Asif İmaməliyev

Asif İmaməliyev (29 aprel 1969, Qafan) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı[1]; Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini[2], Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Dissertasiya Şurası Nəzdində "Siyasi Nəzəriyyə" ixtisası üzrə Elmi Seminarın üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru.

Asif İmaməliyev
Şəxsi məlumatlar
Doğum tarixi 29 aprel 1969(1969-04-29) (55 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • siyasi elmlər üzrə fəlsəfə doktoru[d]

Təltifləri "Tərəqqi" medalı — 2009

Həyatı

redaktə

Asif İmaməliyev 1969-cu il aprelin 29-da Ermənistan SSR Qafan şəhərində müəllim ailəsində anadan olmuşdur.1976–1986-cı illərdə orta təhsilini Sumqayıt şəhər 9 və 10 saylı məktəblərdə almışdır.1987–1989-cu illərdə hərbi xidmətdə olmuşdur.1986-cı ildə qəbul olmuş 1995-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini, 2000-ci idə daxil olmüş 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.

Siyasi elmlər üzrə fəlsəfə doktorudur.

Əmək fəaliyyəti

redaktə
  • 1986–1987-ci illərdə Sumqayıt şəhər Rabitə Qovşağında çilingər, idman üzrə instruktor – metodist
  • 1987–1989-cu illərdə Sovet ordusu sıralarında taqım komandiri
  • 1989–1992-ci illərdə Sumqayıt şəhər Rabitə Qovşağında mexannik
  • 1992–1997-ci illərdə Azərbaycan Respublikası Tikinti və Yenidənqurma üzrə İstehsalat Birliyinin 4 saylı Təmir-tikinti İdarəsində iş icraçısı, 26 saylı Təmir-tikinti İdarəsində rəis, 2 saylı Təmir-tikinti Trestində baş mühəndis, Birliyin Kommersiya işləri üzrə baş direktorunun müavini, 17 saylı Təmir-tikinti Trestinin baş mühəndisi və müdir əvəzi
  • 1997–2000-ci illərdə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsində su ehtiyatları üzrə müfəttiş
  • 2000–2003-cü illərdə Sumqayıt şəhər bələdiyyəsində təşkilat işi və daimi komissiyalarla iş şöbəsinin müdiri
  • 2003–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisində deputat, regional məsələlər daimi komissiyasının üzvü
  • 2005–2017-ci illərdə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri
  • 2017–2021-ci illərdə Yeni Azərbaycan Partiyası İcra Katibliyində seçkilər ilə əlaqədar sektor müdiri
  • 2021-ci ildən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini vəzifəsində işləyir.

İctimai-siyasi fəaliyyəti

redaktə
  • 1988-ci ildə Sverdlovsk vilayətinin Novouralsk şəhər Partiya Komitəsinin qərarı ilə Kommunist partiyasının üzvlüyünə namizəd
  • 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü
  • 1997–2006-cı illərdə YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü, Sumqayıt şəhər Gənclər Birliyinin sədr
  • 1997–2005-ci illər YAP Sumqayıt şəhər təşkilatının təşkilatı işlər üzrə sədr müavini
  • 2005–2017-ci illər YAP Sumqayıt şəhər təşkilatının sədri
  • 1999–2001-ci illər YAP Siyasi Şurasının üzvü
  • 2001–2021-ci illər YAP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü

Seçkili orqanlarda iştirakı

redaktə

Ailəsi

redaktə

Ailəlidir. 4 övladı, 2 nəvəsi var.

Atası Ağalar Bəylər oğlu İmaməliyev(10.04.1939–16.05.2022) kimya elmləri namizədi, Sumqayıt Dövlət Universitetinin müəllimi.

Anası Elmira Ziyəddin qızı Hacıyeva (20.03.1951–22.12.2021).

Mükafatları

redaktə

Elmi məqalələri

redaktə
  • Yeniləşmə və inkişaf yolu ilə. "Məslək" qəzeti, 24.11.2006 (az.)
  • Qəzet daim öndə getməlidir. "Məslək" qəzeti, 14.02.2007 (az.)
  • "Azərkimya" yüksəlişə doğru. "Azərbaycan" qəzeti, 22.07.2007 (az.)
  • Partiyanın ən qabaqcıl dəstələrindən biri. "Məslək" qəzeti, 28.02.2008 (az.)
  • Cəmiyyət İlham Əliyevin namizədliyinin irəli sürülməsində israrlıdır. "İki sahil" qəzeti, 29.02.2008 (az.)
  • Heydər Əliyev dünyanın ən böyük, ən fədakar azərbaycanlısı idi. "Sumqayıt" qəzeti, 26.04.2008 (az.)
  • Sumqayıt şəhəri ölkənin dinamik inkişafında inamla iştirak edərək, bu prosesə layiqli töhfələr verir. "Yeni Azərbaycan" qəzeti, 07.11.2009 (az.)
  • Политический анализ западных моделей местного самоуправления // Межкультурные коммуникации. Международное научно-периодическое издание. Тбилиси, 2011, № 2, с.146[4](rus.)
  • Heydər Əliyev və Azərbaycanda yerli özünüidarəetmənin formalaşması // Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı illiyinə həsr olunmuş Elmi konfransın tezisləri. DİA, Bakı, 2012. s.172[4](az.)
  • Böyük Britaniyada və Fransada yerli özünüidarəetmənin xüsusiyyətləri // Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci illiyinə həsr olunmuş Elmi konfransın tezisləri. DİA, Bakı, 2013, s.212[4](az.)
  • Yerli hakimiyyət institutu probleminə nəzəri yanaşmalar // Dövlət İdarəçiliyi: nəzəriyyə və təcrübə, 2015, № 1, s.219[4](az.)
  • Azərbaycan Respublikasında yerli özünüidarəetmənin konstitusion-hüquqi əsasları // Bakı Avrasiya Universitetinin Sivilizasiya jurnalı — mart 2015, № 3, s.10[4](az.)
  • Azərbaycan Respublikasında bələdiyyələrin strukturu və fəaliyyət istiqamətləri // Bakı Avrasiya Universitetinin Sivilizasiya jurnalı — mart 2015, № 7, s.134[4](az.)
  • Yerli hakimiyyətin həyata keçirilməsində icra hakimiyyəti və bələdiyyə orqanları münasibətləri // Bakı Avrasiya Universitetinin Sivilizasiya jurnalı. mart 2016, №.3, s.175[4](az.)
  • "İlham Əliyev və yeni Sumqayıt" məqaləsi. "İlham Əliyev – 8 il hakimiyyətdə" Elmi-praktik konfransın materialları. Sumqayıt, 2011. "Şərq-Qərb", Bakı-2011[5]
  • "İlham Əliyev və yeni Sumqayıt" məqaləsi. "İlham Əliyev – 10 il hakimiyyətdə" Elmi-praktik konfransın materialları. Sumqayıt, 2013. "Şərq-Qərb", Bakı-2013, s.13. ISBN 978-9952-489-10-1[6][7]

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə