Anime

Yaponiyada anime mədəniyyəti

Anime (yap. アニメ, azərb. Animasiya‎, IPA. aꜜɲime) — yapon animasiyası. Anime cizgi filmləri qərbin cizgi film texnikası ilə yapon ənənələrini birləşdirib eksperimentlər edən yapon rejissorlarının təcrübəsi nəticəsində yaranmışdır.[1] Başqa ölkələrin çəkdiyi animasiyalardan fərqli olaraq, anime bütün yaş qrupların üçün nəzərdə tutulur (hətta yaş və cins qruplara görə janrlara bölünür) və buna görə dünyada məşhurluq qazanmışdır. O cümlədən, personajların və fonların cizgisində də müxtəlif tərzi var.

Müxtəlif üslublarda çəkilmiş Vikipe-tan.

Anime üçün əsas süjet mənbələri: manqa (yapon komiksləri), ranobe (roman növü) və kompüter oyunları. Bəzən klassik ədəbiyyat kimi başqa mənbələr istifadə edilir. Bəzən isə anime süjetı orijinal ola bilər (onda isə, artıq bu süjetın əsasında animenın kitab və manqa versiyaları yaradıla bilər). «Anime» sözün mənası kontekstdən aslı olaraq dəyişilə bilər.[2]

Etimologiya

redaktə

Yapon dilindəki "anime" sözü ingilis dilindəki "animation" (azərb. animasiya və ya cizgi‎) sözünün ixtisar olunmuş şəklidir. Bəzi mənbələrdə deyilir ki, bu söz fransız dessin animé (fr. cizgi) söz birləşməsindən əmələ gəlib,[3][4] amma bu məsələ hələ mübahisəlidir.[5] İxtisar olunmuş variantın daha çox işlənilməsinə baxmayaraq sözlərin ikisi də yapon dilində istehsalçı ölkədən və ya üslubdan aslı olmayaraq hər hansı animasiya deməkdir.[6][7] 1970-ci illərin ortasına qədər «anime» sözün əvəzinə «manqa eyqa» («komiks kinosu») termini istifadə edilirdi.[8]

İlk anime formatı teatr görüntüsü idi, hansı ki, 1917-ci ildə kommersiya istehsalı ilə başladı.[9]

 
1917-ci ildə istehsal olunmuş ən ilk animedən kadr

Anime erkən XX əsrdə, Yaponiyalı kinoçəkənlər Fransa, Almaniya, ABŞ və Rusiya animasiya üslublarının üzərində sınaq apararkən yaranmışdır.[10] Ən birinci anime, naməlum yaradıcısı tərəfindən tarixsiz və özəl iş olan Katsudo Şaşin iddea kimi sayılır.[11] 1917-ci ildə ilk peşəkar və açıq təqdim edilən əsərlər görünməyə başladı. Onların davam etmə müddəti təxminən 1-5 dəqiqə arası olmuşdur. Bu animasiyalar tək işləyən rəssamlar tərəfindən çəkilib. Belə ki onlar digər ölkələrin bu barədə təcrübələrindən istifadə edərək ilk animələri yaratmışlar.

 
Momotoro animesindən kadr

Rəsmi mənbələrdə bəzən ən birinci yapon animasiya filmi 1917-ci ildə Dekotena Simokava tərəfindən çəkilən "Dekoboko Shin Gachou" sayılır. O şəkilləri əvvəl qara lövhədə çəkib sonra isə lentə almışdır. Həmçinin 1917-ci ildə Saru Kani Kassen və 1918-ci ildə Momotaro animasiyaları Seytaro Kitayama tərəfindən çəkilib. Amma ki bu filmlərdən heç biri saxlanılmamışdır. Yəqin ki onların o qədər də dəyərli rəsm əsərləri olmadığı üçün saxlanılmayıb. Belə ki onlar təcrübə məqsədilə çəkilmişdir və indi yalnız ilk yapon animasiyaları olmaqla yadda qalmaqdadırlar.

Yapon animasiyalarının davam etmə müddəti 1920-ci ildən sonra maksimum 15 dəqiqəyə qədər olub. Və yenə də öz evində tək işləyən rəssamlar tərəfindən çəkilmişidir. Məhz bu dövrdən etibarən anime sənayesində studiyalar yaranmağa başlayır. Bu studiyalarin hər birinin özünün ayrı dizaynerləri və rəssamlari olurdu ki buna görə də studiyaların hər birinin öz stili vardı. Animatorlar əsasən qərb ölkələrinin mövzularına məsələn amerikan komikslərinə və yapon,çin nağıllarına müraciət edirdilər. Və uyğun olaraq da komikslər qərb stilində,nağılları isə öz stillərində çəkirdilər. Sanae Yamotonun «Dağ, ölməyə buraxılmış qoca qarı» (1924) animasiya filmi isə bizə gəlib çatmış ən qədim yapon animasiyası hesab olunur. Belə ki bu və digər filmləri görən animatorlar artıq tək yox studiya şəklində işləməyin daha sərfəli olduğunu öyrəndilər və amerika studiyaları kimi yaponiyada da böyük studiyaların yaranmasına təkan verildi. Ən birinci belə studiya 1946-cı ildə Kendzo Masaokoy və Sana Yamomoto tərəfindən yaradılmış Nippon Doga studiyasıdır. Studiyamın ilk animasiyasının adı isə Masoki olmuşdur.

İkinci dünya müharibəsindən sonra

redaktə

1947-ci ildə isə Toxo Eyga kinostudiyası Musume Dodzedzi («Təcrübəsiz balaca») adlı ilk kukla animasiyasını yaratdı. Artıq 1950-ci ildən San Fransisko ilə sülh müqaviləsi bağlandıqdan sonra Volt Disneyin cizgi filmləri yapon ekranlarına çıxmağa başladılar. Yəni ki bu dövrə kimi icazə yox idi. Bu dövrlərdə isə yapon animatorları başa düşdülər ki, Disneylə rəqabət aparmaq üçün film şəklində olan animasiyalar çəkmək və daha böyük studiyalar yaratmaq lazımdı. Bu məqsədlə 1953-cü ildə Toei kinostudiyası Nippon Doganı aldı. Və 1956-cı ildən Toei Doga (1998-ci ildən isə Toei Animation) adını götürdü. Toei Doga Amerika studiyaları tipində olan ilk yapon animasiya studiyası olub. Onların ilk ağ-qara qısametrajlı animesi «Koneko no Rakuqaki» (1957) oldu ki onun da rejissoru Mori Yasudza idi. Studiyanın ən böyük uğuru 78 dəqiqəlik rəngli «Ağ ilan haqqında əfsanə» («Hakujaden», 1958) adlı anime olub. Həmçinin qeyd edək ki, bu dövrdə Hayao Miyazaki məktəbi təzə qurtarmışdı. Həmin anime onun böyük diqqətinə və bu sahəyə böyük maraq göstərməsinə səbəb olmuşdur. Toei Doga studiyası ilə yanaşı 1955-ci ildə Oteki studiyası da yaradıldı. Toei Doga studiyasının ilk animeləri texniki cəhətdən Disneyin animasiyalarına oxşayırdı - animenin çəkilməsinə 1 il sərf olunurdu və əsasən nağıllar ekranlaşdırılırdı. Amma ki buna baxmayaraq yenə də məlum idi ki yapon animasiyaları tamam başqa yolla irəliləyir. Onlar daha ciddi və dramatik olması ilə seçilirdi.

