Çingiz Hüseynzadə

Çingiz Hüseynzadə (21 iyul 1951, Bakı) — Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti.

Çingiz Hüseynzadə
Vəzifədədir
1996-cı ildən
1996 – 2023
Şəxsi məlumatlar
Doğum tarixi 21 iyul 1951(1951-07-21) (73 yaş)
Doğum yeri
Təhsili
Həyat yoldaşı

Təltifləri "Şöhrət" ordeni — 2007"Şərəf" ordeni — 2021
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Çingiz Hüseynzadə 21 iyul 1951-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1969–1975-ci illərdə BDU-nun Şərqşünaslıq fakültəsində təhsil almışdır. 1977–1988-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunda çalışmışdır.

1988-ci ildə "XIII əsrə qədərki orta əsrlər ərəbdilli yazılı abidələrdə türk mənşəli antroponimlər" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1990–1992-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində işləmişdir.

1993-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər idarəsi elm sektor müdiri, 1993–1997-ci illərdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət şöbəsində məsləhətçi vəzifələrində çalışmışdır.

2005-ci ildə "Azərbaycan dilində morfoloji norma" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 100-ə yaxın elmi əsəri vardır. "Azərbaycan dilində morfoloji norma", "Dil norması və kriminalistika" (həmmüəllif), "Orta əsrlər ərəbdilli yazılı abidələrdə türk mənşəli antroponimlər" adlı monoqrafiyaların müəllifidir.

31 iyul 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş Məclisində vitse-prezident seçilib. 1 oktyabr 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcra Aparatının rəhbəri təyin edilib. 2009-cu ildən İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidentidir. 2013-cü ildən Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, "Olimpiya" jurnalının baş redaktorudur.

Azərbaycan Atletika Federasiyasının prezidenti (1996–01.04.2023)[1].

Filologiya elmləri doktoru, türkoloq, Əməkdar Elm Xadimi Muxtar Hüseynzadənin oğludur. O, filologiya elmləri doktoru, professordur.

Ailəsi

redaktə

Ailəlidir. 1 övladı, 2 nəvəsi var.

Mükafatları

redaktə

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında Olimpiya Hərəkatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni (2007)[2] və "Şərəf" ordeni (2021) ilə təltif edilib[3]. 2001-ci ildə “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi”, 2010-ci ildə Avropa Olimpiya Komitəsinin “Olimpiya Şöhrəti” mükafatına layiq görülüb.

İstinadlar

redaktə
  1. "Избран новый президент Федерации атлетики Азербайджана - ФОТО". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.
  2. "Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvləri və əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  3. Ç. M. Hüseynzadənin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı