Karl körpüsü (çex. Karlův most; tələffüz) – Çexiyanın Praqa şəhərində, Vltava çayı üzərində yerləşən tarixi körpüdür. Körpünün inşasına 1357-ci ildə Kral IV Kralın himayəsi altında başlanmış, tikinti işləri XV əsrin əvvəllərində tamamlanmışdır.[2] Karl körpüsü 1342-ci il daşqını zamanı ciddi zədələr almış Yudit körpüsünün (1158–1172) yerində inşa edilmişdir. Əsasən Daş körpü (Kamenný most) və ya Praqa körpüsü (Pražský most) kimi tanınsa da, abidə 1870-ci illərdən Karl körpüsü adlandırılır.[2]

Karl körpüsü
Karlův most
Xəritə
50°05′11″ şm. e. 14°24′43″ ş. u.HGYO
Ölkə
Şəhər Praqa
Layihə müəllifi Peter Parler[1]
Tikilmə tarixi 1357–1402
Üslubu qotika
Texnikası daş hörmə
Hündürlüyü 13 m
Uzunluğu
  • 515,76 m
Eni 9,5 m
Material Bohemiya qumdaşı
Vəziyyəti piyada keçidi üçün istifadə olunur
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1841-ci ilə kimi Praqa qəsri ilə Qədim şəhər arasında Vltava çayı üzərindən yeganə əlaqə vasitəsi olan Karl körpüsü mühüm əhəmiyyətə malik olmuşdur.[2] Məhz bu möhkəm əlaqə Praqanın orta əsrlərdə Şərqi və Qərbi Avropa arasında mühüm ticarət məntəqəsi olmasını təmin etmişdir. 16 tağlı körpü 621 m uzunluğa və 10 m enə malikdir. Körpü üç qüllə ilə mühafizə olunurdu ki, bunlardan da ikisi Mala Strana tərəfdə, biri isə Qədim şəhər tərəfdə yerləşir. Qədim şəhər tərəfdəki qüllə bəzən, dünyada ən yaxşı ictimai qotik memarlıq nümunələrindən biri kimi dəyərləndirilir. Körpü boyunca əksəri barokko üslublu 30 heykəl yerləşir ki, 1700-cü illərdə ucaldılmış bu heykəllər də hazırda replikaları ilə əvəz olunmuşdur.

Orta əsrlər

redaktə
 
Yozef Mathauzer — IV Karl tərəfindən yeni körpünün təməl daşının qoyulması.

Tarixi boyunca Karl körpüsü bir neçə faciənin və çoxsaylı tarixi hadisələrin şahidi olmuşdur. Çex əfsanəsinə görə körpünün inşasına 9 iyul 1357-ci il saat 5:31-də başlanılmış və ilk təməl daşını IV Karl özü qoymuşdur. Bu rəqəmlər Müqəddəs Roma İmperatoru üçün çox vacib olmuşdur, çünki numerologiyaya inanan kral bu rəqəmlərin (1357 9, 7 5:31) körpünü daha da gücləndirdiyini düşünürdü. İnşasından xeyli zaman keçməsinə baxmayaraq körpünün qorunaraq dövrümüzə çatması imperatorun mövqeyinə inamı gücləndirsə də, tarix böyu körpü bir çox faciələrlə üzləşməli olub.[3]

1432-ci il daşğını zamanı körpünün üç tağı dağılmışdı. 1496-cı ildə suyun təsiri ilə sütunlardan birinin çökməsindən sonra Qədim şəhər tərəfdən üçüncü tağ dağılmış, körpünün bərpa işlərini yalnız 1503-cü ildə tamamlamaq mümkün olmuşdur. Bir il sonra Ağ dağ döyüşündən sonra Habsburqlara qarşı üstanın 27 lideri 21 iyun 1621-ci ildə edam edilmiş və çexlərin gələcək üsyanlarının qarşısını almaq üçün onlar körpünün Qədim şəhər qülləsindən asılmışlar. 1648-ci ildə Otuz illik müharibənin sonunda isveçlilər Vltava çayının qərb sahilini tutaraq Qədim şəhərə soxulmağa çalışırdılar və bu zaman körpünün sağında ən ağır döyüşlər baş tutmuşdur. Döyüş zamanı Qədim şəhər qülləsinin çaya baxan fasadı ciddi dağıntılara məruz qalmış və qotik dekorlar zədələnmişdir.[4] XVII əsrin sonu – XVIII əsrin əvvəllərində barokko stilli heykəllərin ucaldılmasından sonra körpü bugünkü görünüşünü almışdır. 1784-cü il böyük daşqını zamanı körpünün sütunlarından beşi qismən zədələnmiş, tağların dağılmasının qarşısını almaq üçün körpüdə hərəkət uzun müddət dayandırılmışdır.[5]