1960-cı illər

redaktə

İlk anime serialı 1963-cü ildə Osame Tedzuka tərəfindən çəkilmiş Astro Boy sayılır. Düzdü ondan qabaq 1962-də Otogi Manga Calendar adlı anime serialı çıxmışdı amma məhz Astro Boyda daimi hadisələrdə işitirak edən və yaşlaşan personajları görmək olardı. Bu və digər səbəblərdən Astro Boy ilk anime seriallarından biri sayılır. Astro Boy Amerika ekranlarında göstərilmiş ilk yapon anime serialıdır. Və həmin dövr üçün böyük populyarlıq qazanmışdır. Bu da Yaponiyada daha 4 anime studiyasının yaranmasına səbəb olmuşdur. Ən birinci rəngli anime serialı isə Disneyin Kral Şir çizgi filmi əsasında Mushi studiyası tərəfindən çəkilmiş Kimba the White Lion anime serialı olmuşdur.[12] Həmçinin 60-cı illər animasiyaların ağ-qara formatdan rəngli formata keçid dövrü də sayılır.

1970-ci illər

redaktə

1970-ci illərdə isə Mushi studiyası bankrot olur və həmin studiya nəznində iki - Madhouse və Sunrise studiyaları yaradılır. Gainax və bir sıra başqa studiyaların da yaranması bu dövrlərə təsadüf edir. Həmçinin 70-ci illərdə yeni anime janrları da yaranmağa və inkişaf etməyə başlayırdı. 1975-ci ildə isə Nippon studiyası yaradılır. Bu studiya əsasən uşaqlar üçün nəzərdə tutlmuş animelər çəkirdi. Bunu misal olaraq ən uzun animelərdən sayılan Doraemonu göstərmək olar. Elə bu dövrlərdə isə daha bir məşhur anime janrı meça janrı yaradılır. Onun əsasını isə Qo Naqai qoyur. Onun işlərinə misal olaraq isə Mobile Suit Gundamı göstərmək olar.

1980-cı illər

redaktə

1980-ci il isə anime dünyası üçün qızıl dövr adlanır. Məhz bu dövrdə otaku mədəniyyəti yarandı və bu da təbii ki animelərin inkişafında müəyyən rol oynadı. Həmçinin bu dövrdə Hayao Miyazakiİsao Takahata öz şəxsi studiyalarını - Studio Ghiblini yaratdılar. 1988-ci ildə anime dünyası üçün vacib hadisələrdən biri Kacuxiro Moto eyni adlı mangası əsasında Akira animesini çəkir. Həm texnikasına həm də qəribə mövzusuna görə Akira animesi bütün dünyaya səs salır. Kiberpank janrının inkişafı da məhz bu dövrlərə təsadüf edir.

1990-cı illər

redaktə

1990-cı illərdə artıq anime dünyası dəyişikliklər azalır və mövzu cəhətdən genişlənməyə başlayır. Digər illərlə müqayisədə 90-cı illərdə anime industriyası böhrana uğramağa başlayırdı.[13] Səbəb layihələrin çoxluğu və bəzi layihələr üçün yetərli məbləğin olmaması idi. Buna gördə bəzi layihələr yarımçıq qalır ya da qısaldılırdı. Anime seriallarının keyfiyəti aşağı düşməyə və artıq 13-26 seriya arası olmağa başlayırdı. Bu rəqəmsə əvvəlki illər üçün minimum sayılırdı. 1995-ci ildə isə Neon Genesis Evangelion animesi çıxır. Gainax studiyası tərəfindən çəkilən animenin rejissoru Anno Hideaki idi. Evangelion həmçinin mecha janrının daha da məşhurlaşmasına və animelərin yenidən belə desək dirçəlişinə səbəb olmuşdur. Bu animedən sonra anime industriyası iki istiqamətdə bölünür (1. Evangelion kimi klassik animelər 2. Fanservis animelər) və inkişafa başlayır.

2000-ci illər

redaktə

Artıq 2000-ci ildən isə anime Yaponiya sərhədlərindən kənarda da məşhurluğunu qoruyub saxlamaqla qalmır daha da məşhurlaşır və inkişaf edir. Çəkilən animasiyaların keyfiyyəti isə daha da artır. Həmçinin anime və manqa çəkilişində kompüter texnikasından da istifadə olunmağa başlayır.[14]

2010-cu illər

redaktə

Bu dövrün ən məşhur animeləri Baka and Test (2010), Deadman Wonderland (2011), Sword Art Online (2012), Hacime İsayama tərəfindən mübahisəli manqa adaptasiyası olan Attack on Titan (2013) və Şiniciro Vatanabe tərəfindən idarə olunmuş orijinal anime Space Dandy (2014).

Janrlar

redaktə

Anime tez-tez demoqrafik hədəf ilə təsnif edilir, o cümlədən kodomo (uşaq), şoco (qızlar), şounen (oğlanlar) janrlarına bölünür. Şoco və şounen janrları bəzən qarışıq müraciət əldə etmək cəhdi üçün hər iki cinsin məşhur elementlərini istifadə edir. Böyüklər üçün anime yavaş temp, və ya daha çox süjet mürəkkəbliyi xüsusiyyətlərinə malik ola bilər, bu da gənc auditoriya üçün adətən, zövqsüz sayılır.

Böyüklər üçün animelərin bəzi subjanrları pornoqrafik elementləri daxil edir və Yaponiyada "R18" etiketli olur. Yaponiyadan kənar ölkələrdə bu subjanra "hentai" deyilir.[15] Demoqrafik qruplar arasında anime subjanrları fərqli olaraq, müxtəlif cinsi təsvirlərlə olmadan cinsi mövzuları təsvir edir, komediyalar və ya hərəm janrlarındakı kimi; yeniyetmə və böyüklər anime həvəskarları arasında populyarlıq qazandığı üçün belə animelər fan servis forması kimi hesab olunur.[16]

Fərqləndirici xüsusiyyətləri

redaktə
 
Anime sənətçiləri bir çox fərqli vizual üslub işlədir

Anime onun müxtəlif animasiya formalarından bədii üslubu, istehsal üsulları və onun prosesi ilə çox fərqlənir.

Animasiya üslubları

redaktə

Rəqəmli dövründən əvvəl, anime ənənəvi animasiya üsulları ilə istehsal olunurdu.[17] Disney animasiyasından fərqli olaraq, hansı ki, diqqət hərəkətdə olur, anime incəsənət keyfiyyətini vurğulayan və məhdud animasiya üslubunu hərəkət sərf zaman olmamasını yaradır. Belə texnika həm yalnız son hüdud, həm də bədii cihazlar kimi istifadə olunur.[18]

Qəhrəmanlar

redaktə
 
Anime və manqa rəssamları tez-tez xüsusi emosiyaları təsvir etmək üçün üz ifadələrini müəyyən edirlər

İnsan anime qəhrəmanlarının bədən proporsiyaları əsl insan bədəninin proporsiyaları dəqiq əks edir. Baş hündürlüyü nisbəti əsas rəssamın gördüyü vahidi kimi hesab olunur.

Ümumi anime qəhrəmanının dizayn konvensiyası şişirdilmiş göz ölçüsüdür.

Animedə saç tez-tez qeyri-təbii canlı və rəngarəng və ya benzərsiz stildə olur.

Çox vaxt anime televiziya epizodlarının açılışı və sonu Yaponiyanın tanınmış dəstələri tərəfindən, tez-tez Yapon pop və ya rok mahnıları ilə müşayiət olunur. Pop və rok mahnılar bəzən xüsusilə mühüm səhnələri qeyd etmək, bir epizod təsadüfi musiqi ("insert mahnıları") kimi istifadə olunur.[19]

Sənaye

redaktə

Animasiya sənayesi 430 istehsal şirkətlərindən, o cümlədən əsas studiyalardan olan Toei Animation, Gainax, Madhouse, Gonzo Sunrise, Bones, TMS Entertainment, Nippon Animation, Studio PierrotStudio Ghiblidən ibarətdir.[19] 2012-ci ilin kursuna görə, bir anime epizodunun istehsalı $100,000 ABŞ dollarından $300,000 ABŞ dollarına kimi başa gələ bilər.[20] 2001-ci ildə, animasiya Yapon film bazarının 7%-ni təşkil edirdi.[19]

