Azərbaycan Müəllimlər İnstitutu

Azərbaycanda mövcud olmuş institut

Azərbaycan Müəllimlər İnstitutuAzərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş ali təhsil müəssisəsi.[1]

Müəllimlər İnstitutu
Azərbaycan Müəllimlər İnstitutu
Xəritə
40°24′14″ şm. e. 49°51′28″ ş. u.HGYO
Əsası qoyulub 1929
Bağlanıb 2015
Şəhər Bakı Bakı
Ölkə  Azərbaycan
Sayt ami.az

1929-cu ildən pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması sahəsində ali təhsili mütəxəssis hazırlığı ilə fəaliyyətə başlayan indiki AMİ hal-hazırda müxtəlif istiqamətlər, bakalavr, magistratura, aspirantura və dissertantura, ixtisasartırma və yenidənhazırlanma təhsil istiqamətləri üzrə kadr hazırlığı mərkəzinə çevrilmişdir.

Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı[2] ilə məktəbəqədər tərbiyə müəssisələri və məktəblərin ibtidai sinifləri üçün pedaqoji kadrlar hazırlamaq, habelə müəllimlərin ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun bazasında yaradılmışdır.

Azərbaycan Müəllimlər İnstitutu 26 noyabr 2015-ci ildə ləğv edilərək Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşib.[3]

Filialları

redaktə

Ağcabədi filialı

redaktə

13 iyun 2000-ci il tarixində[2] Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı, Bakı Mədəni-Maarif Texnikumunun Ağcabədi şöbəsi və Ağdaş Pedaqoji Texnikumunun Ağcabədi şöbəsinin bazasında yaradılmışdır.

26 noyabr 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialına çevrilmişdir.[4]

Cəlilabad filialı

redaktə

13 iyun 2000-ci il tarixində[2] ilə Cəlilabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır.

26 noyabr 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialına çevrilmişdir.[4]

Gəncə filialı

redaktə

13 iyun 2000-ci il tarixində[2] Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kollecinin bazasında yaradılmışdır.

2000-ci il tarixli 13 iyun tarixində Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılmışdır. Bundan sonra tələbələr Gəncə Dövlət Universitetinə köçürülmüşdür.[5]

Qazax filialı

redaktə

13 iyun 2000-ci il tarixində[2] Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialının bazasında yaradılmışdır.

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı 26 noyabr 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialına çevrilmişdir.[4]

29 aprel 2016-cı il tarixindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialı hesab olunmuşdur.[6]

Keçmiş Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı. 26 noyabr 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı hesab olunmuşdur.[4]

Mingəçevir filialı

redaktə

13 iyun 2000-ci il tarixində[2] Mingəçevir Politexnik Texnikumunun və Azərbaycan Maliyyə-İqtisad Kollecinin Xocalı filialının bazasında yaradılmışdır.

24 iyul 2015-ci ildə ləğv edilmişdir.[7] Filialın maddi-texniki bazasının Mingəçevir Dövlət Universitetinin balansına verilməsi nəzərdə tutulmuşdur.[8]

Salyan filialı

redaktə

2000-ci ildə[2] Salyan Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dayaq məntəqələri şəbəkəsinin yaradılması barədə 30 noyabr 2000-ci il tarixli əmri əsasında pedaqoji kadrların ixtisasının artırılması məqsədilə AMİ-də və filiallarında dayaq məntəqələrinin dislokasiyası yaradılmış və Salyan filialının dislokasiyasına Salyan, Əli Bayramlı, NeftçalaHacıqabul rayonları daxil edilmişdir.

Filial 24 iyul 2015-ci ildə Prezident Sərəncamıyla ləğv edilmişdir.[7]

Sumqayıt filialı

redaktə

13 iyun 2000-ci ildə[2] Sumqayıt Politexnik Texnikumunun bazasında yaradılmışdır.

24 iyul 2015-ci ildə ləğv edilmişdir.[7] Bundan sonra Sumqayıt Dövlət Universitetinin nəzdinə keçirilməsi qərara alınmışdır.[9]

Şamaxı filialı

redaktə

13 iyun 2000-ci il tarixində[2] Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının bazasında yaradılmışdır.

ADPU-nun Şamaxı tədris məntəqəsinin fakültələri ilə yanaşı, yenidən "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisası da fəaliyyətə başlamışdır. 2004-cü ildən institutun fəaliyyətinə 3 ixtisas da əlavə olunur. 2007-ci ildə "Ümumelmi fənlər" kafedrası yaradılır.

26 noyabr 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialına çevrilmişdir.[4]

Şəki filialı

redaktə

13 iyun 2000-ci il tarixində[2] Bakı Dövlət Universitetinin Şəki filialının və Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Şəki filialının bazasında yaradılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2000-ci il tarixli nömrəli sərəncamı ilə filial yenidən təşkil olunmuş, onun strukturu dəyişdirilmiş, fəaliyyət dairəsi genişləndirilmiş, məktəbəqədər müəssisələr və ibtidai siniflər üçün ilkin kadr hazırlığı ilə yanaşı, müəllimlərin ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanması ilə məşğul olmağa başlamışdır.

Filialın ixtisasartırma üzrə dislokasiyasına Şəki, Oğuz və Qəbələ rayonları daxildir.

26 noyabr 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialına çevrilmişdir.[4]

Zaqatala filialı

redaktə

13 iyun 2000-ci il tarixində[10] Zaqatala Politexnik Texnikumunun bazasında yaradılmışdır.

26 noyabr 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşməsi nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı hesab olunmuşdur.[4]

29 aprel 2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı hesab olunmuşdur.[6]

İstinadlar

redaktə
  1. ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. Arxivləşdirilib 2018-12-29 at the Wayback Machine (az.)
  2. 1 2 3 4 5 6 7 8 9 10 "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanı. e-qanun.az Arxivləşdirilib 2014-11-09 at the Wayback Machine (az.)
  3. "Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulur". 2019-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-21.
  4. 1 2 3 4 5 6 7 "Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə" Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamı. e-qanun.az(az.)
  5. İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin ali təhsil müəssisələrinin şəbəkəsinin təkmilləşdirilməsinə və idarəetməsinin yaxşılaşdırılmasına xidmət edən, mövcud maddi-texniki bazadan və elmi-pedaqoji potensialdan dövlətin sosial-iqtisadi siyasətinə uyğun səmərəli istifadə olunmasını təmin edən normativ aktlar qəbul edib. Arxivləşdirilib 2018-07-04 at the Wayback Machine edu.gov.az, 29.07.2015 (az.)
  6. 1 2 "Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax və Zaqatala filialları barədə" Arxivləşdirilib 2021-05-09 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il tarixli Sərəncamı. president.az(az.)
  7. 1 2 3 "Mingəçevir Dövlət Universitetinin yaradılması barədə" Arxivləşdirilib 2021-01-18 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamı. 24.07.2015, president.az  (az.)
  8. "Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Arxivləşdirilib 2015-07-27 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Fərmanı. 24.07.2015, president.az  (az.)
  9. Müəllimlər İnstitutunun ləğv olunan filialı Sumqayıt Dövlət Universitetinə birləşdirildi Arxivləşdirilib 2018-07-12 at the Wayback Machine. apa.tv (az.)
  10. "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanı. e-qanun.az Arxivləşdirilib 2017-04-30 at the Wayback Machine (az.)

Xarici keçidlər

redaktə