XIX əsr

redaktə
 
Karl körpüsü 1872-ci il daşqınından sonra.

1844-cü ildə Kampa adasındakı orijinal pilləkənlər yeniləri ilə əvəz edilmişdir. Növbəti il böyük bir daşqın olsa da, körpüyə ciddi zədə dəyməmişdir. 1848-ci ilin inqilab günlərində körpü əsasən zədələrdən qorunsa da, bəzi heykəllərə ziyan dəymişdir. 1866-cı ildə balüstradalarda psevdo-qotik qaz işıqları quraşdırılmışdır; daha sonra həmin işıqlar elektrik işıqları ilə əvəzlənmişdir. 1870-ci illərdə ilk dəfə körpü üzərindən ictimai nəqliyyatın (omnibus) hərəkətinə başlanılmış, daha sonradan at qatarı fəaliyyətə başlamışdır. 1874–1883-cü illərdə körpü qüllələri restavrasiya edilmişdir.

2–5 sentyabr 1890-cı ildə Praqada növbəti güclü daşqın baş vermiş və körpü qismən zədələnmişdir. Sel sularının gətirdikləri minlərlə taxta və digər gəmi materialları mörpü yanına gələrək baryer yaratmışdı. Bu daşqın nəticəsində üç tağ və iki sütun dağılmış, digərləri isə zədələnmişdi. Beşinci sütunla birlikdə Ferdinand Brokoff tərəfindən hazırlanmış Müqəddəs Loyolalı İqnati və Müqəddəs Xaviyer heykəlləri də çaya düşmüşdü. Həmin heykəlin yerində Müqəddəs Kiril və Mefodinin Karel Dvorak tərəfindən hazırlanmış heykəli ucaldılmış, sonradan həmin heykəl orijinalın replikası ilə əvəzlənmişdir. Təmir işləri iki il (açılış 19 noyabr 1892-ci ildə olmuşdur) davam etmiş və 665,000 krona başa gəlmişdir.[5]

XX əsr

redaktə
 
15 mart 1939-cu ildə Praqanın işğalından sonra alman silahlı qüvvələrinin Karl körpüsü üzərindən keçidi.

XX əsrin başlanğıcında Karl körpüsü sıx nəqaliyyat yollarından biri olmuşdur. Körpüdə at nəqliyyatının istifadə olunduğu son gün 15 may 1905-ci il olmuşdur, həmin gündən sonra körpüdə elektrik qatarı, daha sonra isə 1908-ci ildən avtobus hərəkətinə icazə verilmişdir. İkinci Dünya Müharibəsinin sonunda Qədim şəhər qülləsində barrikadalar qurulmuşdur. Müxtəlif elmi və mədəni tədqiqat institutlarının iştirakı ilə baş tutmuş bərpa işləri 1965–1978-ci illəri əhatə etmişdir. Sütunların stabilliyi təmin edilmiş, bütün sınmış daşlar əvəzlənmiş və körpü üzərinə salınmış asfalt təbəqəsi tamamilə təmizlənmişdir. Restavrasiya işlərindən sonra körpüdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilmiş və abidə yalnız piyadaların hərəkəti üçün açılmışdır. Ümumilikdə restavrasiya işləri 50 milyon krona başa gəlmişdir.

