Sinif (taksonomik kateqoriya)

taksonomik dərəcə

Sinif (latınca classis) biologiyada qohum və oxşar əlamətli heyvan dəstələrini və bitki sıralarını birləşdirən ali taksonomik kateqoriyalarından biri. Sinif anlayışını fransız botaniki J.Turnefor vermiş, sonra Karl Linney özünün "Təbiətin sistemi" (1735) əsərində dürüst olaraq iyerarxiya təsnifat qruplarını göstərmişdir. Siniflər oxşar quruluşlarına və əcdadlarına görə toplanaraq, təsnifatın ən yüksək pilləsi olan tipi təşkil edir.

Elmi təsnifatın müxtəlif səviyyələri.NövCinsFəsiləDəstəSinifTipAləmDomainHəyat
Elmi təsnifatın müxtəlif səviyyələri.

Bioloji təsnifatın əsas səkkiz taksonomik kateqoriyası. Aralıq kateqoryalar göstərilməmişdir.

Sinifüstü

redaktə

Sinifüstü (superclassis) zoologiyada qəbul edilmişdir. Nəsil ağacının yüksəkdə duran şaxələrindən biridir. Sinifüstünə aid olan canlılar quruluşca çox kəskin fərqlənirlər. Sinifüstünün əhatə etdiyi canlılara məxsus quruluş tipləri təkamülün ilk dövrlərində yaranmışdır. Odur ki, bu quruluş xüsusiyyətləri ali kateqoriyalı taksonlarda əks olunmuşdur və onların birinin digərinə keçid ehtimalı fəsilə və cinslərdə olduğundan da azdır. Məsələn, kəlləlilər (Craniata), çənəsizlər (Agnatha) və çənəlilər (Gnathostomata) sinifüstüləri və s. Beynəlxalq kodeksdə fəsilədən yüksək ranqlı takson adlarına aid qaydalar yoxdur. Ali takson adlarının sonunda işlədilə biləcək sonluq qəbul edilməmişdir.

İstinadlar

redaktə
Taksomaniya ranqları

Aləmüstü (domen) — Aləm — Yarımaləm — Tipüstü/Şöbəüstü — Tip/Şöbə — Yarımtip/Yarımşöbə — Sinifüstü — Sinif — Yarımsinif — İnfrasinif — Dəstəüstü/Sıraüstü — Dəstə/Sıra — Yarımdəstə/Yarımsıra — İnfradəstə — Fəsiləüstü — Fəsilə — Yarımfəsilə — Tribaüstü — Triba (biologiya) — Yarımtriba — Cins — Yarımcins — Seksiyaüstü — Seksiya — Yarımseksiya — Cərgə — Yarımcərgə — Növ — Yarımnöv — Varitet/Müxtəliflik — Yarım müxtəliflik — Forma — Yarımforma

TaksonomiyaBinominal nomenklatura