Söyüdlü (Gədəbəy)

Gədəbəy rayonunda kənd

SöyüdlüAzərbaycan Respublikasının Gədəbəy rayonunun Söyüdlü kənd inzibati ərazi dairəsində kənd.[1]

Söyüdlü
40°35′48″ şm. e. 45°50′15″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Söyüdlü xəritədə
Söyüdlü
Söyüdlü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Söyüdlü kəndi qədim tarixə malikdir. Burada VII–VIII əsrlərə aid Qız qalası, Qədim Albaniya dövrünə aid Mahrasa məbədi kimi abidələr mövcuddur.

SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra kənd 1993-cü ildən Gədəbəy rayonunun tərkibində ərazi vahidi yaradılmış eyniadlı inzibati ərazi vahidində yerləşir.

2023-cü ilin iyununda bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün (qızıl mədəninin çökdürücü hövzəsi) tikintisinə müdaxilə edərək etiraz aksiyası keçirmişdirlər, nəticədə, polislərlə kəndlilər arasında qarşıdurma yaşanmışdır.[2]

Toponimika

redaktə

Kəndin keçmiş adı Mollahasanlı olmuşdur. Yerli məlumata görə, yaşayış obyektini əslən naxçıvanlı olan və bir müddət Türkiyədə yaşadıqdan sonra buraya köçmüş Kor Orucəli (ona görə də bu kəndə el arasında Korlar da deyilmişdir) və onun oğlu Molla Hasan köhnə kənd yerində salmışdır. XX əsrin əvvəllərində ətrafdakı Abdullauşağı, Qaraqoyunlu, Qurdulu və Mollalı adlı kəndlər də buraya köçmüş və öz adlarını məhəllə adlannda saxlamışlar. Oykonim kəndin salındığı yerdə söyüd ağaclarının olmasını əks etdirir.[3]

Mədəniyyət

redaktə

Söyüdlü kəndinin 1 ümumtəhsil məktəbi, 1 uşaq baxçası, 1 kitabxana və 1 mədəniyyət evi vardır.

Coğrafiya

redaktə

Dağlıq ərazidə yerləşir. Gədəbəy rayonunun bir çox kəndlərində olduğu kimi Söyüdlü kəndində mineral bulaqlar çıxır.

Demoqrafiya

redaktə

Söyüdlü kəndi bu günə qədər 300-dən çox müxtəlif sahələr üzrə alim, mütəxəssis və digər sənət sahibləri yetişdirib. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2882 nəfər əhali yaşayır.[4] Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "DİN: "Gədəbəydə qadınlardan birinə gözyaşardıcı qaz tətbiq edilməsi faktı üzrə xidməti yoxlama aparılır"". Report.az (az.). 20 iyun 2023. 2023-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2023.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629