1960-cı illərdən başlayaraq bəzi adamlar körpüdə aparılmış restavrasiya işlərini tənqid edərək bərpanın davam etdirilməli olduğunu qeyd edirlər. Yeni minillikdən başlayaraq, əksər tədqiqatçılar aparılmış bərpa işlərinin qüsursuz olmadığını etiraf etsələr də, körpüyə müdaxilə edilməsi təklifi ilə razılaşmırlar. Lakin, 2002-ci il daşqınlarından sonra (bu daşqınlar körpüyə cüzi zədə vurmuşdu) körpü boyunca əlavə dəstək sisteminin qurulması qərarlaşdırıldı. Körpünün Mala Strana tərəfindən iki sütunun (8 və 9-cu sütunlar) bərpa və stabilləşdirilməsi işləri işləri aparılmışdır. Onlar 1890-cı il daşqınlarından sonra təmir edilməmiş yeganə su sütunları idi. Bərpa işləri uzun müddət davam etmiş, lakin körpü hərəkətə tamamilə bağlanmamışdır. 2008–2010-cu illəri əhatə edən bərpa işləri sütunların möhkəmləndirilməsi və körpünü tamamilə mühafizə edən yeni hidroizalyasiya sisteminin inşası ilə tamamlanmışdır.[6] Bərpa işləri zamanı körpünün fasadlarındakı bir çox daşlar dəyişdirilmişdir ki, restavratorların bu yanaşması da mübahisələrə səbəb olmuşdur. Bərpanın nəticələri Avropanın hər tərəfindən ən nüfuzlu konservatorların tənqidinə məruz qalmışdır. Çünki körpüyə montaj edilmiş onlarla yeni daşlar yanaşı yerləşdirildiyi tarixi daşlarla uyğunluq təşkil etməyərək xeyli fərqli görünür.[7]

Memarlıq xüsusiyyətləri

redaktə

Heykəlləri

redaktə

Körpü boyunca balüstradalarda düzülmüş, əsasən barokko üslublu otuz heykəl körpünün ümumi qotik görünüşünün formalaşmasında mühüm rol oynayır. Heykəllər əsasən 1683–1714-cü illərdə ucaldılmışdır.[8] Heykəllərdə həmin dövrdə yad edilən müqəddəslər və patron müqəddəslər təsvir edilmişdir. Həmin dövrlərin ən məşhur Bohemiya heykəltəraşları Matiaş Braun, Yan Brokof, onun oğlanları Mixal Brokof və Ferdinand Brokof körpünün dekorasiyasında iştirak etmişlər.

Ucaldılmış heykəllərin arasında ən məşhur olanları Müqəddəs Lutqard, Müqəddəs Xaç və Qolqof, Yan Nepomutskidir. İki yüz il sonra ucaldılmasına və əsas meydanda yerləşməməsinə baxmayaraq cəngavər Brunvikin heykəli də məşhurdur.

1965-ci ildə sistematik olaraq bütün heykəllər replikaları ilə əvəz edilmiş, orijinallar isə Milli Muzeyə köçürülərək lapidariumda sərgilənməyə başlamışdır.

İstinadlar

redaktə
  1. Sitat səhvi: Yanlış <ref> teqi; pragspot adlı istinad üçün mətn göstərilməyib
  2. 1 2 3 Dana Shanberg. "Charles Bridge (Karlův most)". myCzechRepublic. 2018-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel 2015.; "Charles Bridge". A View On Cities. 2015-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 aprel 2015.
  3. KLAPALOVÁ, Martina. Pilířů bylo asi více [online]. Praha: Lidové noviny, 2007–09-10, [cit. 2008–02-08]. Dostupné online Arxivləşdirilib 2009-05-05 at the Wayback Machine.
  4. Drobná-Hlavsa (1958), s. 10–15
  5. 1 2 Drobná-Hlavsa (1958), s. 29
  6. СМИТ, Джон. Ремонт Карлов мост начинается Arxivləşdirilib 2007-10-29 at the Wayback Machine. Прага: Лидове новины, 08/18/2007, [соч. 2008–02-08]
  7. Spor Prahy a památkářů: Karlův most byl prý zásadně poškozen Arxivləşdirilib 2020-08-11 at the Wayback Machine, ihned.cz, 4. noyabr 2008, İstifadə tarixi: 17 may 2015
  8. Vlček, Павел и др. памятники искусства в Праге. Старый Город, Еврейский Квартал . Прага:. Академия, 1996. 640 С. В дальнейшем Влчек и др .. ISBN 80-200-0563-3 .

Ədəbiyyat

redaktə

Xarici keçidlər

redaktə
  «Praqa»
  «Memarlıq»