ABŞ anime bazarı 2009-cu ildə təxminən 2,74 milyard dollar idi.[21] Dublyaj animasiya WBCartoon Networkun Adult Swim kimi şəbəkələrində 2000-ci ildən ABŞ-də efirde yayılmağa başladı.[19]

Mükafatlar

redaktə

Anime sənayesi ilin ən yaxşı əsərlərini şərəfini qorumaq üçün, bir neçə illik mükafat yaradımışdır. Yaponiyada əsas illik mükafatlar Ofuji Noburo mükafatı,Mainichi Film Mükafatı, Animation Kobe mükafatı, Yaponiya Media Arts Festival animasiya mükafatları, Tokio Anime mükafatı və Yaponiya Akademiyasınin İlin Animasiyası mükafatı daxildir.[19]

Dünya mədəniyyətinə təsiri

redaktə
 
Anime Kospley-in inkişafına ciddi təkan vermişdir.

Anime Qərb ölkələrində sərfəli kommersiyaya çevrilmişdir. Astro Boy kimi erkən animelər Qərbdə uğurlu kommersiya adaptasiyaları nümayiş etdirmişdir. 19-cu əsrdən çox Qərblilər Yaponiyaya qarşı xüsusi maraq ifadə etmişlər və anime dramatik Yaponiya mədəniyyətini Qərbə daha çox ifşa etmişdir.

Həvəskar reaksiyası

redaktə

1990-ci illərdə, populyarlıq qazanan "anime bumu" anime klublarının və anime konvensiyalarının artımına səbəb oldu.[22] Bu konvensiyalar anime, manqa, kospley müsabiqələri və sənaye müzakirəsi panelləri kimi elementləri daxil etdi.[19] Kospley anime üçün unikal deyil və müsabiqələr və anime konvensiya maskaradları nəticəsində məşhur olmuşdur.[19] Yapon mədəniyyəti və sözləri ingilis dilində orta populyarlıqla istifadə olunmuşdur, o cümlədən otaku, obsesif maraqları olan insanlara, adətən anime və manqa həvəskarlarına deyilən Yapon termini.[19]

Anime stili

redaktə

Anime məşhurlaşdıqca anime üslubları qaçılmaz satira və ciddi yaradıcılıq produksiyalarının həm də mövzusu olmuşdur.[23] Bəzi animelər satira və ciddi "anime stil" istehsal arasında sərhədləri pozduğu üçün çoxlu müzakirələr yaradıb, məsələn Avatar: Aanq haqqında əfsanə.[24]

İlklər

redaktə
İlk Orijinal adı İngilis adı Buraxılış Növü Translyasiya
Anime 活動写真 Katsudo Şaşin 1907-ci istehsal olunub (bəlkə də buraxılmayıb) film
İctimai olaraq teatrda göstərilən 芋川椋三玄関番の巻 or 芋川椋三玄関番之巻 Imokawa Mukuzo Genkanban no Maki Yanvar, 1917 film
Səsli kino 力と女の世の中 Chikara to Onna no Yo no Naka Aprel 13, 1933 film
Tammetrajlı animasiya The Dance of the Chagamas 1934 film
Bədii film 桃太郎 海の神兵 Momotarō: Umi no Shinpei Aprel 12, 1945 film
Rəngli bədii film 白蛇伝 The Tale of the White Serpent Oktyabr 22, 1958 film
Anime serialı おとぎマンガカレンダー Otogi Manga Calendar May 1, 1961 seriya olunub
Gec gecə seriyası 仙人部落 Sennin Buraku Sentyabr 4, 1963 seriya olunub
Super robot seriyası 鉄人28号 Tetsujin 28-go Oktyabr 20, 1963 seriya olunub
Rəngli anime serialı ジャングル大帝 Kimba the White Lion Oktyabr 6, 1965 seriya olunub
Maho-şoco serialı 魔法使いサリー Sally the Witch Dekabr 5, 1966 seriya olunub
Kosmik opera serialı 宇宙戦艦ヤマト Space Battleship Yamato Oktyabr 6, 1974 seriya olunub
Əsl robot seriyası 機動戦士ガンダム Mobile Suit Gundam Aprel 7, 1979 seriya olunub
OVA ダロス Dallos Dekabr 12, 1983 OVA olunub
Hentay OVA-sı ロリータアニメ Lolita Anime Fevral 21, 1984 OVA olunub
Tam kompüter animasiyası[25] A.LI.CE Fevral 5, 2000 film

