Kəmaləddin Behzad

Kəmaləddin Behzad (1455-1536) — Şərqin görkəmli ustad rəssamlarından biri, Səfəvilər saray kitabxanasının rəisi.[1]

Kəmaləddin Behzad
Xavarnaq qalasının tikilişi miniatürü
Xavarnaq qalasının tikilişi miniatürü
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti rəssam, müzəhhib[d]
Janr Rəssamlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Kəmaləddin 1455-ci ildə Orta Asiyanın Xocənd şəhərində anadan olmuşdu. 1510-cu ildə, yəni Şeybani xanın ölümündən sonra məşhur rəssam Təbrizə gələrək, Şah İsmayılın sarayına daxil olmuşdu. Üç hökmdarın sarayında yaşamış Behzad Şah İsmayılın hakimiyyəti zamanı daha çox şöhrət qazanmışdır.

Şah İsmayıl Xətainin istedadlı sənət adamlarına necə yüksək qiymət verdiyini XVI əsr Bağdad sənətşünaslarından Mustafa Çələbi Əlinin 1578-ci ildə yazdığı "Mənaqibi hünərvəra" adlı əsərində görmək olar. Müəllif göstərir ki, Şah İsmayıl 1514-cü ildə I Sultan Səlim ilə müharibədən bir qədər əvvəl, məşhur rəssam Behzad və öz şəxsi saray xəttatı Mahmud Nişapurini düşmən əlinə əsir düşməsinlər deyə, onların salamat saxlanması barədə tədbir görmüşdür. Bu tarixi həqiqət haqqında Şah İsmayılın dilindən deyilmiş sözlərin sadələşdirilmiş şəklini misal gətiririk:

"...Sultan Səlim Şah İsmayıl ilə Çaldıran səhrasında yaxın bir məsafadə idi... "Kim bilir, bəlkə müharibədə öldüm və ya məmləkətimdə qarət və qarışıqlıq baş verdi", - deyərək, Sultan Səlim xan Ruminin əlinə əsir düşməmək üçün əvvəl Şah Mahmud Nəjadi və ikincisi misilsiz ustad rəssam Behzadı bir mağarada gizlətmişdi. Və "Sizin hifsinizi Allaha tapşırdım" deyib müharibəyə getmişdi. Ol zaman ki, müharibədə məğlub olub geriyə qayıtdı, cümlədən əvvəl yuxarıda adları zikr olunanları tapmaq üçün həmin məhəlləyə varıb diqqətlə axtardı. Vəqtaki onları gizlin saxladığı yerdə tapdı, Allaha çox şükür etdi."

Uzun müddət Səfəvi şahlarının sarayında fəaliyyət göstərən Kəmaləddin Behzad Şah İsmayıl Xətainin ən çox hörmət bəslədiyi sənətkarlardan idi. Behzadın yaradıcılığına Şah İsmayıl yüksək qiymət verirdi və ona görə də məhz şahın özü rəssamı saraya dəvət etmişdi.

Xatirəsi

redaktə

Özbəkistan Bədii Akademiyasının Milli Rəssamlıq və Dizayn İnstitutu Kəmaləddin Behzadın adınadır.

Şəkil

redaktə

Ədəbiyyat

redaktə
  • Деннике Б. Живопись Ирана. М., 1938
  • Кази Ахмед. Трактат о каллиграфах и художниках. М. — Л., 1947
  • Мастера искусств об искусстве, т. I, М., 1965
  • Кильчевская Э. Два портрета Кемалетдина Бехзада. в сб. "Сокровища искусства стран Азии и Африки" выпуск I, М., 1975
  • Пуладов У. Кемаледдин Бехзад. Душанбе. 1978.
  • Полякова Е. А., Рахимова З. И. Миниатюра и литература востока. Ташкент. 1987.
  • Акимушкин О.Ф., "Легенда о художнике Бехзаде и каллиграфе Махмуде Нишапури" в кн. "Средневековый Иран. Культура, история, филология" СПб. Наука. 2004
  • Акимушкин О.Ф., "Заметки к биографии Камал ад-Дина Бехзада" в кн. "Средневековый Иран. Культура, история, филология" СПб. Наука. 2004
  • O.F. Akimushkin. Arabic-script sources on Kamal al-Din Behzad. Manuscript Orientalia. Vol.7 2 June. Thesa, St. Petersburg. 2001.
  • Basil Gray. Persian Painting. Skira. 1961
  • E. Bahari. Bihzad. Master Of Persian Painting. London — N-Y. 1997

İstinadlar

redaktə
  1. Xələfov A.A. Azərbaycanda kitabxana işinin tarixi: Dərslik. 2 hissədə. I hissə. Bakı: Bakı Universiteti Nəşriyyatı, 2004, 328 s.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə