Olimpiya ordeni — Olimpiya Hərəkatının ən yüksək mükafatıdır və Olimpiya Hərəkatının inkişafında xüsusi xidmətlərə görə təqdim olunur. Bu, Olimpiya Aktının davamı kimi Beynəlxalq Olimpiya Komitəsi tərəfindən 1975-ci ilin may ayında yaradılıb. Olimpiya Ordeni ilkin olaraq, üç dərəcəli (qızıl, gümüş və bürünc) ordendən ibarət idi, ancaq 1984-cü ildən yalnız qızıl və gümüş dərəcələri təqdim edilir. Ənənəvi olaraq, BOK hər bir Olimpiya Oyunlarının bağlanış mərasimində baş təşkilatçını (və ya təşkilatçıları) Olimpiya Ordeni ilə mükafatlandırır.

Olimpiya ordeni

Tip orden
Təltif edir
Statistika
Təsis tarixi may 1975
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Olimpiya Ordeninin fərq nişanları boyunbağı formasındadır və onun qarşısında Olimpiya Hərəkatının beş halqası zeytun çələnginin yan tərəfləri ilə birləşmiş şəkildə təsvir edilir. Nadya Comneci 2005-ci ilə qədər Olimpiya Ordeni ilə iki dəfə təltif edilmiş (1984, 2004) yeganə idmançı idi. O, həm də bu şərəfə layiq görülmüş ən gənc idmançıdır.[1] Lakin, 2005-ci ildə keçmiş serbiyalı basketbolçu Borislav StankoviBOK-un prezidenti Jak Roqqe tərəfindən ikinci dəfə (birinci dəfə 1985) Olimpiya ordeni ilə təltif olunmuşdur.[2]

Qızıl Olimpiya ordeni ilə təltif olunan bəzi şəxslər

redaktə

Olimpiya ordeni ilə yalnız idmançılar yox, həm də siyasi liderlər, din xadimləri də təltif olunub. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Pan Gi Mun da qızıl Olimpiya ordeni ilə təltif olunmuşdur.[3][4]

İstinadlar

redaktə
  1. "Nadia Comaneci". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun, 2014.
  2. "Borislav STANKOVIĆ (2007 Class)". 18 iyun, 2007. 2015-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 iyun, 2014.
  3. "U.N. chief Ban to receive Olympic Order from IOC". 6 dekabr, 2012. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun, 2014.
  4. "UN Secretary-General Ban Ki-moon receives Olympic Order". 6 iyun, 2013. İstifadə tarixi: 22 iyun, 2014.
  5. "Olympic Awards 1981" (PDF). 2016-09-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 22 iyun, 2014 Olympic Review (The International Olympic Committee).
  6. "Olympic Awards 1981" (PDF). 2016-09-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 22 iyun, 2014 Olympic Review (The International Olympic Committee).
  7. "Opening of the 86th Session" (PDF). 2016-09-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 22 iyun, 2014.
  8. "OLYMPIC ORDER" (PDF). 2016-09-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 22 iyun, 2014. GOLDEN OLYMPIC ORDER.
  9. "OLYMPIC ORDER" (PDF). 2016-09-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 22 iyun, 2014. GOLDEN OLYMPIC ORDER.
  10. "IN SOFIA: GOLDEN OLYMPIC ORDER AND ENOC MEETING" (PDF). 2014-03-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 22 iyun, 2014.
  11. "OLYMPIC ORDER" (PDF). 2016-09-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 22 iyun, 2014.
  12. "OLYMPIC ORDER IN GOLD" (PDF). 2016-09-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 22 iyun, 2014.

Xarici keçidlər

redaktə

2001-ci ildə Olimpiya ordeni ilə təltif olunan idmançılar  (ing.)