İdman (ing. sport) — insanların müəyyən qayda üzrə təşkil edilmiş hərəkəti. ABŞ-nin elm adamlarının uzun müddətli araşdırmalarından sonra idmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır.
İdman ümumiyyətlə fiziki atletizm və ya fiziki çevikliyə əsaslanan fəaliyyət sistemi olaraq qəbul edilir və Olimpiya Oyunları kimi böyük yarışlarda yalnız bu tərifə cavab verən idman növləri qəbul edilir[1]. Avropa Şurası kimi digər təşkilatlar fiziki elementi olmayan fəaliyyətləri idman növü kimi təsnif etmir[2].

Basketbol

İdmanın faydaları

redaktə

İdmanla məşğul olmağın orqanizmə bir çox faydaları vardır. Məsələn:

  • İdman insanın əhval-ruhiyyəsini yüksəldir. Belə ki, idmanla məşğul olduqdan sonra insan özünü əvvəlkindən daha yaxşı hiss edir. İdman narahatlığı və gərginliyi aradan qaldırır.
  • Vaxtaşırı idmanla məşğul olmaq ürəyi gücləndirir, yüksək qan təzyiqini və qanda xolesterinin miqdarını nizamlayır ki, bu da bir çox xroniki xəstəliyin qarşısını alır. Arterial və koronar damarların elastikləşməsinə və fəaliyyətinin yaxşılaşmasına səbəb olur.
  • Müntəzəm idmanla məşğul olan zaman insan kalori itirir ki, bu da artıq çəkilərdən xilas olmağa kömək edir.
  • İdman ürəyinağciyərin funksiyasını gücləndirir, bədəni oksigenlə tam təmin edir və damarlardakı qan dövranını artırır. Nəticədə isə təngnəfəsliyi və yuxusuzluğu aradan qaldırır.
  • Beyin damarlarının açılmasına, beyində serotoninmelotonin hormonlarının aktivləşməsinə kömək edir.

İdmanın növləri

redaktə

İstinadlar

redaktə
  1. "List of Summer and Winter Olympic Sports and Events". The Olympic Movement. 2018-11-14. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-03.
  2. Council of Europe. "The European sport charter". 6 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 March 2012.