Lissabon (port. Lisboa), Portuqaliyanın paytaxtı və ən böyük şəhəridir. Avropaın ən rəngli paytaxtlarından biri olan Lissabon Romaİstanbul kimi yeddi təpə üzərinə qurulmuşdur.[4] 1260-cı ildən bəri Portuqaliyanın paytaxtı olan şəhər XVI əsrdə Portuqaliya İmperiyası zamanında ən ehtişamlı dövrünü yaşamışdır.

Lissabon
Lisboa
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
38°42′28″ şm. e. 9°08′20″ q. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat e.ə. 205
Sahəsi
  • 100,05 ± 0,01 km²[2]
Mərkəzin hündürlüyü 100 ± 100 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 545.923 nəf. (2021)[3]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 1000–1900
Digər
cm-lisboa.pt
Xəritəni göstər/gizlə
Lissabon xəritədə
Lissabon
Lissabon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lissabon Avropanın ən isti paytaxtlarındandır. Bahar və yay fəsilləri ümumiyyətlə günəşlidir. Ən yüksək istilik 35º ilə 40 °C, ən aşağı istilik 15º ilə 20 °C arasındadır. Payızqış mövsümləri ümumiyyətlə yağışlı və küləklidir ancaq günəşli günlərə də rast gəlinir. İstilik nadir olaraq 5 °Cnin altına düşür. Bu mövsümlərin orta istiliyi 10 °C ətrafındadır. Qar yağması isə Lissabonda çox nadirən baş verir. Ortalama olaraq ildə 3.300 günəşli saat və 100 yağışlı gün vardır. Lissabonun iqliminə Qolfstrim (Gulf Stream) cərəyanı çox təsir göstərir.

 
Tejo çayı üzərindəki Vasko da Qama Körpüsü

Şəhərin əhalisi 564.657 ikən metropoludan bölgənin əhalisi 2. 760.723dür. Lissabon Metropoludan Bölgəsi, Böyük LissabonSetúbal Yarımadası altbölgəlerini ehtiva edər. Şəhər içindəki əhali sıxlığı 6.658 adam/km² dir. Lissabon Avropada ən sürətli böyüyən metropoludan sahələrdən biridir və Birləşmiş Millətlər Təşkilatı təxminlərinə görə 2050-ci ildə əhali 4,5 milyon adama çatacaq.

Lissabonda ən məşhur idman futboldur. Şəhərin başlıca klubları arasında UEFAnın 5 ulduzlu stadionlar siyahısında olan 65,000 nəfərlik Estádio də Luz (İşıq Stadionu) ilə SL Benfica klubunun adını çəkmək olar. Benfica UEFA Çempionlar Liqasını iki dəfə qazanmış və yeddi dəfə finalda oynamışdır. Klubun məşhur oyunçuları arasında 1960-cı illərdə Eusebio, hal-hazırda da Rui Costa, Nuno GomesSimão Sabrosa sayıla bilər.

Sporting Lissabon, şəhərin digər məşhur futbol klubudur. Bu klub öz oyunlarını 52.000 nəfərlik və yenə UEFA-nın 5 ulduzlu stadionlar siyahısında olan Estádio José də Alvalade (José də Alvalade Stadionu) stadionunda keçirir. Sporting Lissabon bir dəfə UEFA Kubok Qalibləri Kubokunu qazanmış və bir dəfə də UEFA Kubokunda final oynamışdır.

Hər il Mart ayında əhalinin kütləvi iştirak etdiyi və dünya səviyyəsindəki bu cür tədbirlərdə ən çox adamın toplandığı qaçışlardan olan Yarı Marafon təşkil edilir.

Bundan başqa, 2006-cı ildən bəri Dakar Rallisinin başlanğıcı Lissabondan götürülür.[5]

Bucaqlar

redaktə

Lissabon bələdiyyəsi 4 məhəllədə (Por.: Bairro) toplanmış 53 bucaqdan (Por.: freguesia) meydana gələr.

Qardaş şəhərlər

redaktə

Şəkillər

redaktə

Mənbə

redaktə
  1. 1 2 archINFORM (alm.). 1994.
  2. https://www.ine.pt/xportal/xmain?xpid=INE&xpgid=ine_indicadores&indOcorrCod=0008350&selTab=tab0. National Institute of Statistics.
  3. Pordata. Fundação Francisco Manuel dos Santos.
  4. "Sürprizler şehri Lizbon – Formsante dergi". 2007-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-02-12.
  5. "Dakar Ralli ana sayfa". 2011-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-02-12.

Xarici keçidlər

redaktə