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Ssenari yaradıcılığı 2. (Televiziya serialları). Dərs vəsaiti. Bakı: 2020, - 176 s. istifadə tarixi: 11.01.2023
  2. Brown, Steven T. Cinema Anime. Palgrave Macmillan. 2006. ISBN 9781403970602.
  3. Schodt, Frederik L. Manga! Manga!: The World of Japanese Comics. Kodansha International. 1986. ISBN 9780870117527.
  4. "anime (n.)". Online Etymology Dictionary. 2013-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-29. (#apostrophe_markup)
  5. "Anime". Anime News Network. 2018-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-29. (#apostrophe_markup)
  6. "What is Anime?" (ingilis). Bellaonline. 2011-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-10-28.
  7. "Tezuka: The Marvel of Manga - Education Kit" (PDF). Art Gallery New South Wales. 2007. 2011-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2007-10-28.
  8. Иванов, Борис. "Что такое аниме и манга?" (rus). Аниме и манга в России. 2011-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-14.
  9. "Some remarks on the first Japanese animation films in 1917". Litten, Frank. Retrieved July 11, 2013.
  10. Schodt, Frederik L. (August 18, 1997). Manga! Manga!: The World of Japanese Comics (Reprint ed.). Tokyo, Japan: Kodansha International. ISBN 0-87011-752-1.
  11. Clements, Jonathan, and Helen McCarthy. The Anime Encyclopedia: A Guide to Japanese Animation Since 1917. Berkeley, Calif: Stone Bridge Press, 2006. Page 169
  12. "6 Famous Characters You Didn't Know Were Shameless Rip-Offs". 2020-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-14.
  13. "The Evolution of the Japanese Anime Industry". 2022-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-14.
  14. "The Auteur of Anime". 2022-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-14.
  15. Livia, Anna; Kira, Hall (1997). "Queerly Phrased: Language, Gender, and Sexuality". Oxford University Press.
  16. Ask John: Why Do Americans Hate Harem Anime?. animenation.net. May 20. 2005. Note: fan service and ecchi are often considered the same in wording.
  17. Jouvanceau, Pierre; Clare Kitson (translator) (2004). The Silhouette Film. Genoa: Le Mani. p. 103. ISBN 88-8012-299-1. Retrieved August 8, 2009.
  18. Dong, Bamboo; Brienza, Casey; Pocock, Sara; Sevakis, Robin (September 16, 2008). "Chicks on Anime - Sep 16th 2008". Chicks on Anime. Anime News Network. Retrieved September 30, 2012.
  19. 1 2 3 4 5 6 7 8 Brenner, Robin (2007). Understanding Manga and Anime. Libraries Unlimited. ISBN 978-1-59158-332-5.
  20. "The Anime Economy - Part 1: Let's Make An Anime!". 2012-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-13.
  21. "America's 2009 Anime Market Pegged at US$2.741 Billion". 2013-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-13.
  22. Poitras, Gilles (2000). Anime Essentials: Every Thing a Fan Needs to Know. Stone Bridge Press. pp. 7–115. ISBN 978-1-880656-53-2.
  23. [Anime on Anime News Network]
  24. "Can Americans Make Anime?". 2018-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-14.
  25. "Fantasia 2000 holds press conference". Anime News Network. 2000-07-05. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-04.

Xarici keçidlər

redaktə