyasının əsası 1946-cı ildə Azərbaycan Milli hökuməti tərəfindən qoyulmuşdur. 1980-ci illərdə radio şəbəkələrində türk dilində verilişlərin sayı xeyli azalmışdır. Yalnız Təbriz, Urmiya və Ərdəbil radio şəbəkələrindən qısa verilişlər verilir. Onlarda da, xüsusilə Təbriz radiosunda səsləndirilən cümlələr ədəbi dilimizdən çox uzaq olub, yarı türk, yarı fars horrasından ibarətdir. Cənubi Azərbaycanda ilk televiziya stansiyası 1972-ci ildə yaradılıb. Verilişlər ciddi nəzarətlə yalnız farsca aparılır. İnqilabdan bu günə kimi keçən müddət də Güney Azərbaycanın radio və televiziya sistemində edilmiş bütün texnoloji yeniləşmə və keyfiyyət dəyişikliklərinə baxmayaraq verilişlərin məzmununda əsaslı dəyişikliklər baş verməmişdir.

Güney Azərbaycan əhalisinin böyük əksəriyyətini özlərini 12 imamın davamçıları sayan Şiələr təşkil edir. Bölgədə bu təriqətin əsası Şah İsmayıl Xətainin başçılıq etdiyi Qızılbaş hərəkatı tərəfindən qoyulmuşdur. Bununla yanaşı Ərdəbil ostanının Heşəcin şəhristanı ətrafında, habelə Biləsuvar yaxınlığındakı bir sıra kəndlərdə yaşayan az sayılı Sünni təriqətli əhali də yaşayır. Onlar, əsasən, ŞafiHənəfi məzhəbinə mənsubdurlar.

Bölgədə az sayıda xristianyəhudi inancına sahib xalqlarla yanaşı, İbrahimi dinlərdən öncəki ənənəvi inanclara sahib xalqlar da mövcuddur.

Mətbuat

redaktə

Güney Azərbaycanda mətbuatın əsası ötən əsrdə qoyulmuşdur. Milli hökumətin devrilməsindən 1978–1979-cu illər inqilabına kimi Güney Azərbaycanda ana dilinin mətbuatda işlədilməsi yasaq edilmişdi. Belə ki, göstərilən dövrün müxtəlif illərində Azərbaycanda fars, ingilis və fransız dillərində müxtəlif ideya-siyasi istiqamətli 20-dən artıq qəzet və curnal çap olunsa da türk dilində heç bir mətbuat orqanı mövcud olmamışdır. 1978–1979-cu illər inqilabı ərəfəsində İranda demokratik, o cümlədən türkcə mətbuatın nəşrinə imkan yarandı. İnqilabdan keçən sonrakı illərdə Tehranda, eləcə də Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Astara, Miyana, Zəncan, Əhər, Xoy, Maku, Şəbüstər, Muğan, və bu kimi şəhərlərində "Odlar yurdu", "Çənlibel", "Araz", "Molla Nəsrəddin", "Azərbaycan", "Vətən uğrunda", "Oxtay", "Səttar xan bayrağı", "İrəli", "Muştuluq", "Bahari-Azərbaycan", "Ayəndeyi-Azərbaycan" kimi qəzetlər və "Koroğlu", "Birlik", "Azadlıq", "Qardaşlıq", "Varlıq", "Dədə Qorqud", "İnqilab yolunda", "Azərbaycan səsi", "Günəş", "Ülkər", "Yeni yol" kimi curnallar çap edilərək yayıldı. Bu mətbuait orqanlarında İran, o cümlədən Azərbaycan cəmiyyətinin sosial-iqtisadi problemlərinə, onların çətinlik və ehtiyaclarını əks etdirən yazılara çox yer verilirdi. Bununla yanaşı, türkcə mətbuat səhifələrində Azərbaycan xalqının tarixi, onun mədəniyyəti, dili və ədəbiyyatının işıqlandırılması və populyarlaşdırılması da əhəmiyyətli yer tuturdu.

Qəzet və jurnallar

redaktə

İranın yeni hakim dairələrinin İran İslam Respblikası rəhbərliyinin qeyri-fars xalqların milli demokratik hərəkatlarına mənfi münasibəti 1980–1981-ci illərdə türkcə mətbuat orqanlarının, demək olar ki, əksəriyyətinin nəşrinin dayandırılması üçün başlıca səbəblərdən biri oldu. Bütün bu proseslərdə ana dildində öz çapını davam etdirə bilən yeganə curnal Tehrandadır. Cavad Heyətin redaktorluğu ilə çıxan "Varlıq" curnalı idi. Onunla yanaşı "Fəcri-Azərbaycan", "Ümidi-Zəncan", "Ərk", "Ərdəbil", "Əhrar", "Keyhan" və bu kimi qəzet və curnallar da nəşr olunmağa başladı. Qeyd edilməlidir ki, həmin nəşrlər iki dildə — fars və türk dillərində çap olunur.

Televiziya və radio

redaktə

İnzibati bölgü sistemi

redaktə

Cənubi Azərbaycanda azərbaycan dilində danışılır. Azərbaycan cümhuriyyəti öz müstəqilliyini qazandıqdan sonra güneydə azərbaycan dilinin inkişafı daha da sürətlənib. Bunun əsas səbəbi sovetlər birliyinin dağılmasından sonra güneylə quzeyin yaxınlaşmasıdır.

  • Kənd: Ölkənin ən kiçik bölgü vahidi
  • Rayon: Bir neçə kənd qrupu
  • Bölüm: Bir neçə rayon qrupu
  • Şəhər: Bir neçə bölgə toplusu
  • Bölgə: İranın ən böyük inzibati bölgü vahidi və neçə şəhər toplusu. Misal olaraq Qərbi Azərbaycan ostanı, Tehran bölgəsi (İranda 30 bölgə var)
  • Ölkə: İran

Etnik tərkibi

redaktə

Cənubi Azərbaycanın etnik tərkibi Türklərdən[76] ibarətdir. Qismən burada farslar, kürdlər, tatlar, talışlar və ermənilər də yaşayırlar.

İstinadlar

redaktə
  1. "Amerikanın səsi. İran Azərbaycanı". 2012-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-16. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. Britanika ansiklopediyası Arxivləşdirilib 2009-02-06 at the Wayback Machine Özət: The population consists mainly of Azeri-speaking Turks…
  3. Encyclopedia of the Peoples of Africa and the Middle East/Jamie Stokes, editor; Anthony Gorman and Andrew Newman, historical consultants. Includes bibliographical references and index. ISBN 978-0-8160-7158-6 (hardcover : alk. paper), ISBN 978-1-4381-2676-0 (e-book). An imprint of Infobase Publishing 132 West 31st Street New York NY 10001 in the United States of America, 2009.: Contents: Entries A to Z: Azeris (Azerbaijanis), page 78, 79
  4. "متروی تبریز اوایل خردادماه به راه میافتد". INN. 2013-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-19. (#redundant_parameters); (#redundant_parameters)
  5. "استانهای آذری نشین قطب تولید شیرینی و شکلات کشور". Donya-e-Eqtesad. 2010. 25 June 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 May 2016.
  6. "Iran brings sweet treat to 100 countries". PressTV. 27 May 2015. 15 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2016. (#redundant_parameters); (#redundant_parameters)
  7. "غول صنعتي "مينو" بورسي مي شود". Donya-e-Eqtesad. 2014. 2 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2016. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  8. İran türklərinin əski tarixi, məhəmməd təqi zehtabi,1379 h.ş təbriz s. 211,212
  9. Azərbaycan tarixi (yeddi cildd), Bakı, 2007, II cild
  10. Azərbaycan tarixi (yeddi cilddə), Bakı, 2007, II cild
  11. Ət-Təbəri, III, səh. 1015
  12. Məsudi. Muruc, VII, səh. 130
  13. Bağdadi, səh. 252
  14. Е.А.Беляев. Мусульманское сектанство, стр. 21
  15. З.И.Ямпольский. Восстание Бабека, стр. 14.
  16. Əd-Dinəvəri, səh.397
  17. Abu Dulaf. Mis'ar ibn Muhalhil's travels in Iran, p. 6.
  18. Fihrist, I, səh. 343
  19. Ət-Təbəri, III, səh. 1171
  20. Əbu Dulaf səh. 37
  21. Əl-Məsudi, II, səh. 235, 247
  22. Mütəhhər əl-Müqəddəsi, səh. 115
  23. Əl-Fihrist, səh.480
  24. Ət-Təbəri, III, səh. 1164.
  25. Ət-Təbəri, III, səh. 1165.
  26. M. Siriyets, səh. 531.
  27. İbn əl-İbri, səh. 155
  28. Əz-Zəhəbi, səh. 384
  29. Ət-Təbəri, III, səh. 1232–1233
  30. əl-Müqəddəsi. Kitab əl-bəd, səh. 117
  31. İbn əl-Əsir, VI, səh. 176
  32. Əl-Müqəddəsi. Kitab əl-bəd, səh. 117
  33. İbn əl-İbri, səh. 241
  34. Ət-Təbəri, III, səh. 1179
  35. İbn əl-Əsir, VI, səh. 165
  36. Ət-Təbəri, III, səh. 1187–1188
  37. İbn əl-Əsir, VI, səh. 167.
  38. Ət-Təbəri, III, səh. 1188–1193
  39. İbn əl-Əsir, VI, səh. 167–168
  40. Tarix əs-Salihi, vər. 56
  41. Əl-Bağdadi. Kitab əl-fərq, səh. 251, 268, 269
  42. İbn İsfəndiyar, səh. 155
  43. 1 2 Əl-Yəqubi, II, səh. 578
  44. Siyasətnamə, səh. 226
  45. 1 2 Ət-Təbəri, III, səh. 1197
  46. əz-Zəhəbi, səh. 384
  47. Yaqut İrşad, I, səh. 361–364
  48. Siyasətnamə, səh. 228
  49. Siyasətnamə, səh. 227
  50. Ət-Təbəri, III. Səh. 1229
  51. Əl-Bəlazuri, səh. 325–326
  52. Yaqut, I, 173
  53. Əl-Bəlazuri, 326
  54. əl-Yaqut, I, 173
  55. Ət-Təbəri, I, 2804
  56. əl-Bəlazuri, 328
  57. "Arxivlənmiş surət". 2016-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-31. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  58. "Arxivlənmiş surət". 2014-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-31. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  59. 1 2 "Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII–XVIII əsrlə r). Bakı."Elm". 2007. 592 səh" (PDF). 2020-10-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-01-02. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  60. "Азербайджанские ханства". 2012-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-02. (#redundant_parameters); (#redundant_parameters)
  61. "Cənubi Azərbaycan Xanlıqları". 2009-10-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-02. (#redundant_parameters); (#redundant_parameters)
  62. Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, səh. 279.
  63. ЦГВИА, ф. 52, д. 218, лл. 39–40.  (rus.)
  64. McEvoy, Joanne; O'Leary, Brendan (2013). Power Sharing in Deeply Divided Places. Filadelfiya: University of Pennsylvania Press. 191. ISBN 9780812245011.
  65. News Arxivləşdirilib 2017-07-20 at the Wayback Machine Hamshahri Online
  66. "15 of 18 Proposed Iranian Cabinet Ministers Devoted by Parliament". Mojnews. 16 August 2013. 20 October 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 August 2013. (#redundant_parameters); (#redundant_parameters)
  67. "شهیندخت مولاوردی، معاون حسن روحانی در امور زنان شد". Persian Deutsche Welle. 13 August 2013. 10 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2013. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  68. "Ms Molaverdi appointed as vice president for women, family Affairs". President of Iran Website. 13 August 2013. 25 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2013. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  69. "تبریز، میهمان رئیس جمهور ترکیه". ISNA. 2013-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-20. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  70. "مهمت بولوت سرکنسول جدید ترکیه در ارومیه ، با استاندار دیدار کرد". Asar-e Omid News Agency. 2015-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-20. (#redundant_parameters); (#redundant_parameters)
  71. "Ə.F.Əlizadənin İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". Azərbaycan Respublikasının Prezidenti Website. 2013-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-20. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  72. 1 2 I Fəsil. — § 3. Yeril və gəlmə tayfalar, xalqlar, onların qarşılıqlı münasibətləri, səhifə 22. // Azərbaycan tarixi. Yeddi cilddə. II cild: III–XIII əsrin I rübü. Məsul redaktor: akademik Nailə Vəlixanlı. Təkrar nəşr. Bakı: "Elm" nəşriyyatı, 2007, 608 səhifə. ISBN 9789952448344
  73. Azərbaycanın Tarixi-Siyasi Coğrafiyası Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine Vaqif Piriyev
  74. "Fəridə Əliyeva. [[Azərbaycan]] musiqisinin cənub səhifəsi. "Musiqi dünyası" jurnalı". 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-12. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  75. "Britanika ensiklopediyası : The population consists mainly of Azeri-speaking Turks who use an…". 2009-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-27. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  76. "Arxivlənmiş surət". 2013-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-09. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə