Əhməd xan Dünbili

Əhməd xan Mürtəzaqulu xan oğlu Dünbili (1745-1786) — Xoy xanlığının hakimi (1763-1786).

Əhməd xan Dünbili
Əhməd xan Dünbili
1763 – 1786
ƏvvəlkiŞahbaz xan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Xoy, Əfşarlar dövləti
Vəfat tarixi
Vəfat yeri Xoy
Dəfn yeri Xoy
Atası Mürtəzaqulu xan
Həyat yoldaşı
  • Səltənət bəyim Qacar[d]
Uşaqları
Ailəsi Əfşarlar sülaləsi
Dini Şiə İslam

Həyatı

redaktə

Dünbili tayfası tamamiylə türkləşmiş Kürd əsilli tayfadır. Əhməd xan 1786-cı ildə qardaşı Şahbaz xanın övladları tərəfindən öldürüldü.

Hakimiyyəti

redaktə

Xanlığın başında duran Əhməd xan (1763 – 1786) Təbriz xanlığının ərazisini birləşdirərək İrəvan, NaxçıvanQaradağ xanlıqlarını da özünə tabe edə bilmişdi.[1] Rusiya dövləti xanlığın artan nüfuzundan Osmanlınında istifadə edə biləcəyindən ehtiyat edirdi. Buna görə də xoylu Əhməd xanı öz tərəfinə çəkmək üçün bu işlə II Yekaterina özü maraqlanırdı. O, 1784-cü il iyunun 21-də Knyaz Potyomkinə bu haqda xüsusi tapşırıq vermişdi[2]. Lakin rəsmi sənədlərdən göründüyü kimi, Xoy xanlığı Rusiyaya deyil, Osmanlıya meyl edirdi. Hətta Osmanlı dövləti bunun müqabilində Əhməd xana böyük imtiyazlar vermişdi[3]. Bundan əlavə 1784-cü ildə Xoy xanı Əhməd xan digər Azərbaycan xanları ilə birgə Axalsık paşasının yanına elçi göndərmişdi. Həmin elçilik qarşısında Sultandan kömək almaq məqsədi qoyulmuşdu[4].

Xoy, Təbriz və Naxçıvan xanlarının Bəyazid hakimi İsaq paşa vasitəsilə Osmanlı sultanından onlara başçı təyin edilməsi xahiş olunurdu. Bu xahişi nəzərə alan sultan onlara belə cavab vermişdir: "Biz ali məqamlı Xoy hakimi Əhməd xanı sizə başçı təyin edirik ki, birləşib ... qanuni düşmənimiz olan xristianlara qarşı birgə vuruşasınız.[5]

Ailəsi

redaktə

Əhməd xanın Hüseynqulu xan, Cəfərqulu xan, Əmiraslan xan, Kazım bəy adlı oğlanları, Mahşərəf bəyim adlı qızı vardı. Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir, Məhəmmədqulu xan Qasımlı-Avşar, Məhəmməd xan Ziyadlı-Qacar Əhməd xanın kürəkənləri idilər.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Xoy xanlığı, Bakı: Mütərcim, 2012

İstinadlar

redaktə
  1. Dəlili H.Ə. Azərbaycanın cənub xanlıqları (XVIII əsrin II yarısı) Bakı, 1979, Leviatov V.N. İz istorii yujnıx xanstva Azərbaydjana II polovino XVIII v, Azərb. EA Məruzələri, 1946.
  2. Dəlili H.Ə. Göstərilən əsəri, Bakı, 1979, s. 131; Butkov Q.P. Göstərilən əsəri.s. 176.
  3. Butkov Q.P. Göstrərilən əsəri, c. 171; Dəlili H.Ə. Göstərilən əsəri, c. 131.
  4. Azərb. EA Tarix İnstitutunun elmi arxivi: inv. 1795/3/, c. 31.
  5. arxiv bilgiləri, 1 cild, s. 115.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə