Beşiktaş (türk. Beşiktaş) — İstanbul ilinin ilçəsi. Adını İstanbulun ən qədim səmtlərindən bir olan Beşiktaş səmtindən alır. 8,4 km uzunluğunda sahili olduğu Bosfor boğazının Rumeli tərəfində olan rayon qərbdən ŞişliKağıtxana, cənub-qərbdə Bəyoğlu, şimalda Sarıyer ilçələri ilə həmsərhəddir. Ərazisi 11 km², əhalisi isə 2014 ADNKS məlumatlarına görə 188.793 nəfərdir.

Beşiktaş
Beşiktaş
41°04′31″ şm. e. 29°01′39″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 18,04 km²
Saat qurşağı
Digər
besiktas.bel.tr
Xəritəni göstər/gizlə
Beşiktaş xəritədə
Beşiktaş
Beşiktaş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etimologiya

redaktə

Beşiktaş tarix boyu bir çox adla anılmışdır. Bunun əsas səbəbi Osmanlı dövrünə qədər daimi yaşayış yeri xarakteri qazana bilməməsidir. Bu səbəbdən zaman içində müxtəlif hadisələrə, buradakı əhəmiyyətli tikililərə və ya abidələrə görə adlar almışdır.

Müxtəlif tarixçilərin və Beşiktaşın sakinləri arasında geniş yayılan və yazılı mənbələrlə də dəstəklənən bir tezisə görə Beşiktaş adının əsli Beştaş sözündən gəlir; Xeyrəddin Barbarossa Paşanın gəmilərini bağlamaq üçün tikdirdiyi beş daş dirək ilə əlaqəlidir.

Beşiktaşın adına münasibətin ən ciddi monitorinqi aparan akademik tarixçi Mehmet Cavid Dursun isə qədim mənbələrdə bu adın "Beşiktaşı" formasında keçdiyinə diqqəti çəkərək "Topqapısı"-nın "Topqapı"-ya çevrilməsi kimi "Beşiktaşı"-nın da xalq ağzında "Beşiktaş"-a çevrildiyini bildirmişdir.

Beşiktaşın, Osmanlı öncəsi dövrdə, Kune Petro (daş beşik), İasonion, Sergion, ya da Dafna (Dəfnə) adlandırıldığı iddia edilir. Bundan başqa, Beşiktaşın digər bir qədim adının qoşa sütun mənasında Diplokionion ola biləcəyi də irəli sürülməklə yanaşı müasir tarixçilərə görə bu adı yaraşdırmaq düzgün olmazdı.

Mərkəzi və bazarın yerləşdiyi bölgə, bəzi Beşiktaşlılarca bu gün də Köyiçi adı ilə anılır.

Tarixçə

redaktə

Beşiktaş bir yaşayış yeri kimliyini Osmanlı dövründə qazanıb. Bizans dövrü ərzində Boğaziçi xüsusilə Qara Dənizdən gələn Gürcü talançıların basqınlarına məruz qalmış, bunların yaratdığı təxribat və saldıqları qorxu burada məskunlaşmanın inkişafını ləngitmişdir. Beşiktaşın Osmanlı dövründə bir yaşayış yeri vəsiqəsini qazanması Qara Dənizin geniş ölçüdə Osmanlı Dövlətinin nəzarəti altına alması sayəsində baş tutmuşdur.

Beşiktaş, Kaptan-ı dəryası Xeyrəddin Barbarossa Paşa dövründə məhz dənizçilik baxımından böyük əhəmiyyət qazandı. Beşiktaşın yerləşdiyi region o vaxtlar liman kimi istifadə edilməyə uyğun bir kənd idi. Barbarossa Xeyrəddin, Osmanlı donanmasının gəmilərini dəmirləmək üçün istifadə edirdi. Həmçinin burada özünə bir yalı tikdirərək İstanbulda olduğu zamanlar Beşiktaşda yaşamışdır. Eyni bölgədə öz adına bir məscid, bir mədrəsə, bir də uşaq məktəbi inşa etdirdi. 1546-ci ildə vəfat etdiyi zaman Barbarossa Beşiktaşda dəfn olunub.

Beşiktaşın əhalisi 1935-1985 illəri arasında, 50 il içərisində yavaş amma ardıcıl artım göstərmişdir. 1980-ci illərdən etibarən 180 min-200 min arasında uzun müddət qalmışdır. Bunun səbəbi rayondakı mənzil sahələrinin böyük ölçüdə ilçənin sərhəd nöqtəsinə çatması idi.

Beşiktaş Rayonunun əsasını təşkil edən Beşiktaş, Ulduz, Ortaköy, Quruçeşmə, Arnavutköy, Bebek kimi tarixi səmtləri və başqa yaşayış yerləri 1950-ci illərdən etibarən ortaya çıxmışdır. 1950-ci ildə tarixi Levent Fermasının ərazisi üzərində bağçalı evlər sistemində açılan toplu iqamətgah tətbiq etməsilə Levent məhəlləsinin əsası qoyulmuş, daha sonra Etiler, Konaklar, Akatlar, Nisbetiye, LəvazımKültür məhəllələri yaradılmışdır. 1980-ci illərdən etibarən Boğaziçi sahili boyu uzanan yamaclardakı qoruqların abadlığa açılması, Beşiktaşın təbii yaşıl örtüyünün xeyli təxribata məruz qalmasına səbəb olmuşdur.

Coğrafiyası

redaktə

Beşiktaş Rayonunun yer üzü formaları ikili xüsusiyyət daşıyır. Birinci xüsusiyyəti, İstanbul Boğazının biçimlədiyi sahil təbəqəsi, ikincisi art bölgələrdir. Sahil hissəsi dənizə paralel uzanan yamaclar formasındadır. Bu yüksətlilər yer-yer vadilərlə bölünmüş və hər dərə bazasında da bir dərənin yatağı yaranmışdır. Art bölgələr isə qərbdə Bəyoğlu yaylası xarakterli, az əyri-üyrü düzənliklər ilə şimalda və şərqdə vadilərin biçimlədiyi kiçik düzənliklərdən ibarətdir.

Qardaşlaşmış şəhərlər

redaktə

Şəkilləri

redaktə

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə