Mais İsmayıl oğlu Səfərli (23 may 1958, Məlikəhmədli, Qubadlı rayonu7 dekabr 2020) — Azərbaycan Yurddaş Partiyasının qurucusu və ilk sədri, Azərbaycan Respublikasının Milli Məclisi II çağırış deputatı

Mais Səfərli
Azərbaycan Yurddaş Partiyasının sədri
27 fevral 1993 – 7 dekabr 2020
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıGülarə Səfərova
7 noyabr 2001 – 2005
Seçki dairəsi2001 — 9 saylı Xətai birinci
ƏvvəlkiQərib Məmmədov
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 23 may 1958(1958-05-23)
Doğum yeri
Vəfat tarixi 7 dekabr 2020(2020-12-07) (62 yaşında)
Partiya
Fəaliyyəti siyasətçi

Həyatı

redaktə

1958-ci il mayın 5-də Qubadlı rayonunun Məlikəhmədli kəndində anadan olmuşdur. 1975-ci ildə Bakıda orta məktəbi, 1982-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. Təhsilini bitirdikdən sonra fəhlə kimi çalışmağa başlamışdır.[1]

Mais Səfərli 1975-ci ildən Azərbaycan Televiziya və Radio Şirkətində çalışmağa başlamışdır.

Mais Səfərli evli olmuşdur, 3 uşağı var. 7 dekabr 2020-ci il tarixində koronavirusdan vəfat edib.

İctimai-siyasi fəaliyyəti

redaktə

Mais Səfərli "Yurddaş" və "Vışka" qəzetlərində çalışmışdır. O, 1988–1992-ci illərdə "Yurddaş" Cəmiyyətinin sədri, 1993-cü ildən ölümünədək isə Azərbaycan Yurddaş Partiyasının sədri olmuşdur.[1]

1995-ci il parlament seçkilərində Mais Səfərli Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 7-ci sırada olmuşdur.[2] Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur.[3] Beləliklə, Mais Səfərli deputat seçilə bilməmişdir.

Mais Səfərli 2001-ci il yanvarın 7-də 9 saylı Xətai birinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olmuşdur. Evli olmuşdur, 2 övladı var.

İstinadlar

redaktə
  1. 1 2 Сәфәрли Маис Исмајыл оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 440. ISBN 5-89600-253-x.
  2. modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  3. Şahin Cəfərli. "Azərbaycanda parlament seçkiləri: daha bir itirilmiş şans". Bakı Araşdırma Mərkəzi. 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.