Bahar Əvəz qızı Muradova (20 mart 1962, Füzuli) — Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikasının Milli Məclisinin sabiq sədr müavini, sabiq deputat.

Bahar Muradova
Vəzifədədir
12 mart 2020-ci ildən
(i. e. 14–16 fevral 2024)
ƏvvəlkiHicran Hüseynova
Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri
5 mart 2021 – 11 mart 2021
ƏvvəlkiNurlana Əliyeva
SonrakıVəzifə ləğv edildi.
2005 – 2019
bayraq
Azərbaycan Respublikasının Milli Məclisinin II-III-IV-V çağırış üzvü
bayraq2
2000 – 2019
Şəxsi məlumatlar
Doğum tarixi 20 mart 1962(1962-03-20) (62 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • siyasi elmlər üzrə fəlsəfə doktoru[d]

Təltifləri "Şöhrət" ordeni "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni
"Birlik" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Bahar Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub[1]. O, əslən Füzuli rayonunun Yağlıvənd kəndindəndir. Milliyyətcə azərbaycanlıdır.

1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini tərifnamə ilə, 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib.

1981-ci ildən Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayıb. 1989–1992-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992–1993-cü illərdə "Qayğı" Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləyib.

Mingəçevir şəhərinin qurucularından olan Şahvələd Quliyevin gəlinidir.

Siyasi fəaliyyəti

redaktə

1993–1995-ci illərdə Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

YAP-ın I (1999), II (2000) və III (2005) qurultaylarında partiyanın Siyasi Şurasının və İdarə Heyətinin üzvü seçilib.

1995-ci ildən YAP Qadınlar Şurasının sədr müavini, 1999-cu ildən partiyanın icra katibinin müavini olmuşdur.

Azərbaycan Respublikası Milli Məclisinin II (2000), III (2005), IV (2010), V (2015) çağırış deputatı seçilib.[2]

2005-ci il dekabrın 2-dən Milli Məclis Sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuşdur.

12 mart 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edib.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.[3]

Ailəlidir, bir qızı var.

Elmi fəaliyyəti

redaktə

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 30 oktyabr 2009-cu ildə keçirilən müdafiədə Siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır (İxtisasın kodu və adı: 23.00.04 – Beynəlxalq münasibətlərin və qlobal inkişafın siyasi problemləri). Dissertasiyanın adı "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in rolu" olmuşdur. Elmi rəhbəri tarix elmləri doktoru, professor Ə. M. Həsənov, rəsmi opponentləri tarix elmləri doktoru, professor M. C. Qasımlı və siyasi elmlər namizədi H. B. Məmmədov olmuşdur[4].

Mükafatları

redaktə

İstinadlar

redaktə
  1. "MURADOVA BAHAR ƏVƏZ qızı-MİLLİ MƏCLİSİN SƏDR MÜAVİNİ". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.
  2. "Arxivlənmiş surət". 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-19.
  3. "Arxivlənmiş surət". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.
  4. Dissertasiyalar [ölü keçid]
  5. "B.Ə.Muradovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-04.
  6. "Arxivlənmiş surət". 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-19.

Xarici keçidlər

redaktə