Krasnoselsk rayonu

Krasnoselsk rayonuQərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Göyçə mahalı (6 kənd) və Qaraqoyunlu dərəsi (8 kənd) ərazisində rayon. Hazırda Ermənistanın Geğarkunik marzının (vilayət) tərkibindədir. Mərkəzi Çəmbərək (Krasnoselo) şəhəridir.

Rayon
Krasnoselsk rayonu
İnzibati mərkəz Çəmbərək
Tarixi və coğrafiyası
Yaradılıb 31 dekabr 1937
Ləğv edilib 11 aprel 1995
Əhalisi
Əhalisi 16 428[1] (1989) nəfər
Krasnoselsk rayonu xəritədə

Haqqında

redaktə

1920-ci ilin sonuna kimi Gəncə (Yelizavetpol) quberniyasının Qazax qəzasının tərkibində olmuşdur. Sonralar Sovet hakimiyyəti illərində Göyçə mahalı beş inzibati rayon arasında bölündüyündən Çəmbərək rayonu Göyçə mahalının tərkibinə daxil olmuşdur: Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu, Yelenovka rayonu və Krasnoselsk rayonu.

1937-ci il dekabrın 31-də yaradılıb. Həmin ilə qədər Dilican rayonunun tərkibinə daxil olub. Ərazisi 697 kv km-dir. Rayon mərkəzi Ağstafaçay çayının qolu olan Getik çayının sahilində yerləşən Qırmızıkənd (dəyişdirilmiş adı Mixaylovka, Krasnoselsk) qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 125 km-dir.

Rayon ərazisində malakanlar da yaşayırdılar. Onlar bu ərazilərə XVIII əsrin əvvəllərinə Çar Rusiyası tərəfindən köçürülmüşlər. 1918–1919-cu illərədə bu ərazilər də ermənilərin hücumlarına məruz qalmışdır. 1920-ci ilin sonuna kimi Gəncə (Yelizavetpol) quberniyasının Qazax qəzasının Çəmbərək nahiyəsi kimi Azərbaycanın tərkibində mövcud olan Krasnoselsk rayonunun ərazisində o vaxtlar cəmi iki erməni kəndi vardı: Krasnoselsk və Qoturbulaq. Bu ermənilər də İrəvan xanlığı Çar Rusiyası tərəfindən işğal edildikdən sonra Anadoludan köçürülmüşdür. SSRİ dövründə isə erməniləri bu yerlərə köçürməklə daha üç erməni kəndi yaradıldı: Yeni Başkənd, Martuni və Orconokidze.

Krasnoselskin Azərbaycandan qoparılması Ermənistanda SSR-in qurulması ilə bağlıdır. Belə ki, XI rus ordusu Qərbi Azərbaycanda Ermənistan SSR qurduqdan sonra 1920-ci ildə Göyçə mahalı və Qaraqoyunlu dərəsi Azərbaycandan alınaraq Ermənistan SSR-ə verildi. Bu 6000 kv km-lik bir ərazi idi.1938-ci ildə Azərbaycanın Gədəbəy rayonunun Köhnə Başkənd kəndi də yenicə rayon statusu almış Çəmbərək rayonuna tabe edildi.

Krasnoselsk rayonunun bir hissəsini də Qaraqoyunlu ərazisi təşkil edir. Əsas hissəsi Krasnoselsk rayonunun tərkibinə daxil olan Qaraqoyunlu dərəsi Dilican dərəsi ilə Soyuqbulaq yaylasının arasında yerləşir. Çar Rusiyası dövründə buralar da Gəncə (Yelizavetpol) quberniyasının Qazax qəzasına daxil olub, amma Sovet hakimiyyəti illərində Göyçə mahalı süni sürətdə beş inzibati rayon arasında bölündüyündən, Krasnoselsk rayonunun tərkib hissəsi hesab edilən Qaraqoyunlu (Darrıx) dərəsi Göyçə mahalının tərkibinə daxil olmuşdur.

Krasnoselsk rayonu MurğuzŞahdağ silsilələri ilə əhatə olunub. Adatəpə (h.2427m), Çaldaş (h.2743m), Qoşadağ (h.2901m) zirvələri də rayonun ərazisində yerləşir.

Kəndləri

redaktə

Krasnoselsk rayonunun kəndləriQaraqaya, Yanıqpəyə, Çaykənd, Gölkənd, Bəriabad, Əmirxeyir, Toxluca, Ardanış, Ağbulaq, Cil, Şorca, Qoturbulaq, Cıvıxlı

1988-ci ilə qədər azərbaycanlıların yaşamada davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Cil, Ardanış, Şorca, Toxluca, Gölkənd, Çaykənd, Əmirxeyir, Bəriabad, Yanıqpəyə, Ağbulaq, Cıvıxlı, Qaraqaya, Qırmızıkənd və s.

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Qırmızıkənd Krasnoselsk
Başkənd Ardzvaşen 25.01.1978
Yanıqpəyə Meşəkənd 25.01.1978
Qoturbulaq Ttucur

İstinadlar

redaktə
  1. "Всесоюзная перепись населения 1989 г. Численность населения союзных республик СССР и их территориальных единиц по полу: Армянская ССР (по переписи 1989 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2014-12-22. İstifadə tarixi: 29 iyul 2015..

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə