Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurası (Milli Televiziya və Radio Şurasının xələfi) — Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr taxirli Fərmanı ilə yaradılmışdır. Şuranın yaradılmasında məqsəd televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləməkdir.

Azərbaycan Respublikası Audiovizual Şurası
  • Azərbaycan Respublikası
    Audiovizual Şurаsı
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 5 oktyabr 2002
Tabelik Azərbaycan Respublikası Prezidenti
Ştat sayı 31
İllik büdcəsi 1550
Ünvan Nəsimi rayonu, Nizami küçəsi, 145, АZ1000, Bakı, Azərbaycan
Rəhbərlik
Rəhbər İsmət Səttarov

Rəsmi saytı acra.gov.az

Milli Televziya və Radio Şurası

redaktə

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2002-ci il tarixli 794 saylı Fərmanı ilə — televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə yaradılmışdır. Şuranın əsas vəzifəsi televiziya və radio yayımçılarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir. Şuranın fəaliyyəti "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə" ilə tənzimlənir. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"ni rəhbər tutur. Şura dövlət büdcəsindən maliyyələşdirilir və öz fəaliyyətində müstəqildir. Şura Azərbaycan Respublikası Prezidenti tərəfindən 9 üzvdən ibarət tərkibdə yaradılır. Şura üzvlərindən üçü iki il, üçü dörd il, üç nəfəri isə altı il müddətinə təyin olunur. Üzvlərin təkrar təyin olunmaq hüququ vardır. Şura üzvləri öz aralarından sədr və sədr müavini seçirlər. Şuraya rəhbərliyi Şuranın sədri həyata keçirir. Şura teleradio məkanının vahid inkişaf konsepsiyasını hazırlayır və həyata keçirir; teleradio yayımının texniki və keyfiyyət standartlarını müəyyən edir; teleradio yayımı üçün xüsusi razılıq (lisenziya) verir, bu məqsədlə müsabiqə keçirir; qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada teleradio yayımçılarına qarşı inzibati tənbeh və digər məsuliyyət tədbirləri tətbiq edir. "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq təşkilat qruplarında Yayım Şurasının üzvlüyünə namizədlərin irəli sürülməsi işini təşkil edir. Şura onun səlahiyyətlərinə aid məsələlərə dair televiziya və radio yayımçıları üçün məcburi olan qərarlar qəbul edir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Milli Televiziya və Radio Şurasının qərarları normativ xarakterli akt hesab edilir. Şura xərclər smetasının daxilində Şura aparatının işçilərinin say həddini müəyyən edir, aparatını formalaşdırır və struktur bölmələrini yaradır.

Audiovizual Şura

redaktə

Şura üzvləri

redaktə
  1. Aslan Xəlilov (2003-cü ildən); 2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.
  2. Bəxtiyar Balakişiyev (2019-cu ildən); 2019-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.
  3. Telli Pənahqızı (2019-cu ildən); 2019-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.
  4. İsmət Səttarov (2020-ci ildən); 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.
  5. Mübariz Əsgərov (2021-ci ildən); 2021-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.[1]

İstinadlar

redaktə
  1. "Arxivlənmiş surət". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-29.

Xarici keçidlər

redaktə