Elnur Əhmədov (Elnur Oruc oğlu Əhmədov; 13 may 1977, Məmmədbəyli, Zəngilan rayonu, Azərbaycan SSR) — Azərbaycan Respublikasının əməkdar artisti (2007).

Elnur Əhmədov
Elnur Oruc oğlu Əhmədov
Ümumi məlumatlar
Doğum tarixi 13 may 1977(1977-05-13) (47 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Musiqi aləti Kamança
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2007 "Tərəqqi" medalı — 2020

Həyatı

redaktə

Elnur Əhmədov 1994-cü ildə A. Zeynallı adına Bakı Musiqi texnikumunu, 1998 və 2000-ci illərdə isə Bakı Musiqi Akademiyasının kamança ixtisası bitirib magistr dərəcəsi almış və ali təhsilə yiyələnmişdir. Hal-hazırda Azərbaycan Milli Konservatoriyasının dosenti həmçinin  Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində müəllim vəzifəsində çalışır.

1999-cu ildən Azərbaycan Akedemik Opera və Balet teatrında yeganə kamança ifaçısı olaraq orkestr solisti vəzifəsində çalışır və çilli tamaşalarda muğam partiyalarını ifa edir. Üzeyir Hacıbəyovun Leyli və Məcnun operasını İstanbulda, Parisdə  YUNESKO-nun səhnəsində, Qətərdə, İsveçrədə, Düşənbədə  və başqa ölkələrdə Azərbaycan milli musiqisini və muğamını təmsil edir. 

2001-ci ildə Strasburqda Azərbaycan Avropa Parlamentinə qəbul olunanda 2002-ci ildə Vaşinqtonda İpək yolu  festivalında Amsterdamda Atlas ansamblı proyektində dünya musiqiçiləri ilə birlikdə çıxış etmişdir. 2003-cu ildə Səmərqənddə  keçirilən Şərq Təranələri Beynəlxalq musiqi festivalında xalq artisti Zabit Nəbizadə ilə ikinci yerə layiq görülmüşdür. 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən 1-ci muğam televiziya müsabiqəsində kamança ifaçısı olaraq bu layihədə iştirak etmişdir. Azərbaycanın xalq artisti Mənsum İbrahimov, xalq artisti Elçin Həşimov və əməkdar artist Kamran Kərimovla birlikdə Qarabağ muğam qrupu olaraq bir çox ölkələrdə ABŞ, İngiltərə, Fransa, Avstriya, Norveçİsveçrə, Rusiya, Ukrayna, Belarusiya, Hollandiya, İran, Misir, Finlandiya, İsveç və başqa ölkələrdə konsert proqramı ilə çıxış etmişdir. Həmçinin 2011-ci ildə Danimarkanın Kopenhagen şəhərində Vomeks Beynəlxalq  musiqi Festivalında iştirak etmişdir. 2003-cü ildə xalq artisti, professor Siyavuş Kəriminin rəhbərliyi ilə Latın Amerika musiqiçiləri ilə birgə Salam – Hola layihəsində yaxından iştirak etmişdir. 2005-ci ildə Humay milli mükafatına layiq görülmüşdür. 2007-ci ildən xalq artisti maestro Yalçın Adıgözəlovla Qarabağ muğam qrupu ilə birgə Simfonik muğam layihəsi ilə  İzmir, İngiltərə, Minsk, Kiev, Düşənbə, Lüksemburq, Almaniya, Pekin və s. ölkələrdə konsert proqramı ilə çıxış edir. 2009-cu ildə Bakıda keçirilən 1-ci Beynəlxalq Muğam Festivalında xanəndə əməkdar artist Təyyar Bayramovla Qran pri mükafatina layiq görülmüşdür. 2009-cu ildə tarzən Elçin Həşimovla birgə Heydər Əliyev Fondunun layihəsində yaxından iştirak etmiş və gənc xanəndələrin ifasında bütün muğam dəsgahlarını və zərb muğamları lentə almışdır. 2007-ci ildə əməkdar artist fəxri adına layiq görülüb, Prezident  mükafatçısıdır. 2020-ci il 31 dekabr tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Tərəqqi medalı ilə təltif olunub.

Filmoqrafiya

redaktə
  1. Güllələnmiş heykəllər (film, 2002)
  2. Məşədi İbad-94 (film, 2005)
  3. Biz qayıdacağıq (film, 2007)

İstinadlar

redaktə