Vikipediya:İnzibatçılara müraciət

(Vikipediya:İM səhifəsindən yönləndirilmişdir)
Ən son rəy:2 gün öncə, Gadir tərəfindən "Burada deyil" mövzusunda


Qısa keçid yönləndirmə
Zəhmət olmasa, aşağıdan yeni mövzu əlavə edin

Azvikidə baş verən son proseslər haqqında

redaktə

Wertuose, Araz Yaquboglu, White Demon, Nicat49, Eldarado, Turkmen, Toghrul R, Atakhanli, Sura Shukurlu, Firuza

Hər kəsi salamlayıram. Son vaxtlar vikipediyamız ətrafında yaranan böhranlı vəziyyətin təhlili və bu vəziyyətdən çıxış yolları haqqında təkliflərimi sizin diqqətinizə çatdırmaq istəyirəm. Bildiyiniz kimi azərbaycandilli vikipediyanın bir qrup redaktoru tərəfindən şəhidlərimiz haqqında olan təxminən 3000-ə yaxın məqalə buradan silinmişdir. Bu addım həm bu qrupa daxil olmayan vikipediyaçıların, həm də ümumilikdə cəmiyyətin haqlı etirazına səbəb olmuşdur. Bu məqalələr silinərkən konsensus olmadığı üçün onların hamısının təcili şəkildə bərpa olunması lazımdır. Gələcəkdə belə halların qarşısını almaq məqsədilə mən şəxsən qısa müddətdə Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şəxslər) prinsipinə şəhidlərlə bağlı bölmə hazırlayıb vikiicmanın müzakirəsinə çıxaracağam. Amma aktiv redaktorlarımız bilir ki, sözügedən qrupun vikipediyaya vurduğu zərər sadəcə şəhidlərimiz haqqında olan məqalələrlə məhdudlaşmır. Mən həmişə gücüm çatdığı qədər bu qruplaşmanın qarşısını almağa, onların vurduğu zərərin miqyasını azaltmağa çalışmışam. Ancaq yenə də zərərin miqyası çox böyükdür. Belə görünür ki, qarşıdakı ən azı 5-6 ay biz qollarımızı çırmalayıb bu qrupun sildiyi səhifələri, şəkilləri, şablonları təftiş etməli, haqsız yerə silinənləri bərpa etməli olacağıq. Bu işdə bizim bitərəf aktiv redaktorlarımıza inanıram və güvənirəm. El bir olsa dağ oynadar yerindən! Amma hər şeydən əvvəl heç olmasa sentyabrın 27-nə - o möhtəşəm günə qədər şəhidlərimizin bacardığımız qədər çox məqalə və şəkillərini bərpa edək.

Bildiyiniz kimi yuxarıda haqqında söz açdığım qruplaşmanın bir üzvü Solavirum dünən əvvəlcə öz istəyi ilə Kənd meydanında inzibatçı statusundan →imtina etdi və statusunun alınması üçün gərəkli addımların atılmasını istədi. Mən onun istəyini nəzərə alıb Metaya müraciət etmişdim. Sonra görünür fikrindən daşındı və Kənd meydanında yazdığı müraciətini sildi. Amma düşünürəm ki, sadəcə bir inzibatçının statusundan imtina etməsi vikicəmiyyədəki gərginliyi azaltmaq üçün yetərli deyil. Azvikidəki gərginliyi azaltmaq, silinən çoxsaylı məqalələrin bərpası zamanı münaqişələrin, kəskin müzakirələrin baş verməsinin qarşısını almaq, ümumiyyətlə bu zərərli qruplaşmanın fəaliyyətini sonlandırmaq üçün aşağıdakı addımların atılmasını təklif edirəm və vikicəmiyyətdən bu təklifləri dəstəkləmisini rica edirəm.

1. Bütün bu zərərli proseslərin iştirakçısı olan azvikinin inzibatçıları Solavirum, NemoralisGadir öz istəkləri ilə inzibatçı statusundan imtina etsinlər. Etməzlərsə, digər bir variant kimi onların inzibatçı statusu vikicəmiyyətin üzvləri tərəfindən səsverməyə çıxarılsın. Düşünürəm və təəssüf edirəm ki, bu 3 inzibatçı vikicəmiyyət tərəfindən onlara göstərilən etimadı layiqincə doğrulda bilmədilər.
2. Azvikidəki bütün bu zərərli proseslərin iştirakçıları, ümumiyyətlə son 2-3 ildə azvikidə daim gərginliyi artıran, müzakirələrdə digər istifadəçilərə qarşı çoxsaylı hörmətsizliklər edən Solavirum, Nemoralis, Gadir, Samral, GrenzsoldatDr.Wiki54 istifadəçi adlı vikipediyaçılara 6 ay müddətinə blok tətbiq olunsun və onların bu müddət ərzində fəaliyyəti tam məhdudlaşdırılsın.

Adlarını yuxarıda qeyd etdiklərimin bəziləri artıq burada statuslarını "qeyri-aktiv" göstərib, bəziləri hətta sosial şəbəkə hesablarını da bağlayıb. Amma yenə də məncə, bu 6 ayın həm blok tətbiq olunan istifadəçilərə öz fəaliyyətlərini qıraqdan ətraflı təftiş etmək imkanı verəcəyinə, həm də vikicəmiyyətimizdəki gərginliyi azaldacağına inanıram. Hörmətlə:--Sortilegus (müzakirə) 00:21, 15 sentyabr 2024 (UTC)Cavabla

  Əleyhinə: vikipediya "cəmiyyətin etirazları" və milli hislərlə idarə olunmur. Fakt odur ki, həmin məqalələrin çoxu qeyri-ensiklopedik idi və daim görüşlərdə, buradakı müzakirələrdə bu məsələ bildirilirdi. Görüşlərdə, onlayn müzakirələrdə bu məsələni müdafiə edən çox istifadəçi yəqin indi burada susacaq, nəsə yazmaqdan qorxacaq, amma fakt budu elədir. Bu təklifə qarşı olan istifadəçilər də milli məsələləri nəzərə alıb fikir bildirirdilər, vikipediyanın prinsiplərini yox. "Qalmalıdırlar, çünki qəhrəmandılar" demək də konsensus deyil. Solavirum isə sadəcə bu prosesin icraçısı olub, heç kimin cürət edə bilmədiyi şeyi icra etməyə qərar verib. Öz admin vəzifəsini yerinə yetirib. Sırf buna görə onu və digərlərini hədəfə çeviriblər. Halbuki bu məsələdə ona dəstək olmalıydıq. Qeyd etdiyiniz bütün istifadəçilər vikipediyanın prinsiplərini nəzərə alaraq doğru şeyi etməyə çalışıblar, çoxundan fərqli olaraq, buna görə indi onlara bloklamalıyıq? Nə vaxta qədər vikipediyanın prinsiplərini, qaydalarını bir qırağa qoyub milli hislərlə, vətənpərvərliklə hərəkət edəcəyik? Belə başa düşürəm ki, növbəti aylarda da ensiklopedik olan, amma düşmən ölkə haqqında məqalələr barədə də təzyiq etsələr, desələr ki, silin, razılaşacaqsız, deyəcəksiz ki, gəlin silək, cəmiyyət etiraz edir. Yolverilməzdir. Şiroi Akuma 01:39, 15 sentyabr 2024 (UTC)Cavabla
Sortilegus-un bu fəaliyyəti onsuz da fondun nəzərindədir. Hər şey öz yerini tapacaq. --► Hörmətlə: SolaVirum 10:08, 16 sentyabr 2024 (UTC)Cavabla
  Əleyhinə: Şiroi-nin fikirləri ilə tam razıyam. Hansısa qərar veriləcəksə, bu yalnız qaydalar və ortaq rəy əsasında baş verməlidir. Kənardan təzyiqlər və kiminsə istəyi ilə nəsə yazsaq/silsək sabah bu işin davamı da gələcək. Sortilegus televiziyaya müsahibənizdə də qeyd etmişdiz, burda da yazmısız ki, qruplaşma var. Bununla bağlı hansısa bir sübutunuz varmı? Əsla adlarını qeyd edib qruplaşma yaratdıqlarını iddia etdiyiniz istifadəçiləri müdafiə üçün soruşmuram bunu, sadəcə dəfələrlə təkrar etdiyiniz və sizə bəlli olub, bizim bilmədiyimiz məlumatlar varsa, qeyd edin hamımız bilək və dediyiniz kimi bu adamların qruplaşma yaratdıqları haqqında məlumatınız var idisə, nəyə görə bu vaxta kimi bununla bağlı müzakirə açmamısız? Hörmətlə, --sefer azeri 12:20, 16 sentyabr 2024 (UTC)Cavabla
Solavirum, siz fondun adından çox istifadə etməyin. Şəhid məqalələrinin silinməsi ilə bağlı müsahibə verəndə də fondun adını hallandırmısınız. Siz Vikimedia Fondunun əməkdaşı deyilsiniz ki, ona istinadla danışasınız. Bu fəaliyyətinizdən düşünürəm ki, artıq fondun xəbəri var. --Sortilegus (müzakirə) 19:10, 16 sentyabr 2024 (UTC)Cavabla
