UEFA Çempionlar Liqası 1992/1993

Çempionlar Liqasının 1992/1993 sezonu UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 38-ci mövsümü və turnirin adı "Çempion Klublar Kuboku"ndan "UEFA Çempionlar Liqası"na dəyişdirilməsindən sonra 1-ci sezonu idi.

UEFA Çempionlar Liqası 1992/1993
Yarış məlumatları
Tarix 19 avqust 1992 — 26 may 1993
Başlama tarixi 19 avqust 1992
Bitmə tarixi 26 may 1993[1]
Komanda sayı 32 (əsas mərhələ)
36 (ümumi)
Yekun nəticəsi
Çempion Fransa Olimpik Marsel (ilk dəfə)
İkinci İtaliya Milan
Yarış statistikası
Oyun sayı 73
Qol sayı 193 (matç başına: 2.64)
Mükafat sahibləri
Bombardir(lər) Braziliya Romario (7 qol)
1991/1992
(UEFA Çempionlar Kuboku)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu mövsümdə ikinci dəfə idi ki, ikinci raundun 8 qalibini iki qrupa böldülər və hər iki qrupun qalibi finala vəsiqə qazandılar. Bundan başqa, ilkin mərhələnin keçirilməsinə ehtiyac qaldı, çünki bu sezon SSRİYuqoslaviyanın dağılmasından sonra ilk idi və bunun nəticəsində çoxlu sayda yeni ölkələrin çempionları yarışda iştirak etmək hüququnu qazanmışdılar. İsrailFarer adaları da ilk dəfə təmsil olunurdular.

Turnirin qalibi ilk dəfə olaraq Olimpik Marsel klubu oldu, onlar finalda Milanı üstələdilər. Lakin qələbədən sonra klub və onun prezidenti Bernar Tapiyə oyunun alınması barədə iddialar sürüldü. Bu Fransa Liqasında keçirilən oyun ilə bağlı idi, hesab olunur ki, Tapi çempionluğu həll edən sonuncu oyunda Valansyenə rüşvət vermişdir ki, onlar Fransa Liqasını tez qazanıb, Çempionlar Liqasının finalına hazırlaşmaq üçün daha çox vaxt əldə etsinlər. Bu da ona gətirib çıxartdı ki, Fransa Futbol Federasiyası Marseli Liqa çempionluğundan məhrum etdi tərəfindən (Çempionlar Liqasının finalı bu turinirə aid olmadığı üçün, Avropa çempionu adı yerində qaldı). Onların növbəti mövsümdə Çempionlar Liqası, Qitələrarası KubokuAvropa Superkubokunda iştirakları ləğv edildi. Marsel, həmçinin, 1994-cü ildə 2-ci Diviziona düşdü.

Ötən mövsümün çempionu Barselona ikinci turda MOİK Moskvaya məğlub oldu.

Klublar

redaktə
İlkin mərhələ
  Norma   Kİ Klaksvík   Makkabi Tel-Əviv   Skonto
  Valletta   Şelburn   Olimpiya   Tavriya
Birinci tur
  Austriya   Brügge FK   ÇSKA Sofiya   APOEL
  Slovan   Lünqbyu   Lids Yunayted   Kuusüsi
  Olimpik Marsel   Ştutqart   AEK   Ferentsvaroş
  Vikinqur FK   Milan   Jalgiris   Union Lüksemburq
  PSV   Qlentoran FK   Vikinq FK   Lex Poznan
  Portu   Dinamo   MOİK Moskva   Reyncers
  Barselona   Göteborq   Sion   Beşiktaş

İlkin mərhələ

redaktə
Birinci komanda Yekun hesab İkinci komanda 1-ci oyun 2-ci oyun
Şelburn   1–2   Tavriya 0–0 1–2
Valletta   1–3   Makkabi Tel-Əviv 1–2 0–1
Kİ Klaksvík   1–6   Skonto 1–3 0–3
Olimpiya   5–0   Norma 3–0 2–0

Birinci tur

redaktə
Birinci komanda Yekun hesab İkinci komanda 1-ci oyun 2-ci oyun
Göteborq   3–2   Beşiktaş 2–0 1–2
Lex   2–0   Skonto 2–0 0–0
Reyncers   3–0   Lünqbyu 2–0 1–0
Ştutqart   3–3 (1–2)

[qeyd 1]

  Lids Yunayted 3–0 0–3
Slovan   4–1   Ferentsvaroş 4–1 0–0
Milan   7–0   Olimpiya Lyublyana 4–0 3–0
Kuusüsi   1–2   Dinamo 1–0 0–2 (ə.v.)
Qlentoran FK   0–8   Olimpik Marsel 0–5 0–3
Makkabi Təl-Əviv   0–4   Brügge FK 0–1 0–3
Austriya   5–4   ÇSKA Sofiya 3–1 2–3
Sion   7–2   Tavriya Simferopol 4–1 3–1
Union Lüksemburq   1–9   Portu 1–4 0–5
AEK   3–3   APOEL 1–1 2–2
PSV   8–0   Jalgiris FK 6–0 2–0
Vikinqur FK   2–5   MOİK Moskva 0–1 2–4
Barselona   1–0   Vikinq FK 1–0 0–0

Qeydlər

  1. Evdə 3:0 qalibiyyət və 4:1 məğlubiyyətdən sonra Ştutqart səfərdə vurulan qollar sayəsində ümumi 4:4 hesabı ilə növbəti mərhələyə keçməli idi. Lakin sonra aşkar olundu ki, Ştutqart ikinci oyunda 3-dən artıq əcnəbi oyunçunu meydana buraxmışdı və bununla da xarici oyunçulara aid qaydanı pozmuşdur. İkinci oyunda Lids Yunaytedə 3:0 hesablı texniki qələbə verildi, beləcə hesab 3:3 oldu. Barselonada keçirilən əlavə oyunda Lids 2–1 hesabı ilə qalib gəldi.

İkinci tur

redaktə
Birinci komanda Yekun hesab İkinci komanda 1-ci oyun 2-ci oyun
Göteborq   4:0   Lex Poznan 1:0 3:0
Reyncers   4:2   Lids Yunayted 2:1 2:1
Slovan   0:5   Milan 0:1 0:4
Dinamo   0:2   Olimpik Marsel 0:0 0:2
Brügge   3:3   Austriya 2:0 1:3
Sion   2:6   Portu 2:2 0:4
AEK   1:3   PSV 1:0 0:3
MOİK Moskva   4:3   Barselona 1:1 3:2

Qrup mərhələsi

redaktə

Qrup mərhələsi 1992-ci il 25 noyabrda başlamış və 1993-cü il aprelin 21-i başa çatmışdır. Səkkiz komanda dörd nəfərdən ibarət iki qrupa bölünmüşdü və hər qrupda komandalar ev və qonaq stadionlarında bir-birinə qarşı oynamışdılar, beləliklə hər bir klub qrup mərhələsində 6 oyun keçirtmişdir. Hər qələbəyə 2 xal, heç-heçəyə isə 1 xal verilirdi. Sonunda hər iki qrupda birinci yeri tutan klublar finala yüksəldilər

A qrupu

redaktə
Klublar Oyun sayısı Qələbə H/H M Vurulan qollar Buraxılan qollar Top fərqi Xal
  Olimpik Marsel 6 3 3 0 14 4 +10 9
  Reyncers 6 2 4 0 7 5 +2 8
  Brügge FK 6 2 1 3 5 8 −3 5
  MOİK Moskva 6 0 2 4 2 11 −9 2

B qrupu

redaktə
Klublar Oyun sayısı Qələbə H/H M Vurulan qollar Buraxılan qollar Top fərqi Xal
  Milan 6 6 0 0 11 1 +10 12
  Göteborq 6 3 0 3 7 8 −1 6
  Portu 6 2 1 3 5 5 0 5
  PSV 6 0 1 5 4 13 −9 1
26 may 1993
20:15
Olimpik Marsel   0 : 1
Hesabat
  Milan
Boli   43' Qollar
Olimpiya stadionu, Münxen
Tamaşaçı: 64 400
Hakim:   Kurt Rötlisberger

Bombardirlər siyahısı

redaktə
Yer Ad Klub Qol sayısı
1   Romario   PSV 7
2   Marko van Basten   Milan 6
  Frank Soze   Olimpik Marsel 6
  Alen Bokşiç   Olimpik Marsel 6
5   Yonni Ekström   Göteborq 5
6   Marko Simone   Milan 4
  Gert Verheyen   Brügge FK 4
  Ze Karlos   Portu 4
  Emil Kostadinov   Portu 4
  Tulio Kosta   Sion 4

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə