Vikipediya:Bilirsinizmi namizədləri

Qısa keçid yönləndirmə

Ana səhifənin "Bilirsinizmi" bölməsi vikipediya məqalələrində yer alan maraqlı faktları oxucularla tanış etmək, beləcə, həmin məqalərə diqqət çəkmək məqsədi daşıyır. Hər həftə üçün nəzərdə tutulmuş "Bilirsinizmi" paketində 5 fakt olmalıdır. Bu səhifə "Bilirsinizmi" bölməsi üçün fakt namizədliklərini koordinasiya etmək və bölməyə marağı artırmaq üçün nəzərdə tutulmuşdur. Əgər layihə ilə bağlı hansısa sual və ya təklifləriniz varsa, zəhmət olmasa, bunu açıq şəkildə müzakirə səhifəsində qeyd edin. Arxivlərə buradan baxa bilərsiniz.

Kriteriyalar

redaktə
  • Faktın yer aldığı məqalə vikiləşdirilmiş olmalı, məlumatları istinadlı olmalı və ən az 2000 bayt ölçüsündə (istinadları, cədvəlləri, siyahıları, şablon başlıqlarını çıxmaqla) olmalıdır.
  • Fakt əlaqəli məqalələrin içərisində etibarlı bir mənbə ilə göstərilməlidir, yəni mütləq istinadlı olmalıdır.
  • Fakt oxucuda maraq oyadan, diqqəti cəlb edən, maraqlı bir məlumat ehtiva etməlidir. Standart məlumatlar (Bakı Azərbaycanın ən böyük şəhəri və paytaxtıdır, "Koroğlu" operasının müəllifi Üzeyir Hacıbəyovdur) bilirsinizmi bölməsində verilməməlidir. Şablon faktlardan çəkinilməlidir.
  • Fakt dəqiq və tez bir zamanda dəyişməyən bir məlumat ehtiva etməlidir.

Formatlaşdırma

redaktə
  • Fakt sadəcə bir cümlə şəklində verilməli, aydın və cəlbedici formada yazılmalıdır.
  • Fakt cümləsində yer aldığı məqalənin adı qalın şriftlə verilməli və həmin məqaləyə keçid verilməlidir.
  • Əsas məqaləyə (bəzi hallarda birdən artıq məqalə ola bilər) olan keçidlərdə şəkilçilər də qalın verilməlidir, digər keçidlər də bu formada, bitişik olmalı, şəkilçilər boş qalmamalıdır.
  • Cümlənin uzunluğu 200 simvoldan (boşluqlar daxil) çox olmamalıdır (keçidlər daxil deyil).
  • Fakt cümləsi tərəfsiz yazılmalıdır.
  • Fakt cümləsi parafraz edilə bilər, oxucunun diqqətini cəlb edəcək formada yazıla bilər.
  • Hər sözə keçid verməyin, keçidlərin doğruluğundan və vacib mövzulara keçidlər verildiyindən əmin olun.
  • Məqalə personaj və ya uydurma haqqındadırsa, cümlə real dünyaya uyğun şəkildə verilməlidir.

Fayllar

redaktə

Bilirsinizmi bölməsindəki şəkil:

  • Azad lisenziyalı olmalıdır.
  • Məqalədə olmalı və fakt cümləsinə uyğun olmalıdır.
  • Ölçüsü 130px-dən çox olmamalıdır.
  • Fotonun aid olduğu fakt cümləsinin içərisində "(şəkildə)" yazısı qoyulmalı, alt yazısı ilə göstərilməlidir. Həmin fakt bölmədə ilk fakt kimi verilməlidir.
  • Faktdan asılı olaraq səs və videofayllardan da istifadə oluna bilər.

İstifadəçi qutuları

redaktə
Kod Nəticə
{{Şablon:İstifadəçi Bilirsinizmi sayı|5}}
Bu istifadəçi 5 Bilirsinizmi faktı təqdim edib.
İstifadəsi
{{Şablon:İstifadəçi Bilirsinizmi|9}}
 
Bu istifadəçi tərəfindən yazılmış və ya genişləndirilmiş 9 məqalə Bilirsinizmi bölməsində yer almışdır.
İstifadəsi

Təqdimat

redaktə
  • Qeydiyyatdan keçmiş hər bir istifadəçi yuxarıdakı kriteriyalara əsasında faktlar təqdim edə bilər.
  • Müəyyən bir ölkə və ya mövzuya fokuslanmaqdan çəkinin. Hər həftənin Bilirsinizmi bölməsindəki 5 faktdan ən çoxu sadəcə bir mövzuda 2-si eyni ölkə və ya mövzuya aid ola bilər.
  • Fakt təqdim edərkən tərəfsiz olun, yaşayan şəxslər haqqında məqalələrə həssaslıqla yanaşın.

Fikir bildirmə

redaktə
Simvol Kod Hazırdır? Açıqlama
  {{BN-bəli}} Bəli Problem yoxdur, hazırdır.
  {{BN-xn}} Bəli Hazırdır, oflayn və ya xarici dilli mənbə xoşniyyətlə qəbul edilib.
  {{BN?}} Sual Faktla bağlı dəqiqləşdirilməli olan problem var.
  {{BN-bəlkə}} Bəlkə Təsdiqlənməsi üçün düzəlişlər lazımdır.
  {{BN-xeyr}} Xeyr Uyğun deyil.
  {{BN-təkrar}} Xeyr Təkrar faktdır.

Mükafatlar

redaktə

Təsdiqlənmiş "Bilirsinizmi" faktlarının sayına əsasən istifadəçilər aşağıdakı medalları qazana biləcəklər:

Namizədliklər

redaktə
Namizədlik ver

Fakt təqdim et

Şəkilli fakt təqdim et


Cari namizədliklər (arxiv üçün bura baxın)
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 11:02, 28 iyul 2024 (UTC)[cavabla]
  Turkmen müzakirə 09:50, 30 sentyabr 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 11:03, 28 iyul 2024 (UTC)[cavabla]
  maraqlıdır.--Turkmen müzakirə 09:45, 30 sentyabr 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Dr.Wiki54
Namizədlik verən: Dr.Wiki54 (müzakirə) 13:07, 6 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Qızılbaş
Namizədlik verən: Dr.Wiki54 (müzakirə) 13:09, 6 avqust 2024 (UTC)[cavabla]
  • İmdadiyyə dərnəyi 1878-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə Rusiyanın qabaqcıl təhsil müəssisələrinə üz tutan azərbaycanlı gənclərə yardım göstərmək məqsədilə yaradılıb.
Fakt və ya məqalə müəllifi: Rəcəb Yaxşı
Rəcəb Yaxşı Rəcəb Yaxşı (müzakirə) 10:23, 9 avqust 2024 (UTC)[cavabla]
  • Azərbaycan Cümhuriyyəti hökumətinin üzvü, diplomat, Azərbaycan Cümhuriyyəti ordusunun podpolkovniki. Rusiya imperiyası I Dövlət Dumasına seçilmiş 5 azərbaycanlıdan biri olan İsmayıl xan Ziyadxanov Gəncə xanı Cavad xanın nəticəsi, Qacar taxt-tacının vəliəhdi Abbas Mirzənin isə nəvəsidir.
Fakt və ya məqalə müəllifi: Rəcəb Yaxşı
Rəcəb Yaxşı Rəcəb Yaxşı (müzakirə) 10:28, 9 avqust 2024 (UTC)[cavabla]
mətnə düzəlişlər etmək lazımdır, dəxlisiz uzundur, keçidləri də azdır. Təklif edirəm ki, belə olsun: Azərbaycan dövlət xadimi, Rusiya imperiyası I Dövlət Dumasının deputatı olmuş İsmayıl xan Ziyadxanov Gəncə xanı Cavad xanın nəticəsi, Qacar taxt-tacının vəliəhdi Abbas Mirzənin isə nəvəsidir. --► Hörmətlə: SolaVirum 09:29, 13 avqust 2024 (UTC)[cavabla]
Mənə qəti fərqi yoxdur. Bölmə üçün nə qədər çox informasiya olsa o qədər yaxşıdır. Rəcəb Yaxşı (müzakirə) 11:54, 20 avqust 2024 (UTC)[cavabla]
Solavirum təklif etdiyi versiya məqbuldu. Hörmətlə, Qədir (müzakirə) 22:37, 26 avqust 2024 (UTC)[cavabla]
  • "YouTube"un həmtəsisçisi Caved Kərim veb-saytın biznes qərarlarını tənqid etmək üçün dəfələrlə "Me at the zoo" adlı videosunun təsvir hissəsindən istifadə etmişdir.
Fakt və ya məqalə müəllifi: Gadir
Namizədlik verən: Hörmətlə, Qədir (müzakirə) 12:36, 20 avqust 2024 (UTC)[cavabla]
 
Mənəmən
Fakt və ya məqalə müəllifi: Gadir
Namizədlik verən: P.S. Fakt kimi dəyərləndirin lütfən, məqalə həcmi böyüdüləcək. Hörmətlə, Qədir (müzakirə) 22:13, 26 avqust 2024 (UTC)[cavabla]
Maraqlıdır. Mən hesab edirdim ki, tərsinədir. Dr.Wiki54 (müzakirə) 16:56, 30 avqust 2024 (UTC)[cavabla]


Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 21:13, 28 avqust 2024 (UTC)[cavabla]
Türkiyə bayrağı yox, türk bayrağı yazsaq daha məqbul olar. Çünki Osmanlı mı, TR-dir mi, üç hilallı yaşıl bayraqdır mı tam açıqlanmayıb. Dr.Wiki54 (müzakirə) 16:58, 30 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 21:19, 28 avqust 2024 (UTC)[cavabla]
Gözəl faktdır. ancaq Təəssüf ki, bu fakt ittihadçıların xain olduğu iddiasına rəvac verəcək. Dr.Wiki54 (müzakirə) 16:59, 30 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 21:21, 28 avqust 2024 (UTC)[cavabla]
Məncə fakt o qədər də maraqlı deyil. Dr.Wiki54 (müzakirə) 16:59, 30 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 21:24, 28 avqust 2024 (UTC)[cavabla]
Maraqlı faktdır. Dr.Wiki54 (müzakirə) 16:59, 30 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 21:30, 28 avqust 2024 (UTC)[cavabla]
Mən bir mənbədə təhvil verilən zaman əllərinin bağlandığını oxumuşdum. Əgər bu fakt haqda məlumatınız varsa və əsaslıdırsa, əlavə etmək olar. Dr.Wiki54 (müzakirə) 17:01, 30 avqust 2024 (UTC)[cavabla]
Bəli, doğrudur. Amma həssas məqamdır, məqalədə də bu barədə qeyd edilməyib. Hörmətlə, Qədir (müzakirə) 17:09, 30 avqust 2024 (UTC)[cavabla]
  • Səfəvilər dövründə "Aslan və Günəş" cəmiyyətin iki sütunu – dövlətin və dinin rəmzi idi.
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 21:34, 28 avqust 2024 (UTC)[cavabla]
Məncə, maraqsızdır. Dr.Wiki54 (müzakirə) 17:02, 30 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 21:36, 28 avqust 2024 (UTC)[cavabla]
Maraqsızdır. Dr.Wiki54 (müzakirə) 17:02, 30 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 21:38, 28 avqust 2024 (UTC)[cavabla]
Maraqlıdır, amma İran gerbindəki deyəndə şah dövrü olduğunu vurğulamaq lazımdır. Dr.Wiki54 (müzakirə) 17:02, 30 avqust 2024 (UTC)[cavabla]
Düzəltdim --► Hörmətlə: SolaVirum 17:22, 30 avqust 2024 (UTC)[cavabla]
  Turkmen müzakirə 09:51, 30 sentyabr 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 17:06, 30 avqust 2024 (UTC)[cavabla]
  maraqlıdır. Turkmen müzakirə 09:52, 30 sentyabr 2024 (UTC)[cavabla]
  • 1995-ci ildə qəbul edilən Belarus gerbi sovet ənənəsini davam etdirmək məqsədini daşıyırdı.
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 17:11, 30 avqust 2024 (UTC)[cavabla]
  maraqlıdır. Turkmen müzakirə 09:56, 30 sentyabr 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 17:14, 30 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 17:16, 30 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 17:18, 30 avqust 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: Solavirum
Namizədlik verən: --► Hörmətlə: SolaVirum 13:26, 2 sentyabr 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: White Demon
Namizədlik verən: Şiroi Akuma 03:04, 1 oktyabr 2024 (UTC)[cavabla]
Şəxsin digər dillərdə məqaləsi var? Hesab edirəm ki, əgər varsa, azviki üçün də yaradılsa, maraqlı fakt hesab edilə bilər. Hörmətlə, Qədir (müzakirə) 21:07, 3 oktyabr 2024 (UTC)[cavabla]
Şəxs ensiklopedik deyil. Cümləni başqa cür də vermək olar. Şiroi Akuma 21:45, 3 oktyabr 2024 (UTC)[cavabla]
Fakt və ya məqalə müəllifi: White Demon
Namizədlik verən: Şiroi Akuma 03:23, 1 oktyabr 2024 (UTC)[cavabla]
  • ...ki, Soyon ilk mahnılarından olan "Idle Song" adlı mahnısını "Süngər Bob Kvadrat Şalvar" cizgi serialının əsas musiqisindən ilham alaraq ərsəyə gətirib?
Fakt və ya məqalə müəllifi: White Demon
Namizədlik verən: Şiroi Akuma 21:56, 2 oktyabr 2024 (UTC)[cavabla]
  • ...ki, hər il baş tutan Vilya de Leqanes Kubokunun qaliblərinə "Qızıl xiyar" mükafatı, ikinci yeri tutanlara isə "Gümüş xiyar" mükafatı təqdim olunur?
Fakt və ya məqalə müəllifi: White Demon
Namizədlik verən: Şiroi Akuma 19:49, 12 oktyabr 2024 (UTC)[cavabla]