Sefer azeri, müzakirələrdə dəfələrlə qeyd etmişəm qruplaşmanın olduğunu. Yuxarıda adlarını qeyd etdiyim 6 nəfərdən 3-ü elə bir vaxtlar bir layihə çərçivəsində bir otaqda əyləşib, hətta IP-ləri üst-üstə düşdüyü üçün kukla hesabı kimi envikidə bloklanıblar. Bütün əhəmiyyətli müzakirələrdə bir-birini dəstəkləyirlər, eyni istifadəçilərə qarşı aqressiv münasibət göstərirlər, hətta bu münasibət bullinq səviyyəsinə çatır. Tanışlıq, dostluq münasibətləri əsas alınaraq eyni maraqlara uyğun şəkildə bəlli məqalələr (tutaq ki, son vaxtlar haqqında müzakirə açılan Bəhruz Səmədov məqaləsi) üzərində işləyirlər. Bunlar qrup halında fəaliyyətin təzahürləri deyil, bəs nədir? --Sortilegus (müzakirə) 19:26, 16 sentyabr 2024 (UTC)Cavabla
"Axırıncı aşırım" filmində belə bir səhnə var, Kərbəlayı nökərinə deyir bir iki nəfər də götürüb gedin Abbasqulu bəyin meyidini gətirin dəfn edək. Nökər cavab verir ki, Kərbəlayı, kimi götürüm, heç kim yoxdur, hamı Abbasqulu bəyin dəfnindədir? Sortilegus, indi siz kiminlə danışırsınız? Sizin yanınızda heç kim yoxdur? Bu acınacaqlı vəziyyəti yaradan siz özünüzsünüz. İndi öz əkdiklərinizi biçirsiniz. Hamı sizi tanıyır, Vikipediyaya nə boyda ziyan vurduğunuzu hamı bilir. Heç kim sizi dəstəkləmir. Heç kim sizə cavab verməyəcək. İndiki vəziyyətdə sizin görə biləcəyiniz və hamının arzuladığı şey sizin birdəfəlik buradan getməyinizdir. Bu barədə fikirləşməyinizi xahiş edirəm. 91.234.235.106 15:12, 17 sentyabr 2024 (UTC)Cavabla
  Əleyhinə: Cəmiyyətin kiçik bir qrupunun Vikipediyaçılara qarşı başlatdığı qarayaxma və şantaj kampaniyası əsasında Vikipediya qaydalarını dəyişmək, ensiklopedik olmayan minlərlə məqalələri konsensus olmadan bərpa etmək birbaşa Vikipediyanın azad olması prinsiplərinə ziddir. Bunun özünün çox xoşagəlməz nəticələri ola bilər. 2-3 vikipediyaçının eyni fikirdə olmasına görə bütün vikipediyaçıları gözdən salmağa çalışmaq, Vikipediyanı sanki Azərbaycana düşmən olan insanların idarə etdiyi yer kimi göstərmək düzgün yol deyil.--Thunder Storm (müzakirə) 12:19, 18 sentyabr 2024 (UTC)Cavabla
  Əleyhinə: Kənd meydanında qeyd etdiyim kimi, bu söhbət (eləcə də burda irəli sürülən təklif) müəyyən bir şəxsin KİV kampaniyasının təsiri altında aparılır və bu qəbul olunmazdır. --Мурад 97 (müzakirə) 13:17, 18 sentyabr 2024 (UTC)Cavabla
Vikipediyaçıları şantaj etmək üçün mediadan sui-istifadə edənlər, o cümlədən, Sortilegus və oğlu Vikipediyadan getməlidirlər. Bundan sonra hər şey qaydasına düşəcək. Məqalələrin silinib-silinməməsi Vikipediyanın daxili işidir. Mübahisə varsa, bu da daxili mübahisədir. Münsiflər məhkəməsi yaradıb mübahisəni qaydalara uyğun həll etmək olardı. 91.234.235.106 15:08, 18 sentyabr 2024 (UTC)Cavabla
  Əleyhinə: Vikipediyanın və icmanın bu böyük sınağında qətiyyən məqalələrin bərpası tərəfdarı deyiləm. Bu ensiklopediklik prinsiplərinə ziddir. Bunun edilməsi ilə pis bir presedent yarana bilər. Əhməd Qurbanov (müzakirə) 16:21, 18 sentyabr 2024 (UTC)Cavabla

Şəmkir RİH haqqında məlumatların yenilənməsi

redaktə

Salam, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının məlumatlarında və fotonun dəyişdirilməsində xahiş edirik köməklik göstərəsiniz.

Məlumatların yenilənməsi və fotonun dəyişdirilməsi üçün linki sizə göndərirəm.

http://shamkir-ih.gov.az/az/icra-hakimiyyetinin-bascisi.html

Əvvəlcədən təşəkkür edirəm, 31.170.233.226 07:44, 9 oktyabr 2024 (UTC)Cavabla

Azərbaycanın inzibati bölgüsü

redaktə

Salam Azərbaycanın inzibati bölgüsü məqaləsində mən redaktələr edərək Quba rayonunu Azərbaycanın ən böyük rayonu edirəm istinadlarıda əlavə etmişəm ən kiçik rayonu isə Tərtər rayonudur istinadlarıda əlavə etmişəm Tagikerim adlı istifadəçi heç bir şeyə məhəl qoymayaraq ayrı-ayrı IP hesablarla məqalənin əvvəlki vəziyyətinə gətirməklə məşğuldu. Mən Tagikerim adlı istifadəçinin müzakirə səhifəsində ətraflı məlumatlar vermişəm xeyri yoxdur. Yenə də IP hesablarnan məqaləni əvvəl ki, vəziyyətinə gətirir. Bərkə sizlər ona xəbardarlıq edəsiz bu barədə. Hörmətlə, Vusalsuvarov1996 (müzakirə) 10:04, 10 oktyabr 2024 (UTC)Cavabla

Salam! Mən heç nəyi qanunsuz silmirəm. Vikipediyada Kəlbəcərin ərazisini siz səhv olaraq böyük yazmısınız, mən də ona uyğun olaraq redaktə etmişəm. Yağlıvənd kəndinə gəlincə, mən həmin kənddənəm, şəxsiyyət vəsiqəmi və İcra Nümayəndəliyimizin möhürünün şəkilini sizə ata bilərəm, görəcəksiniz ki, kəndin adı Yağlıvənddir. Tagikerim (müzakirə) 10:54, 10 oktyabr 2024 (UTC)Cavabla
@Tagikerim Xeyir mən Kəlbəcər rayonunun ərazisini redaktə etməmişəm. Hazırda Kəlbəcər rayonu Azərbaycanın 3-cü Böyük rayonudur Kəlbəcər. Ağdərə rayonu yaradıldığı üçün Kəlbəcər rayonun ərazisi biraz balacalaşdı. Ən böyük rayon Quba rayonu oldu. Hörmətlə, Vusalsuvarov1996 (müzakirə) 11:44, 10 oktyabr 2024 (UTC)Cavabla
Bəs Yağlıvəndə nə sözünüz? Tagikerim (müzakirə) 11:56, 10 oktyabr 2024 (UTC)Cavabla
Aşağı Yağlıvənd və Yuxarı Yağlıvənd haqqında bunu deyə bilərəm. https://stat.gov.az/menu/5/classifications/source/Inzibati-5.02.2024.pdf bu linkdə qeyd olunub hamısı və birini də deyirəm https://www.virtualkarabakh.az/az/post-item/27/110/fuzuli.html bu linkdə hamısı belə qeyd olunub. Sizində @Tagikerim bəy istinad mənbə əlavə etsəz məndə baxım. Hörmətlə, Vusalsuvarov1996 (müzakirə) 16:22, 10 oktyabr 2024 (UTC)Cavabla

Azərbaycan Dövlət iqtisad Universitetinin vikipediya səhifəsi

redaktə

Salam, Azərbaycan Dövlət iqtisad Universitetinin vikipediya səhifəsində bir çox məlumatlar köhnə idi. Məsələn Mərkəzlərin, departamanetlərin adı, eləcə də Dərbəd filialındakı ixtisaslarda dəyişikıliklər edilməlidir. Mən düzəlişləri etdim, lakin yaddaşda saxlanılmadı. UNEC-in rəsmi saytında (unec.edu.az) edilən düzəlişlərin doğru olduğunu görmək olar. İqtisad Universiteti (müzakirə) 05:45, 11 oktyabr 2024 (UTC)Cavabla

Burada deyil

redaktə

Xüsusi:Töhfələr/Adəm_QuliyevBikar müzakirə 11:45, 11 oktyabr 2024 (UTC)Cavabla

 N Problem nədir? Nemoralis (müzakirə) 11:53, 11 oktyabr 2024 (UTC)Cavabla
 Y "İstifadəçi:TALIŞOV"un kuklasıdır. Hörmətlə, Qədir (müzakirə) 13:31, 11 oktyabr 2024 (UTC)Cavabla
Bu da ona oxşuyur. Xüsusi:Töhfələr/ÖMƏR_İBN_XƏTTABBikar müzakirə 10:26, 13 oktyabr 2024 (UTC)Cavabla
Blokladım. Hörmətlə, Qədir (müzakirə) 10:29, 13 oktyabr 2024 (UTC)Cavabla