Asya Sərdar qızı Manafova (3 yanvar 1941, Qusar) — Qusar Rayon İcra Hakimiyyətinin başçısı (1991), Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi (1990–1991), Masallı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1981–1985).

Asya Manafova
Qusar Rayon İcra Hakimiyyətinin başçısı
1 noyabr 1991 – 25 dekabr 1991
Əvvəlkivəzifə təsis edilib
SonrakıNazim Süleymanov
Qusar Rayon Xalq Deputatları Sovetinin sədri
1990 – 1991
Əvvəlkivəzifə təsis edilib
Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi
mart 1990 – 14 sentyabr 1991
ƏvvəlkiRamazan Bədirov
Sonrakıvəzifə ləğv edilib
Masallı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
1981 – 1985
Sonrakıİltifat Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 3 yanvar 1941(1941-01-03) (83 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Həyatı

redaktə

Asya Sərdar qızı Manafova 3 yanvar 1941-ci ildə Qusarda anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu (1964), Moskvadakı İctimai Elmlər Akademiyasını (1979) bitirmişdir. Əmək fəaliyyətinə 1959-cu ildən başlamış, 1965-ci ildən Azərbaycan EA Elmi-Tədqiqat "Olefinlər" İn-tunda, təcrübə zavodunda, 1969-cu ildən Qusar şəhər sanitar-epidemioloji stansiyasında kimyaçı-mühəndis, laboratoriya müdiri, 1974-cü ildən Azərbaycan KP Qusar RK-nın katibi, 1979-cu ildən Azərbaycan KP MK-da məsul işçi, 1981-ci ildən Masallı Rayon İcraiyyə Komitəsinin sədri, 1990-cı ildən Azərbaycan KP Qusar RK-nın birinci katibi, Rayon Sovetinin sədri, İcra Hakimiyyətinin başçısı, 1992-ci ildə Azərbaycan. Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Şöbə rəisi işləmişdir.[1].

Azərbaycan SSR Ali Sovetinin (12-ci çağırış) və Azərbaycan Respublikası Milli Məclisini (1 və 2-ci çağırış) deputatı. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri (1995-ci ildən) olmuşdur.

Etnik ləzgidir.[2]

Mükafatları

redaktə

3 yanvar 1991-ci ildə Respublikanın partiya və sovet orqanlarında uzun illər fəal işlədiyinə görə Azərbaycan SSR-in Fəxri fərmanı ilə təltif edilmişdir[3].

İstinadlar

redaktə
  1. "MANAFOVA Asya Sərdar qızı". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-01.
  2. Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. Manafova Asya Sərdar qızı. ISBN 5-89600-253-x.
  3. A. S. Manafova yoldaşın Azərbaycan SSR-in Fəxri fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan Sovet Sosialist Respublikası Prezidentinin Fərmanı Arxivləşdirilib 2018-12-03 at the Wayback Machine