Çarli Çaplinin filmoqrafiyası

Çarli Çaplinin (1889–1977) çəkdiyi filmlər üzərində işlədiyi dövr 1914–1967-ci illəri əhatə edir

İngilis aktyoru, komiki və rejissoru Çarli Çaplinin (1889–1977) çəkdiyi filmlər üzərində işlədiyi dövr 1914–1967-ci illəri əhatə edir. O, kinoda çalışdığı ilk illər ərzində ifa etdiyi avara obrazı ilə bütün dünyada tamaşaçılar tərəfindən bütləşdirilərək şöhrət qazandı. 1910-cu və 1920-ci illərdə onu planetin ən tanınmış siması hesab edirdilər.[1]

Çarli Çaplin məşhur avara rolunda

Çaplin Londonda anadan olmuş və doqquz yaşından etibarən səhnəyə çıxmışdır.[2] 1913-cü ildə Fred Karnonun komediya qrupu ilə ABŞ qastrolunda olarkən, Çaplin Mak Sennetin Keystone film company studiyası ilə müqavilə bağlayır. O, Keystone-da çalışdığı zaman ssenarilər yazmağa və baş rolda özünün çəkildiyi bir neçə film çəkməyə başlayır. 1915-ci ildə Çaplin Essanay Film Manufacturing Company, bir ildən sonra isə Mutual Film Corporation şirkətlərilə müqavilə imzalayır. 1918-ci ildə Çaplin əvvəlcə First National studiyasında, daha sonra isə Meri Pikford, Duqlas Ferbenks və Devid Uork Qriffitlə birgə yatadığı United Artists şirkətində şəxsi filmlərini ərsəyə gətirməyə başlayır.[3] 1940-cı illərin sonu, 1950-ci illərin əvvəlində Çaplin kommunizm tərəfdarı olması ittihamı irəli sürülsə də, özü bu məsələni inkar edib.[4] O, Britaniya vətəndaşı olaraq qalmışdı. 1952-ci ildə "Səhnə işıqları" filminin premyerasında iştirak etmək üçün İngiltərəyə gedərkən, onun ABŞ ərazisinə daxil olmaq icazəsi ləğv olunur.[5] Buna görə də Çaplin ömrünün sonuna qədər İsveçrədə məskunlaşır. Rejissor özünün son iki filmini İngiltərədə çəkir.

Çaplin yaradıcılığı ərzində Kinematoqrafik sənətlər və elmlər Akademiyası tərəfindən üç mükafata layiq görülüb. 16 may 1929-cu ildə təşkil olunmuş ilk Akademiya Mükafatlarının təqdimetmə mərasimində o, "Sirk" (1928) filminə görə əvvəlcə Ən yaxşı aktyorƏn yaxşı rejissor nominasiyasiyasında Oskar mükafatına namizəd göstərilmişdi, lakin Akademiya hər iki namizədliyi aradan qaldırır və əvəzində Çaplin ssenari, rejissorluq, prodüserlik və aktyorluğa görə Fəxri Oskar Mükafatına layiq görülür.[6][7] 1972-ci ildə onun bütün kino nailiyyətlərinə həsr olunmuş növbəti fəxri mükafatı qəbul etmək üçün təxminən iyirmi il sonra ABŞ-yə qayıtmışdır. Bir il sonra isə "Səhnə işıqları" filminin musiqisi Ən yaxşı musiqiyə görə Oskar mükafatına layiq görülür, lakin "Səhnə işıqları" filmi 1972-ci ilə qədər 20 il müddətində Los-Anceles ərazisinə buraxılmır və Oskar mükafatına təqdim olunmaq üçün münasib hesab edilmirdi.[7] Çaplin 1940-cı ildə "Böyük diktator" filmi ilə Ən yaxşı aktyorƏn yaxşı orijinal ssenari nominasiyalarında Oskar mükafatına namizəd olub. 1942-ci ildə Çaplin "Qızıl hərisliyi" filminin yeni versiyasını hazırlayır və 1925-ci ildə çəkilmiş səssiz filmə musiqi yazılışını həyata keçirir. "Qızıl hərisliyi" filmi Dram və ya komediya filmində Ən yaxşı musiqiyə görə Oskar mükafatına namizəd olub. Çaplinin bu mükafata sonuncu namizədliyi 1947-ci ildə "Müsyö Verdu" filminin ssenarisinə görə olub.[7]

2011-ci ilin nəticələrinə görə Çaplinin baş rolu ifa etdiyi 6 film Amerika Filmlərin Milli Reyestrinə daxil edilmişdir: "İmmiqrant" (1917), "Uşaq" (1921), "Qızıl hərisliyi" (1925), "Böyük şəhərin işıqları" (1931), "Yeni zamanlar" (1936) və "Böyük diktator" (1940). Seçilən filmlər sırasında Çaplinin kiçik rolda göründüyü "Şou adamları" (1928) filmi də yer alır.[8] Çarli Çaplin kinematoqrafdakı xidmətlərinə görə Şöhrət xiyabanında ulduza malikdir.[9]

Rəsmi filmləri

redaktə

Çaplin 1964-cü ildə "Mənim tərcümeyi-halım" adlı kitabında rəsmi filmoqrafiyasını çap etmişdir. Filmoqrafiya 1914-cü ildən başlayaraq, 80 kinofilmi əhatə edir. Daha ətraflı məlumata isə, Devid Robinsonun 1985-ci ildə çıxan və özündə 81-ci qeyd kimi rejissorun sonuncu filmi "Honkonqlu qrafinya"nı (1967) əks etdirən "Çaplin: Həyatı və sənəti" bioqrafik kitabında rast gəlmək olar. 2010-cu ildə yeni kəşf olunan 82-ci "Oğru ovçusu" filmi də siyahıya əlavə edilir. Keystone-un erkən istehsal etdiyi işlərdən olan bu film, o zamana qədər itmiş hesab edilirdi.[10]

"Sirk" filmi (1928) də daxil olmaqla, Çaplinin bir çox filmləri səssizdir. Buna baxmayaraq, onların bəzilərinə saundtreklər əlavə olunaraq yenidən işlənib. "Böyük şəhərin işıqları" (1931) və "Yeni zamanlar" (1936) filmləri ilk buraxılışda səssiz olublar, lakin sonradan bu ekran əsərlərinə saundtreklər, musiqi və səs effektləri, həmçinin sonuncu filmə danışıq əlavə edilmişdi. Çaplinin sonuncu beş filmi səsli çəkilmişdir. "Honkonqlu qrafinya" filmi istisna olmaqla, onun bütün filmləri 35 mm-lik ağ-qara kinolentə çəkilmişdir.

Rejissorun filmləri haqqında məlumatlar, onların təqdimat tarixi, obrazların adı və xülasələr Devid Robinsonun kitabı ilə yanaşı, Cerald D. Makdonald, Maykl Konvey və Mark Riççinin yazdığı "Çarli Çaplinin filmləri" (1965) kitabında da yer almışdır.

Keystone

redaktə

Çaplin Keystone Studios-un 36 filmində iştirak edib. Bütün filmlərin prodüseri Mak Sennetdir.

