Maqnum Foto — beynəlxalq foto agentliyi. Nyu-York, Paris, LondonTokioda ofisləri olan agentlik 1947-ci ildə başda Anri Kartye-Bresson olmaqla müharibə fotoqrafları Robert Kapa, Devid SeymurCorc Rocer tərəfindən yaradılmışdır.

Maqnum Foto
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Kooperativ
Sənaye fotoqrafiya[1], fotojurnalistika[2]
Məhsulu fotojurnalistika
Təsis tarixi 1947
Baş qərargahın yeri Nyu-York, Paris, London, Tokio
Rəhbərlik
Təsisçilər Anri Kartye-Bresson, Robert Kapa, Devid Seymur, Corc Rocer
Magnum Photos
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaranması

redaktə

Agentlik 1947-ci ildə Parisdə Robert Kapanın ideyası əsasında Robert Kapa, Anri Kartye-Bresson, Devid Seymur, Corc Rocer, Uilyam Vandivert, Rita VandivertMariya Eyzner tərəfindən yaradılıb. Rita Vandivert agentliyin ilk prezidenti və Nyu-York ofisinin rəhbəri seçildi. Mariya Eyzner Paris ofisinə rəhbər təyin edildi. Plana görə, C.Rocer AfrikaYaxın Şərq, A.Kartye-Bresson Cənubi və Şərqi Asiya, D.Seymur və U.Vandivert AvropaABŞ-dən fotolar çəkməli idilər. R.Kapa isə haranı və hansı hadisəni çəkəcəyini sərbəst şəkildə seçməli idi.

Maqnum üzvləri tərəfindən yaradılan ilk fotoqrafiya koorporasiyadır. Heyət fotoqraflara dəstək göstərir və onların müəlliflik hüquqlarını müdafiə edirdi.

Yeni üzvlərin seçilməsi

redaktə

Maqnumun yeni yarandığı illərdə üzvlük ümumi xarakter daşıyırdı və Robert Kapanın şəxsi dəvəti ilə qəbul edilirdi. 1955-ci ildə bu günə qədər qüvvədə qalan üç mərhələli üzvlük sisyemi yaradıldı.

Nyu-Yorkda, Parisdə və yaxud Londondakı ofislərində ildə bir dəfə - iyun ayının sonuncu həftəsində görüşən Maqnum fotoqrafları korporasiyanın işlərini müzakirə edirlər. Bu görüşlərin bir günündə potensial yeni üzvlərin müraciətlərinə, portfoliolarına baxılıb səsvermə keçirilir. Qəbul olunmuş müraciətçi "Üzvlüyə namizəd" olmağa dəvət edilir. Bu üzvlük kateqoriyası namizədlə üzvlərin bir-birini tanımasına şərait yaradır, heç bir tərəf üzərinə heç bir məsuliyyət qoymur.

"Üzvlüyə namizəd"likdən iki il sonra fotoqraf "Müxbir üzv" olmaq üçün başqa yeni bir portfolio təqdim edir. Əgər uğurlu olarsa, fotoqraf agentliyin qaydaları ilə yaxından tanış olur, onun imkanlarından və ümumdünya təqdimatlarından yararlanır. "Tam üzv"lə "Müxbir üzv" arasındakı əsas fərq ondan ibarətdir ki, müxbir üzv korporasiyanın mühüm qərarlarında səsvermə hüququna malik deyil. "Müxbir üzv" iki ildən sonra "Tam üzv" olmaq istəyirsə, yeni bir portfolio təqdim edir, üzvlər onun işlərinə səsvermə ilə qiymət verirlər.

