İsmayılfiruz Əli Baratəli oğlu (fars. پيروز ديلنچی‎, ing. Piruz Dilenchi,16 may 1965, Tehran) — şair, tərcüməçi, siyasi xadim.

Piruz Dilənçi
علی اسماعیل فیروز
Doğum adı Əli Baratəli oğlu İsmayılfiruz
Təxəllüsləri Piruz Sümərinli, Piruz Dilənçi - پیروز ثمرینی
Doğum tarixi (59 yaş)
Doğum yeri Tehran, İran İran
Vətəndaşlığı İran İran, Azərbaycan Azərbaycan, Kanada Kanada
Milliyyəti Azərbaycanlı
Həyat yoldaşı Aynurə Kərimova
Uşaqları Şəhriyar, Atilla
Atası Baratəli
Anası Gülçöhrə
Təhsili Ali
İxtisası İnşaat mühəndisi
Fəaliyyəti CAMAH lideri
Fəaliyyət illəri 1991 - 2002
Əsərlərinin dili Fars dili, Azərbaycan türkcəsi
İlk əsəri İlk əsərlər
Mükafatları İlin Nümünəvi Gənci - İran 1987
piruzdilanchi.com

Həyatı

redaktə

Piruz Dilənçi 1965-ci il mayın 16-da İranda, Tehran şəhərində anadan olmuşdur. Burada "Hatif" məktəbində ibtidai təhsil almışdır. 1983-cü ildə İsfəndiyar orta məktəbini bitirmişdir. 1983–1988-ci illərdə Tehran Texnologiya İnstitutunun yol və inşaat fakültəsində təhsilini davam etdirmişdir.

Ədəbi fəaliyyətə erkən başlamışdır. 14 yaşında ikən ilk kitabı Tehranda fars dilində kütləvi tirajla buraxılmışdır. Doğulduğu şəhərdə yaşadığı illərdə 7 kitabı fars və Azərbaycan dillərində işıq üzü görmüşdür.[1] İranın KeyhanEttelaat kimi dünya səviyyəli mətbuat orqanlarında onlarla elmi, ədəbi, ictimai və siyasi məqalələri dərc edilmişdir. 17 yaşında ümumiran gəncləri arasında keçirilən ədəbi yarışda birinci yeri tutmaqla İranın nümunəvi gənci adına layiq görünmüşdür. Bir neçə il "Varlıq" jurnalı ilə əməkdaşlıq etmişdir. Ustad Məhəmmədhüseyn Şəhriyarın şagirdlərindən biri kimi tanınır.[2]

 
Dahi Azərbaycan şairi ustad Şəhriyar və Piruz Dilənçi — Təbriz 1988

İran, TürkiyəAzərbaycanda onun sözlərinə mahnılar bəstələnmişdir. Əvvəllər sol təmayüllü siyasi təşkilatların tərkibində, sonralar isə milli azadlıq uğrunda apardığı siyasi mübarizələr nəticəsində dəfələrlə totalitar molla rejimi tərəfindən həbs edilərək ağır işgəncələrə məruz qalmışdır. Təqib və təzyiqlərdən yaxa qurtarmaq üçün 1990-cı ilin yanvar ayında Azərbaycanına pənah gətirmişdir. O vaxtkı Sovet Azərbaycanında yaşamasına icazə verilməsə də, Anar, Nəriman Həsənzadə, Məmməd ArazNəbi Xəzri kimi görkəmli ziyalıların rəsmi və yazılı ərizə, müraciət və zəmanətlərini nəzərə alan DTK, nəhayət ki, 1991-ci ildə onu "vətəndaşlığı olmayan şəxs" kimi Azərbaycanda qeydiyyata almışdır. Burada "Ədəbiyyat və incəsənət" qəzetində əməkdaşlıq etmiş, orada bir ilə yaxın "Ədəbi Təbriz" səhifəsi hazırlayıb buraxdırmışdır. Eyni ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü qəbul edilmişdir. Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının lideri olaraq o, tarixdə ilk dəfə Cənubi Azərbaycanın istiqlalı və İran tərkibindən ayrılması ideyasını yaratmış, dünya siyasəti arenasına çıxarmışdır. Bu ideya həmin dönəmin görkəmli siyasi xadimlərinin, o cümələdən Əbülfəz Elçibəy tərəfindən də dəstəklənərək daha da geniş yayılmışdır. Cənubi Azərbaycanın istiqlalı və İran tərkibindən ayrılması ideyası ilk dəfə olaraq Piruz Dilənçi tərəfindən meydana çıxsa da, uzun illər Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev kimi dahi siyasətçi tərəfindən də bəyənilmişdir. Belə ki, Heydər Əliyev Piruz Dilənçi ilə tanışlıqdan sonra, çıxışlarının birində "Mən İran deyəndə Cənubi Azərbaycanı nəzərdə tuturam" -demişdir. Cənubi Azərbaycanın istiqlalı ideyası üzərində artıq bu gün İranın daxilində və xarici ölkələrdə bir çox siyasi partiya və təşkilatlar fəaliyyət göstərməkdədir. 2004-cü ildən etibarən isə, [Birləşmiş Millətlər Təşkilatı] da bu ideyanı millətin həqiqətə uyğun tələbi kimi rəsmiyyətə tanımaqdadır.

4 il ərzində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Araz-Cənub ədəbiyyatı toplusu" və "Şəhriyar-Cənub ədəbiyyatı toplusu" adlı silsilə verilişlərin təşkilatçısı və aparıcısı olmuşdur. Onun şeir kitabları ilə yanaşı, dilçiliyə aid əsərləri də nəşr edilmişdir. Nəbi Xəzrinin seçilmiş əsərləri fars dilində onun tərcüməsi ilə Tehranda çap olunmuşdur.

Siyasi fəaliyyəti

redaktə
 
Heydər Əliyev və Piruz Dilənçi

Piruz Dilənçi ədəbi yaradıcılığı ilə bərabər milli-siyasi hərəkatda da fəaal iştirak etmişdir. Bünövrəsi 1991-ci ildə qoyulmuş CAMAH-ın əsas banilərindən biri olaraq, 1999-cu ilə qədər həmin təşkilata rəhbərlik etmişdir. 1999-cu ildə Təbrizdə milli hərəkatın dalğaları genişləndikdən sonra P. Dilənçi CAMAH Mərkəzi Komitə rəhbərinin birinci müavini, eyni zamanda Bakı Komitəsini sədri təyin edilmişdir.[3][4][5]

Piruz Dilənçi 2000-ci ildə 3.000-ə yaxın imza toplayaraq, Azərbaycan Respubliksı Milli Məclicinin növbəti seçkilərində iştirak etmək məqsədilə namzədliyini irəli sürmüşdür. Lazımi sənədlərin təqdimindən sonra, onun namzədliyi rəsmən qeydə alınmışdır. Lakin seçkilərə bir neçə gün qalmış Mərkəzi Seçki Komissiyası ciddi əsas göstərmədən onun namizədliyini ləğv etmişdir.

2002-ci il dekabr ayının 5-də Piruz Dilənçi bir qrup naməlum şəxs tərəfindən yaşadığı mənzilin qarşısından oğurlanmışdır. 21 gün məxfi saxlanıldıqdan sonra, mətbuatın təzyiqi nəticəsində, nəhayət ki, Daxili İşlər Nazirinin mətbuat katibi məcbur olaraq Piruz Dilənçinin həbsi ilə bağlı açıqlama vermişdir. Piruz Dilənçi bir həftə yeraltı və soyuq kamerada ağır fiziki və ruhi işgəncə altında saxlanıldıqdan sonra, Şüvəlanda yerləşən təcridxanaya göndərilmişdir. 38 gün həbsdə saxlanıldıqdan sonra, səbəbsiz tutuluğu kimi, səbəbsiz də ev dustağı şəraitində nəzarətdə saxlanılmaq şərti ilə azadlığa buraxılmışdır.

Piruz Dilençi Türkiyədə Ülkü Ocaqları keçmiş genel başqanı və millət vəkili Atila Kaya, Ergenekon davasının öndə gedən isimlərindən General Veli Küçük1995 Azərbaycanda dövlət çevrilişinə cəhddə adı keçən Prof. Dr. Ferman Demirkol kimi söz və güc sahibi bir çox rəsmilərlə yaxın ilişgilər içindədir.

[6] Üç aydan sonra isə ev dustaqlığından da azad edilmişdir.

Hazırda Kanadanın Vankuver şəhərində yaşayır. Göstərdiyi siyasi və ədəbi fəaliyyətlərinə görə, onun ad günü münasibətilə 2008-ci ilin may ayında, Kanada dövləti tərəfindən P. Dilənçiyə və ailə üzvlərinə Kanada vətəndaşlığı verilmişdir.[7][8][9] Daha sonra Kanadanın dövlət başçısı Stiven Harper özəl bir məktubla Piruz Dilənçini təbrik etmişdir.[10]

Kitabları

redaktə

İranda yaşadığı illər Piruz Sümərinli, daha sonralar isə Piruz Dilənçi təxəllüsü nəşr etdiyi kitablardan bəziləri[11].