Premyera Filmin adı Orijinal adı Vəzifəsi Qeydlər
Bəstəkar Prodüser Ssenarist Rejissor Rol
2 fevral 1914 Yaşamaq üçün gəlir ing. Making a Living  N  N  N  N Conni
7 fevral 1914 Venesiyada uşaq avtomobil yarışları ing. Kid Auto Races at Venice  N  N  N  N avara "Zeytunlar və ağaclar" filmi ilə birlikdə ortaq lentdə buraxılıb (bir hissədə iki film).
9 fevral 1914 Meyblin son dərəcə çətin vəziyyəti ing. Mabel's Strange Predicament  N  N  N  N avara Daha əvvəl çəkilsə də, "Venesiyada uşaq avtomobil yarışları" filmindən sonra nümayiş olunub. Avara obrazının geyimi ilk dəfə bu filmdə görünüb.[11]
19 fevral 1914 Oğru ovçusu ing. A Thief Catcher  N  N  N  N polis 2010-cu ildə aşkar edilmişdir.[10]
28 fevral 1914 İki leysan arasında ing. Between Showers  N  N  N  N arvadbaz
2 mart 1914 Conni kinoda ing. A Film Johnnie  N  N  N  N Conni
9 mart 1914 Qarışıq tanqo ing. Tango Tangles  N  N  N  N sərxoş rəqqas
16 mart 1914 Onun sevimli məşğuliyyəti ing. His Favourite Pastime  N  N  N  N sərxoş
26 mart 1914 Qəddar, qəddar sevgi ing. Cruel, Cruel Love  N  N  N  N lord Helpus
4 aprel 1914 Ən yaxşı sakin ing. The Star Boarder  N  N  N  N ən yaxşı sakin
18 aprel 1914 Meybl sükan arxasında ing. Mabel at the Wheel  N  N  N  N yaramaz İki hissə
20 aprel 1914 Sevginin iyirmi dəqiqəsi ing. Twenty Minutes of Love  N  N  Y  Y cibgir
27 aprel 1914 Kabaredə tutulan ing. Caught in a Cabaret  N  N  N  N ofisiant İki hissə
Həmmüəllif: Meybl Normand
4 may 1914 Yağışda tutulan ing. Caught in the Rain  N  N  Y  Y otelin sərxoş sakini
7 may 1914 İş günü ing. A Busy Day  N  N  Y  Y arvad "Səhər qəzetləri" maarifləndirici filmi ilə ortaq lentdə buraxılıb.
1 iyun 1914 Həlledici çəkic ing. The Fatal Mallet  N  N  N  N pərəstişkar
4 iyun 1914 Onun dostu quldurdur ing. Her Friend the Bandit  N  N  Y  Y quldur İtirilmiş film.[12] Çaplinin yeganə məlum itmiş filmi.
Ortaq rejissor: Meybl Normand
11 iyun 1914 Nokaut ing. The Knockout  N  N  N  N hakim İki hissə
13 iyun 1914 Meyblin iş günü ing. Mabel's Busy Day  N  N  N  N sərxoş zəhlətökən
20 iyun 1914 Meyblin ailə həyatı ing. Mabel's Married Life  N  N  Y  Y Meyblin əri Həmmüəllif: Meybl Normand
9 iyul 1914 Nəşələndirici qaz ing. Laughing Gas  N  N  Y  Y diş həkiminin köməkçisi
1 avqust 1914 Mülkiyyətçi ing. The Property Man  N  N  Y  Y mülkiyyətçi iki hissə
10 avqust 1914 Üzü barın döşəməsinə ing. The Face on the Bar Room Floor  N  N  Y  Y rəssam "Bar otağı üstündəki üz" poeması əsasında
13 avqust 1914 İstirahət ing. Recreation  N  N  Y  Y avara "Yosemit" qısametrajlı səyahət filmi ilə ortaq lentdə buraxılıb.
27 avqust 1914 Maskarad maskası ing. The Masquerader  N  N  Y  Y kinoaktyor
31 avqust 1914 Onun yeni sənəti ing. His New Profession  N  N  Y  Y Çarli
7 sentyabr 1914 Bədxərclər ing. The Rounders  N  N  Y  Y əyyaş
14 sentyabr 1914 Təzə dalandar ing. The New Janitor  N  N  Y  Y dalandar
10 oktyabr 1914 Bu sevgi əzabları ing. Those Love Pangs  N  N  Y  Y avara
26 oktyabr 1914 Xəmir və dinamit ing. Dough and Dynamite  N  N  Y  Y Pyer İki hissə
Həmmüəllif: Mak Sennet
29 oktyabr 1914 Ədəbsiz centlmen ing. Gentlemen of Nerve  N  N  Y  Y kasıb yarış həvəskarı
7 noyabr 1914 Onun musiqi karyerası ing. His Musical Career  N  N  Y  Y Çarli
9 noyabr 1914 Onun görüş yeri ing. His Trysting Place  N  N  Y  Y ər İki hissə
14 noyabr 1914 Tillinin yarımçıq sevgi macərası ing. Tillie's Punctured Romance  N  N  N  N Çarli Altı hissə
Alfred Bolduin Sloun və Edqar Smitin "Tillinin qarabasması" pyesi əsasında
5 dekabr 1914 Baş tutan tanışlıq ing. Getting Acquainted  N  N  Y  Y cənab Sniffls
7 dekabr 1914 Onun tarixəqədərki keçmişi ing. His Prehistoric Past  N  N  Y  Y avara İki hissə

Essanay

redaktə

Çaplin Essanay Film Manufacturing Company studiyasında 15 filmin rejissoru, ssenari müəllifi və aktyoru olub. Bütün bu filmlərin prodüseri Cess Robbinsdir.

