Suluk xan (çin. 蘇祿; VII əsr738, Suyab) — Türgiş sərkərdəsi və hökmdarı. Ərəb mənbələrində adı Suzegen kimi də keçir.

Suluk Çabiş-çör xaqan
715 – 738
ƏvvəlkiQapağan xaqan (Göytürk hökmdarı kimi)
SonrakıQut Çor xaqan
Şəxsi məlumatlar
Doğum tarixi VII əsr
Vəfat tarixi
Vəfat yeri Suyab
Həyat yoldaşı Bilgə xaqanın qızı
Uşağı Qut Çor xaqan
Dini Tenqriçilik

Hakimiyyətə gəlməsi

redaktə

Suluk xan hərbi fəaliyyətinə sərkərdə kimi başlamışdı. Çjen xaqanın sərkərdəsi olmuş, lakin onun 711-ci ildə göytürklərinQapağan xaqanın hücumuna məruz qalması və məğlub olması nəticəsində Türgiş tayfalarının başçısına çevrilmişdir. Çox keçmədən elə 715-ci ildə Suluk xan Türgiş tayfalarının xaqanı elan olundu.[1] Hakimiyyəti Göytürklər və Çinlilər tərəfindən təhdid olunurdu. Buna görə də Suluk xaqan çox gecikmədən Bilgə xaqanın qızı ilə evləndi, bacısı isə Bilgə xaqanın oğlu ilə evləndirilmişdi. Bundan əlavə Tibetlə də ittifaq qurulmuşdu, Suluk xaqan 734-cü ildə Tibet imperatoru Tride Tsüqsanın qızı şahzadə Drönmalon ilə evlənmişdi. Çinlilərlə mübarizə aparmaq üçün isə 727-ci ildə Çin vassalı Kuçanı mühasirəyə almışdı.

Ərəblərlə mübarizə

redaktə

Sulukun hakimiyyətə gəlməsi əməvilərin Mərkəzi Asiyanı işğalı ilə eyni ərəfəyə düşmüşdü. 715-ci ildə Qüteybə ibn Müslümün ölümündən sonra ərəblər Mərkəzi Asiyada zəiflədilər. 717-ci ildə göytürk sərkərdəsi Aşina Sin[2] və onun Karluk süvariləri ilə Çin sərkərdəsi Tanq Ciahuy ərəbləri Ağsu döyüşündə ağır məğlubiyyətə uğratmışdı. Bundan istifadə edən Suluk Çinlə yaxınlaşdı və Suyabda möhkəmləndi.[3] 721-ci ildə Sulukun sərkərdəsi Külçör Qəsr əl-Bahilidə ərəblərin qaçmağına imkan versə də, daha sonralar ərəb sərkərdəsi Səid ibn Əbdüləzizə qarşı ilk qələbəsini qazandı. 724-cü ildə Sulukun ordusu ərəb sərkərdəsi Müslüm ibn Səid əl-Kilabini ağır məğlubiyyətə uğratdı və həmin gün ərəb tarixçiliyində Susuzluq günü kimi tanınmağa başladı.[4] 729-cu ildəki Bəykənd döyüşü isə ərəb qalibiyyəti ilə nəticələndi. Bunda Səmərqənd hakimi Qurakın ərəblərin tərəfində keçməsinin də rolu var idi. Eyni il baş verən Kəmərcə mühasirəsi ərəblər üçün növbəti zərbə oldu. Mühasirə vaxtı Sulukun ordusundakılardan biri də III Yezdəgirdin nəvəsi Xosrov idi.

Növbəti döyüş 731-ci ilin iyulunda baş verdi. Yeni Xorasan valisi Cüneyd ibn Əbdülrəhman Daşdaqaraca keçidindən keçərkən Suluk xanın ordusunun hücumuna məruz qalmışdı. Bu döyüşdə 40.000 nəfərdən ibarət ərəb ordusu qırğına məruz qalmış, onlardan təkcə 10.000 nəfər sağ qurtula bilmişdi. Bu döyüş də tarixə Keçid döyüşü olaraq keçmişdi.[4]

737-ci ildə ərəb sərkərdəsi Əsəd ibn Abdullah Xuttal şəhərinə qarşı hücuma başladı. Şəhərin hakimləri eyni zamanda Türgişlərin yeni vassalları olan Xuttalanşahlar idi. Ərəblərin vassalları Çağaniyan hakimləri olan Çağanxudalar da bu barədə Türgişlərə qarşı mübarizə aparırdılar. Xuttala gələn Suluk özü ilə 50000 əsgər gətirmişdi. 30 sentyabr 737-ci ildə baş verən döyüşdə ərəblər daha bir məğlubiyyətə uğradılar, Çağanxuda öldürüldü.[5] Buna baxmayaraq 738-ci ildəki Xaristan döyüşündə Əsədə məğlub olan Suluk öz xalqının gözündən düşdü. Elə həmin il də öz sərkərdəsi Külçör tərəfindən öldürüldü.

Ailəsi

redaktə

Suluk xaqan üç dəfə evlənmişdir:

Oğulları:

redaktə

İstinadlar

redaktə
  1. Əhməd Həsən Dani - History of Civilizations of Central Asia: The crossroads of civilizations, səh. 346
  2. A History of Chinese Muslim (Cild 2). Pekin: Zhonghua Book Company. ISBN 7-101-02890-X., səh. 235-236
  3. Hsüe Çonqjenq (1992), səh. 596-597,669
  4. 1 2 Khalid Yahya Blankinship , ed. (1989). The History of al-Ṭabarī, Volume XXV: The End of Expansion. The Caliphate of Hisham Arxivləşdirilib 2022-07-10 at the Wayback Machine, A.D. 724–738/A.H. 105–120. Albany, New York: State University of New York Press. ISBN 0-88706-569-4.
  5. Hamilton Alexander Rosskeen Gibb - The Arab conquests in Central Asia, London : Royal Asiatic Society, 1923. səh. 82.