Cild Kitabın adı İçindəkilər Şəhər Nəşriyyat İl Səhifə
 
سرگرمی و اطلاعات عمومی Elmi cədvəl Tehran Xürrəmi 1980 160
 
Azeri Türkcesinde Benzer Sözcükler Sözlük Tehran Dünya 1986 106
 
فرهنگ لغات متشابه Sözlük Tehran Dünya 1986 106
 
معاصر آذربايجان شاعيرلريندن قانلی نغمه لر Cənubi Azərbaycan şairlərindən seçmələr Tehran İslami Təbliğat Təşkilatı 1987 96
 
Nəbi Xəzrinin seçilmiş əsərləri Ərəb əlifbasına köçürən Piruz Dilənçi Tehran Dünya 1988 96
 
İlk əsərlər Şerlər Tehran Qərn 1990 96
 
Qəribə taleyim var imiş mənim Şerlər Bakı Nurlan nəşriyyatı 2001 146

Sənədli film

redaktə
 
Sənədli film

Piruz Dilənçinin 50 illiyinə həsr olunmuş sənədli film.

Çıxış və iştirak edənlər: Xalq şairi Məmməd Araz , Xalq şairi Nəbi Xəzri , Xalq şairi Nəriman Həsənzadə , Xalq şairi, Millət Vəkili Sabir Rüstəmxanlı , AXCP Sədri Əli Kərimli , Doktor Cavad Heyət , Xalq şairi Zəlixan Yaqub , Xalq artisti Eldar Mansurov , Xalq artisti Cavanşir Quliyev , Xalq artisti Teymur Mustafayev , Xalq artisti Brilliant Dadaşova , Xalq artisti Aygün Kazımova , Xalq artisti Flora Kərimova , Xalq artisti Faiq ağayev , Xalq artisti Mübariz Tağıyev , Xalq artisti Səməd Səmdov , Nisə Qasımova , Ruhəngiz Allahverdiyeva , Mətanət İsgəndərli , Azərin və…

Soy ağacı[12]

redaktə

Piruz Dilənçi (Əli İsmayılfiruz)

Baratəli (P. Dilənçinin atası)

Rza (P. Dilənçinin babası)

İsmayıl Ərdəbili

Kürd Əhməd

Molla Məhəmməd

Şah Hüseyn

Məşhur mahnıları

redaktə

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. http://89.147.202.130:8000/cgi-bin/gw_2010_1_3/chameleon?sessionid=2010101223275403543&skin=azl&lng=az&inst=consortium&host=localhost%2b2222%2bDEFAULT&patronhost=localhost%202222%20DEFAULT&searchid=217&sourcescreen=INITREQ&pos=1&itempos=1&rootsearch=SCAN&function=INITREQ&search=AUTHID&authid=580160&authidu=1003[ölü keçid] Müəllif: Əli İsmayıl Firuz Sümərin
  2. http://commons.wikimedia.org/wiki/Fayl:Signature_and_manuscript_of_Shahriyar.jpg Ustad Şəhriyarın Piruz Dilənçiyə yazdığı əlyazma və imzası
  3. http://www.gunaskam.com/eng/index.php?option=com_content&task=view&id=140&Itemid=44 Arxivləşdirilib 2013-01-10 at Archive.today The Islamic Republic and the Independence of the North — By: Dr. Nissman is an adjunct professor at Georgetown University and the author of "The Soviet Union and Iranian Azerbaijan" (Westview, 1987).
  4. http://www.ecoi.net/local_link/180962/298257_de.html Arxivləşdirilib 2014-02-02 at the Wayback Machine Liberation Army of Azerbaijan (Liberation Army of Southern Azerbaijan) (January 1998 — August 2001) believed to have been formed in 1993 in Iran [IRN37710. E] — IRB — Immigration and Refugee Board of Canada
  5. http://www.jamestown.org/single/?no_cache=1&tx_ttnews%5Btt_news%5D=6197&tx_ttnews%5BbackPid%5D=217 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Dr. Nissman
  6. http://commons.wikimedia.org/wiki/Fayl:Release_the_Pirouz_Dilenchi.jpg Piruz Dilənçinin azadlığa buraxılması barədə Ədliyə Nazirliyinin qərarı
  7. http://www.piruzdilanchi.com/images/House%20of%20Commons%20Canada.gif Rəsmi sənəd
  8. http://www.piruzdilanchi.com/images/Diane%20Finley%20Minister%20of%20Citizenship%20and%20Immigration.gif Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Rəsmi sənəd
  9. http://www.piruzdilanchi.com/images/Hedy%20Fry%20MP%20Canada.gif Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Rəsmi sənəd
  10. http://www.piruzdilanchi.com/images/Stephen%20Harper%20-%20Prime%20Minister%20of%20Canada.gif Stiven Harperin Piruz Dilənçiyə göndərdiyi təbrik məktubu
  11. "Arxivlənmiş surət". 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.
  12. "Arxivlənmiş surət". 2018-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.