Turbyorn Yaqland (norv. Thorbjørn Jagland; doğum adı norv. Thorbjørn Johansen; 5 noyabr 1950[1][2][…], Drammen, Norveç[1]) — Norveç dövlət və siyasi xadimi, 1 oktyabr 2009-cu ildən Avropa Şurasının baş katibi, 1 yanvar 2009-cu ildən Norveç Nobel Komitəsinin sədri, 1996–1997-ci illərdə Norveçin baş naziri, 2005–2009-cu illərdə Norveç parlamenti — Stortinqin sədri, sosialist.

Turbyorn Yaqland
norv. Thorbjørn Jagland
Partiya rəhbəri[d] (Norveç Fəhlə Partiyası)
1992 – 2002
ƏvvəlkiQro Harlem Brundtland
SonrakıYens Stoltenberq
Şəxsi məlumatlar
Doğum adı Thorbjørn Johansen
Doğum tarixi 5 noyabr 1950(1950-11-05)[1][2][…] (74 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti diplomat, siyasətçi
Dini lüteranlıq

Təltifləri "Dostluq" ordeni "Rumıniya Ulduzu" ordeni "Fəxri Legion" ordeni komandoru King Harald V's Jubilee Medal 1991–2016 "Şərəf" ordeni Order of Saint Agatha Decoration of Honour for Services to the Republic of Austria
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Turbyorn Yaqland 1950-ci il noyabrın 5-də Drammend anadan olub. Siyasi karyerası dövründə müxtəlif postlarda çalışan Yaqland 1996–1997-ci illərdə Norveç hökumətinə rəhbərlik edib. Yens Stoltenberq hökumətində 2000–2001-ci illərdə xarici işlər naziri vəzifəsini tutan Turbyorn Yaqland 2005–2009-cu illərdə parlamentin sədri olub. 1992–2002-ci illərdə Norveç Fəhlə Partiyasına sədrlik edən Yaqland ölkənin Avropa İttifaqına qoşulmasının aktiv tərəfdarlarından hesab olunur. O həmçinin Norveç Nobel Komitəsinin sədridir. 29 sentyabr 2009-cu ildə Avropa Şurasının baş katibi seçilib.

İki övladı var.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə