Veselin Topalov

Bolqar şahmatçı

Veselin Topalov (bolq. Веселин Топалов, 15 mart 1975[1], Ruse) — bolqar şahmatçı, qrosmeyster, FİDE-nin versiyasına görə şahmat üzrə 2005-ci il Dünya Çempionu, 2005-ci Şahmat Oskarının sahibi.

Veselin Topalov
bolq. Веселин Топалов
Ölkə Bolqarıstan
Doğum tarixi (49 yaş)
Doğum yeri Ruse, Bolqarıstan
Titulu Qrosmeyster (1992)
Son reytinqi 2760 (sentyabr 2016)
Maksimal reytinqi 2816 (iyul 2015)
FİDE nömrəsi 2900084
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1971-ci ildən FİDE-nin reytinq siyahısı nəşr olunur. Topalov Harri Kasparov, Anatoli Karpov, Bobbi Fişer, Maqnus Karlsendən sonra ən çox siyahının önündə yer alan şahmatçıdır.

1994-cü ildən bəri Bolqarıstan millisinin lideridir. Müxtəlif vaxtlarda FİDE Dünya Çempionatının fərqli mərhələrinə qədər mübarizəsini davam etdirib. Nəhayət, Argentinada keçirilən FİDE Dünya Çempionatının ilk dövründə 7 oyundan 6½ xal toplayaraq ikinci dövrdə sadəcə heç-heçələr edərək çempion adını qazandı.

2006-cı ilin mayında M-Tel Masters turnirində 10 oyundan 6½ xal toplayaraq birinci oldu.

2007-ci ildə 19-cu kateqoriyalı Corus Chess turnirində ilk yeri bölüşdürdü. 2007-ci ildə Dünya Kubokunu Qata Kamski qazandı və Topalovla matç keçirdilər. Qalib Topalov 2010-cu ildə Dünya Çempionatının matçına vəsiqə qazandı. Sofiyada keçirilən matçı Vişvanatan Anand qazandı.

Tromsoda keçirilən Olimpiadada birinci lövhədə qızıl medal qazandı. 2015 Grand Chess Tour-a daxil olan Norway Chess, Sinquefield Cup və London Chess Classic turnirlərin ilkində Topalov 9 oyundan 6.5 xal toplayaraq 2946 performansı iləbirinci oldu.

İstinadlar

redaktə
  1. Veselin Topalov // Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480

Xarici keçidlər

redaktə