Qarabağ–Neftçi rəqabəti

(Azərbaycan derbisi (Neftçi - Qarabağ) səhifəsindən yönləndirilmişdir)

Qarabağ–Neftçi rəqabəti — "Neftçi" Bakı və "Qarabağ" arasında keçirilən Azərbaycan futbol derbisidir. Bu iki komanda arasındakı matç hər zaman Azərbaycan futbol ictimaiyyətinin diqqət mərkəzində olur və daim prinsipiallığı ilə seçilir. Derbidə ən çox qol vuran futbolçu Reynaldodur.

Qarabağ–Neftçi rəqabəti
Həm "Neftçi" PFK, həm də ki "Qarabağ" FK-nın ev stadionu olmuş Tofiq Bəhramov adına Respublika Stadionu.
Həm "Neftçi" PFK, həm də ki "Qarabağ" FK-nın ev stadionu olmuş Tofiq Bəhramov adına Respublika Stadionu.
Neftçi PFK
Qarabağ FK
Ümumi məlumatlar
Digər adı Azərbaycan derbisi
İdman Futbol
Yer Bakı
Ağdam
Komandalar Neftçi
Qarabağ
İlk qarşılaşma Neftçi 1–1 Qarabağ
Top Liqa
(26 sentyabr 1992)
Ən son qarşılaşma Qarabağ 4-0 Neftçi
(20 sentyabr 2024)
Növbəti qarşılaşma '
Yayımçılar CBC Sport
İdman TV
Stadionlar Tofiq Bəhramov adına Respublika Stadionu (hər ikisi)
Bakcell Arena (Neftçi)
Azərsun Arena (Qarabağ)
İmarət stadionu (Qarabağ; 1993-cü ilə qədər)[1]
Statistika
Ümumi qarşılaşmalar 118
Ən çox qələbə Qarabağ (54)
Ən çox qol vuran Reynaldo (9) (Qarabağ)
Tarix üzrə seriyalar Neftçi: 28
Heç-heçə: 37
Qarabağ: 54[2]
Ən böyük qələbə Neftçi 4–0 Qarabağ (2000)[3]
Neftçi 0–6 Qarabağ (2020)[4]

Bu klubların AFFA-nın təşkil etdiyi butun çempionatlarda iştirak etməyi və çox zamanda çempionluq üçun yarışmaları bu iki klubun öz aralarında keçirdikləri oyunları çox prinsipial edir. Bu iki komandanın oyunlarında olan prinsipiallıq bu oyunun "Azərbaycan derbisi" adlanmasına səbəb oldu. Bu klublar SSRİ zamanında heç bir oyunda qarşılaşmayıblar. Səbəbi isə yəqinki hər birinizə məlumdur, futbol dövlət nəzarətində idi və Neftçi Azərbaycan xalqının yığma komandası kimi idi. Bir növ bugünkü Azərbaycan Milli komandasını əvəz edirdi. Zaman gəldi və sovetlər ittifaqı dağıldı. Bütun keçmiş sovet ölkələri kimi Azərbaycanda mustəqil oldu. Artıq Neftçi digər klublarımızla birlikdə AFFA-nın təşkil etdiyi milli çempionatıımızda iştirak etməyə başlayır. Beləcə uzun muddətli olacaq Neftçi — Qarabağ qarşılaşmaları başlayır. Klublar ilk dəfə 1992-ci ildə üz-üzə gəlir və Bakıdakı oyun 1–1 hesabıyla bitir, Ağdamda isə Qarabağ rəqibindən üstun olur (2–1)[5]. Ümumiyyətcə ilk zamanlar "Azərbaycan Derbisində" Qarabağın üstunluyu açıq-aşkar görunurdu. Statistikaya baxsaq 2000-ci iləcən Azərbaycan çempionatlarında baş tutmuş Qarabağ- Neftçi oyunlarının 6-da Qarabağın 3-də Neftçinin üstun olduğunu, 11 oyunda isə komandaların heç-heçəyə razılaşdığının şahidi olarıq.[5][6][7][8][9][10][11][12][13] Ancaq 2000-ci ildən başlayaraq Qarabağda maliyyə probleminin pik həddə çatmağı və komandanın çox zəifləməsi Nefçtini bu derbidə güclu tərəfə çevirir. Neftçinin derbidə qazandığı ən böyuk hesablı qalibiyyətdə (4–0) elə bu zamanlarda baş verib. Həmçinin 2001-ci ildə Qarabağın derbidə meydana 4 lisenziyasız oyunçu buraxmasına görə Neftçiyə 3–0 hesablı texniki qələbədə verilir. Ümimilikdə isə bu komandaların arasında baş tutmuş oyunların 3-də texniki hesab qeydə alınıb. İlk texniki hesab isə 1994-cü ildə Azərbaycan kubokunun 4/1 final oyununda baş verib. Neftçinin klubdaxili yaramış problemlərə görə Qarabağla oyunlara çıxmaqdan imtina eləməsi Ağdamlıların hər iki oyunda 3–0 hesablı texniki qalibiyyət almasına səbəb olub.[14]

Derbi tarixində ən uzun məğlubiyyətsizlik seriyası Qarabağa məxsusdur və 11 oyun və ya 4 il və ya 1873 gündur.[15]

İki klubu birləşdirən oyunçular

redaktə

Komandalar əzəli rəqib olmaqlarına baxmayaraq həmdəki yaxın əlaqələriylə tanınır. Həmçinin Azərbaycan futbolunda bir çox futbolçuların hətta iki klubun formasını geyindiyinin şahidi ola bilərik. Bu iki klub arasında dəyişiklik etmiş ilk futbolçu 1970-ci illərdə Qarabağdan Neftçiyə keçmiş və azarkeşlərin Saşa kimi tanıdığı qapıçıdır. Ardınca isə məşhur futbolçu Elbrus Abbasov Qarabağdan Neftçiyə keçir. Elbrus Abbasovun Neftçiyə keçidi çox maraqlı alınıb. Beləki 70-ci illərdə Qarabağın heyətində Elxan adlı bir hucumçu olur və meydana çıxdığı hər oyunda qol vuran bu futbolçunun oyununu görənlər Azərbaycanda ikinci Banişevskinin yetişdiyini deyirlər. Beləcə futbolçunun sorağı Bakıya çatır və onun oyununu izləmək üçun Neftçinin seleksiyaçıları 1971-ci ildə Ağdama gəlir. Futbolçunun oyununu canlı izləyib bəyənirlər və dərhal Neftçiyə dəvət edirlər. Ancaq bu futbolçu şəxsi problemlərə görə Ağdamı tərk eləmir. Bu zaman Neftçi məşqçiləri Bakıya əliboş qayıtmamaq üçun Elxanın əvəzinə onun əvəzedicisi kimi baxılan gənc Elbrus Abbasovu Bakıya aparırlar. Ancaq ilk illər Elbrus Abbasov Neftçidə özunə yer edə bilmir və gənc futbolçu Gəncəyə göndərilir. Ancaq 1975-ci ildə SSRİ çempionatının birinci dəstəsində oynayan Neftçi Elbrus Abbasovu geri qaytarır və 1 il sonra Abbasov 28 qolla SSRİ çempionatının birinci dəstəsində bombardir olaraq Neftçini güclulər dəstəsinə çıxardır. Qeyd edimki Elbrus Abbasov SSRİ çempionatlarında bombardir olmuş yeganə Azərbaycanlıdır. Futbolçu həmçinin Rusiyanın məşhur və qədim idman nəşrlərindən olan "Futbol və Hokkey" jurnalının 2013-cü ildə apardığı araşdırmaya görə Sovet vaxtdı azarkeşlərin ən çox sevimlisi olmuş 20 futbolçudan biri olub. Sonralar sovet dövrundə Ağdam klubundan Səttar Əliyev, Cavanşir Novruzov kimi futbolçular Neftçiyə keçsələrdə onlar elədə uğurlu oyun göstərə bilmirlər. Mustəqillik illərində isə bu iki klub arasında dəyişiklik edən futbolçular çox olub. Onlardan ilk olaraq Tərlan Əhmədovun adını çəkmək olar. Neftçinin yetirməsi olan və uzun muddət Neftçinin muxtəlif komaandalarında oynayan Əhmədov sonradan Qarabağa keçir. Digər bir yadda qalan transfer kimi Rəşad Sadiqovun adını çəkmək olar futbolçu ilk olaraq Qarabağda oynamağa başlamışdır, hətta 2001-ci ildə Qarabağın texniki məğlubiyyət almasına səbəb olan 4 yeiyetmə lisenziyasız futbolçudan biri olub. Sonralar Şəfaya ordansa Neftçiyə keçən futbolçu Qurban Qurbanovun Qarabağa baş məşqçi təyin olunmasından sonra yenidən Qarabağa gəlir ancaq bir muddət sonra yenidən Neftçiyə gedir. Rəşadın adaşı və millimizin keçmiş kapitanı Rəşad Sadıqovda buna oxşar hal ilə rastlaşıb. Beləki 1996-cı ildə Qarabağın uşaq komandasıda oynamağa başlayan və Qarabağ ilə yeniyetmələr arasında Azərbaycan çempionu olan Sadıqov peşəkar karyerasında Turanda başlayanadan sonra Neftçiyə keçir. Ancaq sonradan klubda yaranan problemlərə görə futbolçu ikinci heyətə göndərilir və daha sonrasa Neftçini tərk edir. 2009-cu ildə Sadıqov öz köhnə komandası sayılacaq Qarabağa dönur. Muxtəlif vaxtlarda Muşfiq Huseynov,Aslan Kərimov,Aftandil Hacıyev,Bəxtiyar Musayev,Vadim Vasliyev kimi futbolçular hər iki klubun formasını geyinib və hər iki komandada lider olublar. Bu iki klubda işləyən məşqçilərdə bir zamanlar rəqib duşərgədə olmuş insanlardı. Qarabağın baş məşqçisi Qurban Qurbanov Daşqın klubunun yetirməsi sayılsada futbolçu karyerasının son günlərini Neftçidə keçirib. Onun köməkçiləri Zaur TağızadəElçin Rəhmanovda Neftçidəki çıxışlarıyla məşhurdular.[14]

