Samurçay (lezgi. ЧӀвехер вацӀ) — Azərbaycanın şimal-şərqində ən iri çaydır. Samur Azərbaycanda beşinci böyük çaydır. Sutoplayıcısı əsasən Dağıstanda yerləşsə də, Samurçay aşağı axınında Azərbaycanla Dağıstan sərhədi boyu axaraq, hər iki respublikaya aid edilən çaydır. Samurçayın uzunluğu 216 km, sutoplayıcı hövzəsinin sahəsi 4430 km2-dir. Samurçay Baş Qafqaz silsiləsi ilə şimalda ona paralel uzanan Samur silsiləsi suayırıcısı arasında yerləşən yüksəkdağlıq zonanın qar, buzlaq, yeraltı və yağış sularından qidalanır. Çayın mənbəyi 3699 m yüksəklikdə yerləşir. Dağlardan külli miqdar qırıntı məhsullar gətirən Samur, Xəzər sahilində meşələrlə örtülü böyük delta əmələ gətirir.

Samurçay
Ölkə
Mənsəbi Xəzər dənizi
Uzunluğu
  • 213 km
Su sərfi 72,4 m³/s
Hövzəsinin sahəsi 7.330 km²
DSR[rus.] 07030000412109300002187
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Samurçayın qidalanmasında əsas yeri qar suları və yeraltı sular tutur. Çayın hövzəsində qarlı-buzlu zirvələrin çoxluğu (ümumi sahəsi kiçik olsa da) çayda gursulu dövrün uzanmasına səbəb olur. Bu dövr yazda başlamaqla, yayı da əhatə edir. Samurçayın illik su sərfinin 20% yazda, 49% yayda, 20% payızda və 10% qış aylarında keçir. Çayın illik su sərfi həcmi 2.36 km3-dən az artıqdır. Axtı məntəqəsində Samurun illik sülb axımının həcmi 5256.5 min m³-ə çatır.

Azərbaycanın təsərrüfatı üçün Samurçayın olduqca böyük əhəmiyyəti var. Samurçaydan hələ 1940-cı ildə Samur-Dəvəçi kanalı çəkilmiş, 50-ci illərin axırında isə bu kanal Ceyranbatan çökəkliyinə çatdırılmış və Abşeronda birinci böyük şirinsulu su anbarı yaradılmışdır. Bu kanal Samur-Dəvəçi ovalığında, Boğaz düzənliyində və Abşeron yarımadasında 100 min hektardan artıq torpağın suvarılması üçün əsas su mənbəyidir. Sumqayıt və Bakı şəhərlərinin su təchizatında da Ceyranbatan su anbarında durulan Samur sularından geniş istifadə olunur. Bununla yanaşı, bu sulardan Abşeronda yaşıllaşdırma işlərində də geniş istifadə olunur.

Alban çayı

redaktə

Alban çayı Qafqaz Albaniyasında çay olmuşdur. Antik mənbələrdə Xəzər dənizinə töküldüyü göstərilir. Yunan coğrafiyaşünası Ptolemeyin məlumatına görə, Albaniya ərazisindən axıb Kürə tökülürmüş. Bəzi müəlliflər onu Kürün qollarından biri hesab edir. Abbasqulu ağa Bakıxanov və başqaları Alban çayını Samurçay ilə eyniləşdirirlər.[1]

İstinadlar

redaktə
  1. Албан чајы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 215.

Mənbə

redaktə

Həmçinin bax

redaktə