Nəsib Məhəməliyev

Nəsib Məhəmməd oğlu Məhəməliyev (11 fevral 1961, Balakən rayonu) — Azərbaycan Milli Məclisinin V, VIVII çağırış deputatı (2015-ci ildən), Nəsimi Rayon İcra Hakimiyyətinin (2006–2015) və Balakən Rayon İcra Hakimiyyətinin (2000–2006) sabiq başçısı.

Nəsib Məhəməliyev
Vəzifədədir
24 noyabr 2015-ci ildən
Seçki dairəsiVVI çağırış — 109 saylı Balakən
VII çağırış — 110 saylı Balakən
bayraq
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
3 mart 2006 – 2 sentyabr 2015
ƏvvəlkiTahir Quliyev
SonrakıAsif Əsgərov
bayraq
Balakən Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
27 iyul 2000 – 3 mart 2006
ƏvvəlkiŞücaət Bağırov
SonrakıAsif Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 11 fevral 1961(1961-02-11) (63 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Həyatı

redaktə

Nəsib Məhəmməd oğlu Məhəməliyev 11 fevral 1961-ci ildə Balakən rayonunda anadan olmuşdur. 1982–1987-ci illərdə Kuybşev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Dəmiryol nəqliyyatında "Daşınma prosesinin idarə olunması" ixtisası üzrə, 1991–1995-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini "hüquqşünaslıq" ixtisası üzrə bitirib.

Siyasi fəaliyyəti

redaktə

2000–2006-cı illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2006–2015-ci illərdə isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Partiya fəaliyyəti

redaktə

Nəsib Məhəməliyev bir müddət Vətəndaş Həmrəyliyi Partiyasının Balakən Rayon Təşkilatının sədr müavini olmuşdur, lakin o, daha sonra partiyadan istefa verərək Yeni Azərbaycan Partiyasına üzv olmuşdur.[1]

İstinadlar

redaktə
  1. "Arxivlənmiş surət". 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-16.