Ölkə miqyaslı uğurların müqayisəsi

redaktə
Hər iki komandanın xəritədə yeri

"Neftçi"nin uğurları

redaktə

"Qarabağ"ın uğurları

redaktə
Azərbaycan çempionatı
Azərbaycan Kuboku
Azərbaycan Superkuboku
    • Qalib (1) — 1994

Şəxsi oyunların statistikası

redaktə

20.09.2024 ilə olan məlumat.

Azərbaycan Premyer Liqası
Klub O Q Н M QV QB ±
"Qarabağ" 96 42 31 23 133 84 +49
"Neftçi" 96 23 31 42 84 133 −49
Azərbaycan Kuboku
O Q Н M QV QB ±
"Qarabağ" 23 12 5 6 23 22 +1
"Neftçi" 23 6 5 12 22 23 −1
Bütün turnirlərdə
O Q Н M QV QB ±
"Qarabağ" 119 54 36 29 156 106 +50
"Neftçi" 119 29 36 54 106 157 −50

Ən çox qol vurmuş oyunçu Reynaldodur (Qarabağ) — 9 qol[16]

Çempionat oyunlarındakı böyük hesablı qələbələr

redaktə
Azərbaycan Premyer Liqası
Tarix Komandalar Hesab
04.11.2000 "Qarabağ" — "Neftçi" 0:4
13.05.2011 "Qarabağ" — "Neftçi" 3:0
28.02.2014 "Neftçi" — "Qarabağ" 1:4
21.08.2016 "Qarabağ"-"Neftçi" 3:0
08.11.2020 "Neftçi"-"Qarabağ" 0:6
30.10.2021 "Qarabağ"-"Neftçi" 4:0
21.05.2022 "Qarabağ"-"Neftçi" 4:1
02.12.2022 "Neftçi"-"Qarabağ" 0:4
03.03.2024 "Neftçi"-"Qarabağ" 1:4
04.05.2024 "Qarabağ"-"Neftçi" 5:0
20.09.2024 "Qarabağ"-"Neftçi" 4:0

Maraqlı Faktlar

redaktə

Neftçi Qarabağı 11 oyun başqa sözlə, 4 il və ya 1873 gün məğlub edə bilməyib.[15]

Neftçinin texniki qələbəsinə səbəb, sonralar uzun müddət ağ-qaraların kapitanı olan Rəşad Sadiqovun karyerasında ilk peşəkar komandası olan Qarabağın heyətində meydana çıxması olub.[15]

Neftçinin heyətində Qarabağa ən çox qol vurmuş futbolçu, hazırda Qarabağın baş məşqçisi olan Qurban Qurbanovdur.

Hər iki klubun ölkə çempionatındakı ümumi 800-cü görüşu bir-biri ilə olub.[17][18] Bu 800 görüşün 80-də klublar bir-biri ilə qarşılaşıblar. Oyun isə 9 sentyabr 2012-ci ildə Qarabağın meydanında baş tutub və Neftçinin 1–2 hesablı qələbəsi ilə bitib.

Son 20 oyunun 10-da Qarabağ qələbə qazanıb, 7 oyunda komandalar heç-heçə edib, 3 oyunda isə Neftçi qalib gəlib.[19]

İstinadlar

redaktə
  1. "Ermənilərin xarabaya çevirdiyi Ağdamın «İmarət» stadionu (FOTOLAR)". qol.az (ingilis). June 8, 2010. August 4, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 6, 2020.
  2. "Arxivlənmiş surət". 2019-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-04.
  3. "`NEFTÇİ` - `QARABAĞ`: DERBİNİN TARİXİ VƏ TARİXLƏRDƏ DERBİ..." qarabagh.com (ingilis). Qarabağ FK. September 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 6, 2020.
  4. "Arxivlənmiş surət". 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-24.
  5. 1 2 "Arxivlənmiş surət". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-02.
  6. "Arxivlənmiş surət". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-02.
  7. "Arxivlənmiş surət". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-02.
  8. "Arxivlənmiş surət". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-02.
  9. "http://pfl.az/files/0liqa05.doc". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-02.
  10. "http://pfl.az/files/0liqa06.doc". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-02.
  11. "http://pfl.az/files/0liqa07.doc". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-02.
  12. "http://pfl.az/files/0liqa08.doc". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-02.
  13. "Arxivlənmiş surət". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-02.
  14. 1 2 "Arxivlənmiş surət". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-02.
  15. 1 2 3 "Arxivlənmiş surət". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-06.
  16. "Arxivlənmiş surət". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-02.
  17. "Arxivlənmiş surət". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-02.
  18. "Arxivlənmiş surət". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-02.
  19. "Arxivlənmiş surət". 2020-10-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-02.