Xoy xanlığı

xanlıq

Xoy xanlığıCənubi Azərbaycan ərazisində (indiki İran ərazisində) xanlıq (XVIII yüzilin ortaları - sonları). Mərkəzi Xoy şəhəri idi. Xoy xanlığı Araz çayı, Naxçıvan, Maku, Urmiya, Təbriz xanlıqları və Osmanlı dövləti ilə hüdudlanırdı.

Xanlıq
Xoy xanlığı
XVIII — XIX əsrlərdə Xoy xanlığı[1]
XVIII — XIX əsrlərdə Xoy xanlığı[1]
 
 
1747 — 1813

Paytaxt Xoy
Rəsmi dilləri Azərbaycan dili,
fars dili
Dövlət dini İslam (Şiəlik)
Əhalisi azərbaycanlılar, ermənilər, kürdlər, farslar, aysorlar
İdarəetmə forması Mütləq monarxiya
Xan
 • (1747-1763) Şahbaz xan Dünbili (ilk)
 • (1798-1806) Cəfərqulu xan Xoyski (son)

Ümumi məlumat

redaktə

Xoy xanlığının əsasını dünbuli tayfa başçıları qoymuşdu. Dünbuli Əhməd xan XVIII əsrin 60-cı illərində Təbrizdə də möhkəmlənmişdi. Xoy xanlığı İrəvan, NaxçıvanQaradağ xanlığını da özünə tabe etmişdi. Qarabağ xanlığı ilə müttəfiqlik hakimiyyətinin möhkəmlənməsinə müsbət təsir göstərdi.

1775-ci ildə Xoy xanı Əhməd xandan Çıldır valisi Süleyman paşaya göndərilən məktubda "Şimali Qafqazın istilasından qüvvət alan Rusiyanın və onunla ittifaq yaradan İrakli xanın təcavüzünə imkan verməməsi üçün Azərbaycan və Qafqaz xanlarının "Dövləti-Aliyyə" (Osmanlı imperiyası - Q.G.) ilə birgə mübarizə aparmasının vacib olduğu bildirilirdi".

Xoy xanlığı ilə Kərim xan Zəndin zərbələrindən sonra dirçəlməyə başlayan Urmiya xanlığı arasında ziddiyyət var idi. Əhməd xan Təbriz xanlığı ilə birləşərək 1783-cü ildə Təbriz şəhəri yaxınlığında Urmiya və Sərab xanlıqlarının birləşmiş qoşununu məğlub etdi. Bu qələbə Xoy xanlığının nüfuzunu xeyli artırdı. Kərim xan Zənd Xoy xanlığının güclənməsindən narahat olub, Əhməd xanı sarsıtmaq üçün tədbirlər görməyə başladı. Bu məqsədlə onun qardaşı Şahbaz xanın oğlanlarını əmilərinə qarşı mübarizəyə hazırlayırdı. Kərim xan Zəndin səpdiyi düşmənçilik toxumu onun ölümündən sonra belə özünü göstərdi. Şahbaz xanın oğlanları Əhməd xana qəsd edib, onu öldürdülər. Qəsdçilər hakimiyyəti ələ keçirməyə nail ola bilmədilər. Cəfərqulu xan Xoylu xilas ola bildi, onları cəzalandırdı və qardaşı Hüseynqulu xanı azad edərək hakimiyyətə gətirdi.

Xoy xanlığı yaranmış vəziyyətdə əvvəlki mövqeyini itirdi. İrəvan xanlığı müstəqillik əldə etdi. İrəvan və Qaradağ xanlığı yalnız Qarabağdan asılı oldu. Təbriz də əldən çıxdı. Xanlıqlar arasında yeni çəkişmələr başlandı. Xoy xanlığı Qacarlardan asılı vəziyyətə düşdü, sonra xanlığa son qoyuldu.

İnzibati qurluşu

redaktə

Xanlıq inzibati cəhətdən 11 mahala bölünürdü. Bu mahallar aşağıdakılardır:

  1. Avacıq mahalı
  2. Qotur mahalı
  3. Salmas mahalı
  4. Xoy mahalı
  5. Ələnd mahalı
  6. Çaldıran mahalı
  7. Çors mahalı
  8. Qaraqoyunlu mahalı (Xoy)
  9. Sökmənabad mahalı
  10. Dərgah mahalı
  11. Yenigicə mahalı
Adı Hakimiyyət illəri
1 Şahbaz xan Dünbili 1747-1763
2 Əhməd xan Dünbili 1763-1786
3 Hüseynqulu xan Dünbili 1786-1798
4 Cəfərqulu xan Dünbili 1798-?[2]

Həmçinin bax

redaktə

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Xoy xanlığı, Bakı: Mütərcim, 2012.
  • Cemal Gökce. Kafkasya ve Osmanli Impratorlugunun Kafkasya siyaseti, Istambul, 1979,
  • CƏNUBİ AZƏRBAYCAN XANLIQLARI
  1. Muriel Atkin. Russia and Iran, 1780—1828. 2nd. ed. Minneapolis:University of Minnesota Press Press. 2008. ISBN 0-521-58336-5.
  2. Ənvər Çingizoğlu. Cəfərqulu xan Dünbili, "Soy" dərgisi, 12 (32). Bakı, 2009