Üzvlərinin siyahısı

redaktə
Adı Milliyyəti Əməkdaşlıq etdiyi müddət
Abbas Attar   İran 1981-
Kristofer Andersson   ABŞ 2005-
Ansel Adams   ABŞ 1956
Eve Arnold   ABŞ 1951-
Oliviya Artur   Birləşmiş Krallıq 2008-
Miça Bar-Am   İsrail 1968-
Bruno Barbey   Mərakeş 1964-
Yonas Benediksen   Norveç 2004-
İan Berri   Birləşmiş Krallıq 1967-
Hiroşi Hamaya   Yaponiya 1960-1999
Verner Bişof   İsveçrə 1949-1954
Brayan Breyk   Yeni Zelandiya 1957-1966
Maykl Kristofer Braun   ABŞ 2013-
Rene Burri   İsveçrə 1955-
Kornell Kapa   Macarıstan 1954-2008
Robert Kapa   Macarıstan 1947-1954
Anri Kartye-Bresson   Fransa 1947-2004
Çien-Çi Çanq   Tayvan 1995-
Antuan D'Aqata   Fransa 2004-
Brüs Devidson   ABŞ 1956-
Karl De Keyzer   Belçika 1990-
Luk Delahaye   Fransa 1994-2004
Raymond Depardon   Fransa 1978-
Biek Depurter   Belçika 2012-
Tomas Dvorzak   Almaniya 2004-
Nikos Ekonomopulos   Yunanıstan 1990-
Elliott Ervitt   ABŞ 1953-
Martin Frank   Belçika 1980-2012
Stüart Franklin   Birləşmiş Krallıq 1985-
Leonard Frid   ABŞ 1956-2006
Kristina Qarsiya Rodero   İspaniya 2005-
Jan Qomi   Fransa 1977-
Brüs Gilden   ABŞ 1998-
Bört Qlinn   ABŞ 1951-2008
Mark Qodfrey   1974-1981
Cim Qoldberq   ABŞ 2002-
Filipp Cons Qriffits   Birləşmiş Krallıq 1966-2008
Harri Qruyaert   Belçika 1981-
Ara Gülər   Türkiyə
Ernst Haas   Avstriya 1950-1986
Filipp Halsman   ABŞ 1951-
Çarlz Harbutt   ABŞ 1964-1981
Erik Hartmann   ABŞ 1951-1999
Devid Alan Harvey   ABŞ 1993-
Bob Henrikes   ABŞ 1957-1961
Tim Heterinqton   Birləşmiş Krallıq 2011-
Abigeyl Heyman   ABŞ 1970-
Tomas Hoepker   Almaniya 1964-
Devid Hörn   Birləşmiş Krallıq 1965-
Riçard Kalvar   ABŞ 1975-
Cozef Kudelka   Çexiya 1971-
Kent Kliç   İsveç 1998-2002
Hiroci Kubota   Yaponiya 1971-
Dorotea Lanq   ABŞ 1956-
Serxio Larrain   Çili 1959-2012
Rassell Li   ABŞ 1956-
Gi lö Keres   Fransa 1976-
Erix Lessinq   Avstriya 1950-
Herbert List   Almaniya 1951-1975
Pol Louv   Birləşmiş Krallıq
Denni Lion   ABŞ 1966-1968
Aleks Macoli   İtaliya 1996-
Konstantin Manos   ABŞ 1963-
Meri Elen Mark   ABŞ 1977-1981
Piter Marlou   Birləşmiş Krallıq 1982-
Fred Mayer   İsveçrə 1967-2009
Don MakKallin   1968 1969-
Stiv MakKarri   ABŞ 1986-
Suzan Meyselas   ABŞ 1976-
Ueyn Miller   ABŞ 1958-2013
İnge Morat   Avstriya 1953-2002
Dominik Nahr   İsveçrə 2010-
Trent Park   Avstraliya 2002-
Martin Parr   Birləşmiş Krallıq 1988-
Paolo Pelleqrin   İtaliya 2001-
Gil Peres   Fransa 1970-
Georgi Pinxasov   Rusiya 1986-
Mark Pauer   Birləşmiş Krallıq 2002-
Raqu Ray   Hindistan 1977-
Eli Rid   ABŞ 1983-
Mark Ribud   Fransa 1955-
Ejen Riçards   ABŞ 1983-
Migel Rio Branko   Braziliya 1978-
Corc Rocer   Birləşmiş Krallıq 1947-1995
Sebastiyan Salqado   Braziliya 1979-1994
Moises Saman   İspaniya 2010-
Alessandra Sanginetti   Argentina 2007-
Liz Sarfati   Fransa 1997-
Fernando Sianna   İtaliya 1982-
Cerom Sesini   Fransa 2012-
Devid Seymur   Polşa 1947-1956
Merlin Silverstoun   ABŞ 1964-
Ejen Smit   ABŞ 1957-1958
Yakob Ou Sobol   Danimarka 2007-
Alek Sot   ABŞ 2004-
Kris Stil Perkins   Birləşmiş Krallıq 1979-
Dennis Stok   ABŞ 1951-2009
Zo Straus   ABŞ 2012-
Mixail Subotski   CAR 2007-
Krin Takonis   Niderland 1954-1960
Nikolas Tixomirov   Rusiya 1959-
Larri Touell   Kanada 1988-
İlkka Uimonen   Finlandiya 2002-
Bark Azzl   ABŞ 1967-1983
Piter van Aqtmael   ABŞ 2008-
Uilyam Vandivert   ABŞ 1947-1948
Con Vink   Belçika 1993-
Aleks Uebb   ABŞ 1976-
Donovan Uili   Birləşmiş Krallıq 1992-
Patrik Zaşman   Fransa 1985-

Kitabları

redaktə
  • Amerika böhranda (America in Crisis). 1969
  • Maqnum: əlli il tarixin ön cəbhəsində (Magnum: Fifty Years at the Front Line of History). 1999
  • Maqnum hekayələri (Magnum Stories). 2004
  • Fokusda bizim dünyamız (Our World In Focus). 2004
  • Pop altmışıncılar (Pop Sixties). 2008
  • Maqnumu oxumaq: müasir dünyanın vizual arxivi (Reading Magnum: A Visual Archive of the Modern World). 2013
  1. https://www.magnumphotos.com/about-magnum/overview/.
  2. https://davidseymour.com/.