Tariyel Qasımov (4 fevral 1939, Köçəsgər, Ağstafa rayonu) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR-in əməkdar (1979) və Azərbaycan Respublikasının xalq artisti (1991).[1][2]

Tariyel Qasımov
Tariyel İsgəndər oğlu Qasımov
Doğum tarixi 4 fevral 1939(1939-02-04) (85 yaş)
Doğum yeri
Fəaliyyəti teatr aktyoru, kino aktyoru
Təhsili
Teatr Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1979 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1991
3-cü dərəcəli "Əmək" ordeni — 2018
IMDb ID1076981

Həyatı

redaktə

Tariyel İsgəndər oğlu Qasımov 4 fevral 1939-cu ildə Ağstafanın Köçəsgər kəndində anadan olub. 1956-cı ildə Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub. Bədən Tərbiyəsi İnstitutunda təhsil aldığı zaman Lütfi Məmmədbəyovun dram dərnəyinə getməyə başlayıb. İkinci kurs tələbəsi olarkən Gənc Tamaşaçılar Teatrında tamaşada rol alıb. Teatr müdriyyətinin məktubu ilə 1960-cı ildə köçürülmə yolu ilə sənədlərini Teatr İnstitutuna verib. Kino və dram aktyorluğu fakültəsinə — Rza Təhmasibin kursuna qəbul olunub. Üçüncü kursda oxuyarkən Dram Teatrına işə qəbul olunub. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1964-cü il oktyabr ayının 1-dən (müəyyən fasilələrlə) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.[3] 2 il GTT-da işlədikdən sonra Naxçıvan Dövlət Musiqli Dram Teatrına dəvət olunub. 1967-ci ildə İrəvanda yenidən açılan Azərbaycan Teatrının ilk aktyorlarından olub. 1968-ci ildə yenə də Bakıya qayıdıb, kinostudiyada rejissor assistenti kimi işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrına qayıdıb. 1997-ci ildən Qazax Dövlət Dram Teatrına bədii rəhbər və direktor göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrında çalışır. "Azərbaycanfilm"dən başqa "Türkmənfilm", "Tacikfilm", "Özbəkfilm", "Mosfilm", "DEFA" (Almaniya) studiyalarında filmlərə çəkilib: "Rüstəm və Söhrab" (1969–1971, Tacikfilm, 3 seriyalı, rej: Boris Kimyagərov), "Qızıl rəngi" (1975, Türkmənfilm), "Çilidə gecə" (1982, Mosfilm), "Əlvida, yaşıl yay" (1983, Özbəkfilm), "Həyatın mənası" (1983, Özbəkfilm, 2 seriyalı), "Odlu yollarla" (1981–1983, Özbəkfilm, 17 seriyalı), "Sahib" (1983, Özbəkfilm), "Sonya raport verir" (1983, 2 seriyalı, DEFA (Almaniya), rej: Ştefan Bernxard).

Kitabları

redaktə
  1. Ömrün sənət yollarında
  2. İnam

Mükafatları

redaktə

Filmoqrafiya

redaktə
  1. Ad günü (film, 1977) (tammetrajlı bədii film) — rol: Həsən
  2. Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — rol: Xudayarın qardaşı
  3. Axırıncı dayanacaq (film, 2014)
  4. Babək (film, 1979) - film səsləndirən: Tərxan (Ənvər Həsənov)
  5. Bir ovuc torpaq (film, 2009) - rol: Tacir Xudu
  6. Bizim küçənin oğlanları (film, 1973) - rol: Əliş
  7. Çilidə Gecə (1982, Mosfilm)
  8. Dağ meşəsindən keçərkən… (1964) - Geoloq
  9. Dairə (film, 1989) - rol: Milis rəisi
  10. Dədə Qorqud (film, 1975) - rol: Qılbaş
  11. Doğma sahillər (film, 1989)
  12. Əlvida, yaşıl yay (1983, Özbəkfilm)
  13. Gənclik macərası (film) (tammetrajlı televiziya tamaşası) (AzTV)
  14. Gilas ağacı (film, 1972)
  15. Həyat, sən kiminsən? (film, 1972)
  16. Həyatın mənası (1983, Özbəkfilm)
  17. Hökm (film, 1994)
  18. Hörmətli alim yoldaşlar (film, 1971)
  19. Xüsusi vəziyyət (film, 1986)
  20. İstintaq (film, 1979)
  21. İşarəni dənizdən gözləyin (film, 1986)
  22. Qatır Məmməd (film, 1974)
  23. Qəzəlxan (film, 1991)
  24. Qızıl rəngi (1975, Türkmənfilm)
  25. Qızıl qaz (film, 1972)
  26. Qocalar (film, 2008)
  27. Qorxma, mən səninləyəm
  28. Liftçi qız (1966)
  29. Məhkumlar (film, 2007)
  30. Muradına çatan Günəş
  31. Nəsimi (film, 1973)
  32. Alovlu yollar (1977–1984, Özbəkfilm)
  33. Ovsunçu (film, 2002)
  34. Özgə ömür (film, 1987)
  35. Rüstəm və Söhrab (1969, Tacikfilm)
  36. Sahib (1983, Özbəkfilm)
  37. Sahilsiz gecə (film, 1989)
  38. Sonuncu dərviş (film, 2009)
  39. Sonya raport verir (1983, Almaniya)
  40. Sürəyya (film, 1987)
  41. Şeytan göz qabağında (film, 1987)
  42. Tək olanda qorxma... (teleserial, 2013)
  43. Unudulan adam (film, 1987)
  44. Vulkana doğru (film, 1977)
  45. Tahirənin İntiqamı (serial,2009) — rol: Fazil
  46. Həmyerlilər ( film-tamaşa,1998)

İstinadlar

redaktə
  1. Xələfli, Ə. Yeri, dağlarım, yeri…: Polkovnik Nəsibov — Xalq artisti Tariyel Qasımov haqqında düşüncələr //Kredo.- 2011.- 5 fevral.- S. 1; 16.
  2. "M. Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 may 1991-ci il tarixli, 219 nömrəli Fərmanı Arxivləşdirilib 19 oktyabr 2022 at the Wayback Machine (az.)
  3. "Xalq artistinin 75 illik yubileyi qeyd olunacaq". 2014-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-10.
  4. President.Az. "Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.12.2018. 2019-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-10.

Mənbə

redaktə
  • İdrisoğlu, A. Tariyelin keşməkeşli həyat yolu: [Xalq artisti Tariyel Qasımov haqqında] //Azad Azərbaycan.- 2015.- 5 may.- S.7.