Hicran Şərifov — Azərbaycan Respublikasının "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", "Olimpiya" və "Şöhrət" ordenli, "Tərəqqi" medallı, əmakdar məşqçi, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim, idman ustası.

Hicran Şərifov
Hicran İbrahim oğlu Şərifov
Hicran Şərifov
Hicran Şərifov
Doğum tarixi (59 yaş)
Doğum yeri Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
İxtisası Hüquqşünas, pedaqoq,
Təhsili Azərbaycan Respublikasının Təhsil İnstitutu
Polis Akademiyası (Azərbaycan)
ADNSU
Fəaliyyəti Hakim, məşqçi, müəllim, pedaqoq
Tanınır Hakim, məqşqçi, pedaqoq, müəllim
Mükafatları "Şöhrət" ordeni "Tərəqqi" medalı Olimpiya ordeni
Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Şərifov Hicran İbrahim oğlu 1 avqust 1965-ci ildə Bakının Əmircan qəsəbəsində anadan olub. 1990-cı ildə ailə həyatı qurub. Beş övladı, iki nəvəsi var.

Təhsili və karyerası

redaktə

1982-ci ildə burdakı 9 illik 97№-li, sonra isə 11 illik 114 №-li orta məktəbi, 1992-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2005-ci ildə isə Polis Akademiyasının hüquqşünaslıq fakültəsini bitirib.

“Uşaq -gənclər idman məktəblərinin (UGİM) idarə edilməsininelmi-pedaqoji əsasları” Mövzusulu elmi işi əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 7 aprel 2017-ci il tarixli (protokol, N 07-k) qərarı ilə pedaqogika üzrə FƏLSƏFƏ DOKTORU elmi dərəcəsi verilmişdir.

“Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alanların fizikihazırlıq işinin təşkili” mövzusu əsasında elmlər doktoru elmi dərəcəsi üzrə təhsilini davam etdirir.

1993-cü ildən daxili işlər orqanlarında işləyir. 1994-cü ildən 2000-ci ilə qədər operativ xidmətdə, 2000-ci ildən DİN-nin Polis Akademiyasında İdman Sağlamlıq Kompleksinin rəisi, eyni zamanda həmin akademiyada Fiziki Hazırlıq kafedrasının müəllimi kimi fəaliyyət göstərib. 2001-ci ildə təhsilini artırmaq məqsədi ilə DİN-in Polis Akademiyasına daxil olmuşdur. Sonrakı illərdə həmin akademiyada Tədris-metodiki şöbənin baş inspektoru vəzifəsində  çalışmışdır. Polis Polkovnik-leytenantı rütbəsinə qədər yüksəlmiş və 17.12.2019-cu il tarixində öz istəyi ilə təqaüdə çıxmışdır. 2020-ci ildən 2022-ci ilə kimi Azərbaycan GİN-də Sərbəst güləş idman növü üzrə baş mütəxəssis kimi fəaliyyət göstərib. 2022-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA)  İdmanın Təkmübarizlik növləri kafedrasında baş müəllim vəzifəsində çalışır.  Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən dissertasiya şurasında 5802.01 – Təhsilin təşkili və planlaşdırılması, 5804.01 - Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisaslarında 23.12.2022-ci ildə üzv seçilib.

Hicran Şərifov 2013-cü ildən Milli Olimpiya Komitəsinin Təftiş Komissiyasının sədridir. 1999-cu ildən 2021-ci ilə kimi "Neftçi İdman Klubu" İctimai Birliyində məşqçi-müəllim vəzifəsində işləyir. Eyni zamanda Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Tusi küçəsində yerləşən "Cəngi" Güləş Klubunun sədridir. 26 noyabr 2015-ci il tarixində Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) tanınmış güləş hakimi, əməkdar idman xadimi Hicran Şərifovun 50 illik yubileyinə həsr olunmuş "Zəhmətlə zəfərə doğru" kitabının təqdimat mərasimi keçirilib.

2015-ci il Milli Məclisin V çağırış deputat seçkilərində və 2020-ci il Milli Məclisin VI çağırış deputat seçkilərində 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyimi irəli sürmüşdür. Hər iki çağırış deputat seçkilərindən öz ərizəsi ilə rəsmi olaraq Yeni Azerbaycan Partiyasının üzvləri Ağacan Abıyevin (2015) və Afət Həsənovanın (2020) xeyrinə namizədliyimi geri götürmüşdür.

İdman uğurları

redaktə

Hicran Şərifov idmançıdır. Olimpiya kateqoriyalı, Beynəlxalq dərəcəli hakimdir. İdmanın Yunan-Roma güləş növü ilə məşğul olub. İdman ustası, Azərbaycan Respublikasının "Əməkdar Məşqçisi" və Qarabağ müharibə veteranıdır. Güləş idman növləri üzrə Avropa, Dünya çempionatlarında, 2008 Yay Olimpiya Oyunları, 2012 Yay Olimpiya Oyunları2016 Yay Olimpiya Oyunlarında Azərbaycanı hakim kimi təmsil edib. Bu sahədəki xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalı"Şöhrət" ordeni ilə təltif edilib. 2012 Yay Olimpiya Oyunlarında "Ən yaxşı hakimi" seçilərək "Qızıl Fit" mükafatına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2010-cu il tarixli Sərəncamı ilə "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" fəxri adına layiq görülüb.

Mükafatları

redaktə
  • “Fəxri fərman” (Azərbaycan MM-nin Gənclər və İdman komitəsi) — 2022
  • ADNSU-nun 100 illiyi Azərbaycan Respublikasının yubiley medalı (AR Təhsil Nazirliyi) — 2021
  • Fəxri Fərman - "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində Azərbaycan Ordusuna göstərdiyi dəstəyə və qayğıya görə" (AR Müdafiə Nazirliyi) — 2020
  • Son 10 ilin ən yaxşı idman hakimi" (Olimpiya dünyası) — 2019
  • "Həqiqət göstəricisi" (Brend media) — 2017
  • "Fəxri fərman" (DİN) — 2017
  • "İlin ən yaxşı idman hakimi" (GİN) — 2016
  • "Fəxri fərman" (DİN) — 2016
  • Milli Olimpiya Komitəsinin "Olimpiya" ordeni — 2016
  • "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" — 2015
  • "Şöhrət" ordeni — 2012
  • "İlin ən yaxşı hakimi" — 2012
  • İlin məşqçisi — 2011 ("Zəfər" mükafatı)
  • İlin ən yaxşı məşqçisi — 2011
  • İlin hakimi (Olimpiya dünyası)
  • Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi — 2010
  • İlin ən yaxşı hakimi — 2010 (Olimp sport)
  • İlin idman hakimi- 2009 ("Zəfər" mükafatı)
  • "Ədalətli oyun prinsiplərinə sadiq hakim" — 2009
  • "İlin ən yaxşı hakimi" — 2008
  • "Ədalətli hakim" — 2008
  • "Tərəqqi" medalı — 2008
  • "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal — 2008
  • "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal — 2007
  • "Azərbaycan Respublikasının Əməkdar məşqçisi"
  • "İdman ustası" — 1997

Tələbələri

redaktə
  • Rövşən Bayramov
  • Rəşid Bünyatov
  • Elman Muxtarov
  • Sudeyif Şərifov
  • Səbirə Əliyeva
  • Elnur Həsənov
  • Elgün Hüseynov
  • İbrahim Şərifli
  • Sərxan Cahangirli
  • Orxan Əmralıyev
  • Elməddin Ramazanov