Premyera Filmin adı Orijinal adı Vəzifəsi Qeydlər
Bəstəkar Prodüser Ssenarist Rejissor Rol
1 fevral 1915 Onun yeni işi ing. His New Job  N  N  Y  Y statist
15 fevral 1915 Aramsız gecə ing. A Night Out  N  N  Y  Y avara Edna Pörviensin debütü
11 mart 1915 Çempion ing. The Champion  N  N  Y  Y titula namizəd
18 mart 1915 Parkda ing. In the Park  N  N  Y  Y Çarli Bir hissə
1 aprel 1915 Avtomobildən qaçış ing. A Jitney Elopement  N  N  Y  Y Ednanın sevgilisi
11 aprel 1915 Avara ing. The Tramp  N  N  Y  Y avara
29 aprel 1915 Dənizdə ing. By the Sea  N  N  Y  Y avara Bir hissə
21 iyun 1915 İş ing. Work  N  N  Y  Y usta köməkçisi
12 iyul 1915 Qadın ing. A Woman  N  N  Y  Y Çarli
"qadın"
9 avqust 1915 Bank ing. The Bank  N  N  Y  Y bank süpürgəçisi
4 oktyabr 1915 Şanxaylaşmış ing. Shanghaied  N  N  Y  Y Çarli
20 noyabr 1915 Müzik-hollda gecə ing. A Night in the Show  N  N  Y  Y cənab Pest
cənab Roudi
18 dekabr 1915 Karmen ing. Burlesque on Carmen  N  N  Y  Y don Hozyeri 22 aprel 1916-cı ildə yenidən buraxılıb. Müəllif hüquqlarından kənarda qalmış dörd hissə Leo Vayt tərəfindən toplanmışdır.
27 may 1916 Polis ing. Police  N  N  Y  Y Çarli
11 avqust 1918 Üçqat xoşagəlməzlik ing. Triple Trouble  N  N  Y  Y süpürgəçi Xüsusi tədqiqat aparılmadan "Polis" filmindən səhnələr və "Həyat" adlı tamamlanmamış qısametrajlı filmlə birlikdə Leo Vayt tərəfindən toplanmışdır. Burada Vaytın müəllifi olduğu yeni materiallar da var idi. Çaplin bu filmi öz tərcümeyi-halında daxil edir.

Mutual Film Corporation şirkətində ssenari müəllifi, prodüser, rejissor və aktyor kimi iştirak etdiyi 12 film çəkib. Şirkətin istehsal etdiyi bütün filmlər iki hissədən ibarət metraja malikdir. 1932-ci ildə Van Beuren Studios şirkətinin təsisçisi Emedi Van Büren 10,000 $ müqabilində Çaplinin Mutual şirkətində çəkdiyi bütün 12 filmi alır. Həmin filmlərə Cin Rodemik və Vinston Şarplsın musiqiləri və səs effektləri əlavə olunur. Həmçinin filmlər RKO Radio Pictures tərəfindən ikinci dəfə istehsala cəlb olunur.[13]

Premyera Filmin adı Orijinal adı Vəzifəsi Qeydlər
Bəstəkar Prodüser Ssenarist Rejissor Rol
15 may 1916 Mağaza nəzarətçisi ing. The Floorwalker  N  Y  Y  Y kasıb müştəri Həmmüəllif: Vinsent Brayan
12 iyun 1916 Yanğınsöndürən ing. The Fireman  N  Y  Y  Y yanğınsöndürən Həmmüəllif: Vinsent Brayan
10 iyul 1916 Səfil ing. The Vagabond  N  Y  Y  Y küçə musiqiçisi Həmmüəllif: Vinsent Brayan
7 avqust 1916 Gecə saat bir ing. One A.M.  N  Y  Y  Y sərxoş
4 sentyabr 1916 Qraf ing. The Count  N  Y  Y  Y Teylorun şagirdi
2 oktyabr 1916 Lombard ing. The Pawnshop  N  Y  Y  Y köməkçi
13 noyabr 1916 Ekran arxasında ing. Behind the Screen  N  Y  Y  Y Devid
4 dekabr 1916 Sürüşmə meydançası ing. The Rink  N  Y  Y  Y ofisiant
22 yanvar 1917 Sakit küçə ing. Easy Street  N  Y  Y  Y avara
polis
16 aprel 1917 Müalicə ing. The Cure  N  Y  Y  Y sərxoş centlmen
17 iyun 1917 İmmiqrant ing. The Immigrant  N  Y  Y  Y immiqrant 1998-ci ildə Milli filmlər reyestrinə daxil edilmişdir.[14]
22 oktyabr 1917 Macəra həvəskarı ing. The Adventurer  N  Y  Y  Y məhkumluqdan qaçan

First National

redaktə

1918–1923-cü illəri əhatə edən bu dövrdə Çaplin 9 filmin ssenari müəllifi, prodüseri, rejissoru və baş rolun ifaçısı kimi çıxış edir. Bu filmlər First National tərəfindən istehsal olunmuşdur.

Premyera Filmin adı Orijinal adı Vəzifəsi Qeydlər
Bəstəkar Prodüser Ssenarist Rejissor Rol
14 aprel 1918 İt həyatı ing. A Dog's Life  Y  Y  Y  Y avara Üç hissə
Musiqisi The Chaplin Revue çərçivəsində bəstələnib.
29 sentyabr 1918 İstiqraz ing. The Bond  N  Y  Y  Y avara Yarıhissə. Qardaşı Sidni Çaplinin iştirakı ilə.
20 oktyabr 1918 Çiyinə! ing. Shoulder Arms  Y  Y  Y  Y yeni əsgər Üç hissə
Musiqisi The Chaplin Revue çərçivəsində bəstələnib.
15 may 1919 Günəşli tərəf ing. Sunnyside  N  Y  Y  Y ferma işçisi Üç hissə
15 dekabr 1919 Günün həzzi ing. A Day's Pleasure  N  Y  Y  Y ata İki hissə. Sonradan "Uşaq" filminin ulduzuna çevriləcək Ceki Kuqanın debütü
6 fevral 1921 Uşaq ing. The Kid  Y  Y  Y  Y avara Altı hissə
Musiqisi 1971-ci ildə əlavə edilmişdir.
2011-ci ildə Milli filmlər reyestrinə daxil edilmişdir.[15]
25 sentyabr 1921 Avaralıq dərəcəsi ing. The Idle Class  N  Y  Y  Y avara
ər
İki hissə
2 aprel 1922 Ödəniş günü ing. Pay Day  N  Y  Y  Y işçi İki hissə
26 fevral 1923 Abid ing. The Pilgrim  Y  Y  Y  Y keçmiş məhbus Dörd hissə
Musiqisi The Chaplin Revue çərçivəsində bəstələnib.

United Artists

redaktə

1923-cü ildən başlayaraq, Çaplin öz filmlərini United Artists şirkətində çəkməyə başladı. Bu dövrdə yaranan bütün filmlər tammetrajlı idi. Çaplin burada səkkiz filmin ssenari müəllifi, rejissoru və prodüseri kimi çıxış etdi. O, ilk nümunədən başqa bütün filmlərdə aktyor kimi çəkildi. "Böyük şəhərin işıqları" filmindən başlayaraq, Çaplin öz filmlərinə orijinal musiqi bəstələdi.

Premyera Filmin adı Orijinal adı Vəzifəsi Qeydlər
Bəstəkar Prodüser Ssenarist Rejissor Rol
26 sentyabr 1923 Parisli qadın ing. A Woman of Paris  Y  Y  Y  Y yükdaşıyan Çaplin epizodik rolda çəkilib.
Musiqisi 1976-cı ildə yazılmışdır.
26 iyun 1925 Qızıl hərisliyi ing. The Gold Rush  Y  Y  Y  Y tənha qızılaxtaran Musiqisi 1942-ci ildə yazılmışdır.
1992-ci ildə Milli filmlər reyestrinə daxil edilmişdir.[16]
6 yanvar 1928 Sirk ing. The Circus  Y  Y  Y  Y avara Musiqisi 1970-ci ildə yazılmışdır.
2002-ci ildə Milli filmlər reyestrinə daxil edilmişdir.
30 yanvar 1931 Böyük şəhərin işıqları ing. City Lights  Y  Y  Y  Y avara 1991-ci ildə Milli filmlər reyestrinə daxil edilmişdir.[17]
5 fevral 1936 Müasir zamanlar ing. Modern Times  Y  Y  Y  Y avara 1989-cu ildə Milli filmlər reyestrinə daxil edilmişdir.[18]
15 oktyabr 1940 Böyük diktator ing. The Great Dictator  Y  Y  Y  Y Adenoid Hinkel / bərbər 1997-ci ildə Milli filmlər reyestrinə daxil edilmişdir.[19]
Ən yaxşı kişi roluna görə Oskar mükafatına namizəd[7]
Ən yaxşı filmə görə Oskar mükafatına namizəd[7]
Ən yaxşı orijinal ssenariyə görə Oskar mükafatına namizəd[7]
11 aprel 1947 Müsyö Verdu ing. Monsieur Verdoux  Y  Y  Y  Y müsyö Anri Verdu Orson Uellsin ideyası əsasında[20]
Ən yaxşı orijinal ssenariyə görə Oskar mükafatına namizəd olub.[7]
16 oktyabr 1952 Səhnə işıqları ing. Limelight  Y  Y  Y  Y Kalvero Nümayişindən az sonra Çaplin ABŞ-dən siyasi mühacir kimi getdiyi üçün film Amerika ekranlarından çıxarılmışdır.[21]
Ən yaxşı musiqiyə görə Oskar mükafatına layiq görülmüşdür. (1972-ci ildə Los-Ancelesdə nümayişindən sonra mükafatlandırılması nəzərə alınmışdır.)[7]

British productions

redaktə

1952-ci ildə "Səhnə işıqları" filminin premyerası üçün İngiltərəyə yola düşən Çaplin öyrənir ki, onun Amerikaya qayıdışı üçün icazə ləğv edilib. Bunun nəticəsində rejissorun son iki filmi İngiltərədə çəkildi.

Premyera Filmin adı Orijinal adı Vəzifəsi Qeydlər
Bəstəkar Prodüser Ssenarist Rejissor Rol
12 sentyabr 1957 Kral Nyu-Yorkda ing. A King in New York  Y  Y  Y  Y kral Şadov Sonuncu böyük rolu hesab olunur. Attica-Archway production istehsalıdır.
1972-ci ilədək ABŞ-də təqdimatı olmayıb.
5 yanvar 1967 Honkonqlu qrafinya ing. A Countess from Hong Kong  Y  N  Y  Y yaşlı ofisiant PanavisionTechnicolor texniki göstəricilərilə Universal Production istehsalı
Prodüser: Cerom Epşteyn
Çaplin epizodik rolda çıxış edir.

Digər filmlər

redaktə

Çaplinin rəsmi qəbul olunmuş 82 filmindən əlavə bəzi tamamlanmamış işləri də var. O, özünün epizodik gəliş səhnələrini lentə almış və bir neçə sonradan toplanma filmlərdə görünmüşdür.

Tamamlanmamış filmlər

redaktə
İl(lər) Filmin adı Orijinal adı Vəzifəsi Qeydlər
Bəstəkar Prodüser Ssenarist Rejissor Rol
1915–1916 Həyat ing. Life  N  Y  Y  Y  N Tamamlanmasa da bəzi hissələri The Essanay-Chaplin Revue-da istifadə olunmuşdur.
1918 Filmi necə yaratmalı? ing. How to Make Movies  N  Y  Y  Y özü Heç vaxt toplanmayıb. Bəzi hissələri The Chaplin Revue-da istifadə olunmuşdur.
1981-ci ildə Kevin Braunlou və Devid Gill tərəfindən bərpa edilmişdir.[22]
(adsız film)  N  N  Y  Y  Y özü Harri Loderin iştirakı ilə xeyriyyə filmi
1919 Professor ing. The Professor  N  Y  Y  Y professor Bosko İki hissəli. İstehsalı bitməyib.
təqr. 1922 Xoş və dostyana ing. Nice and Friendly  N  Y  Y  Y avara improvizə xarakterli oçerk
1926 Dəniz qadını ing. A Woman of the Sea  N  Y  N  N  N Tamamlanmağına baxmayaraq, təqdim edilməyib.
24 iyun 1933-cü ildə filmin neqativi yandırılmışdır.
1933 Hər şey dənizdə ing. All at Sea  N  N  N  N özü Alister Kuk tərəfindən çəkilmiş 11 dəqiqəlik film. Çaplinin "Panakeya" qayığında onun və Polett Qoddarın iştirakı ilə göstərilib.[23]
1966–1975 Şıltaqlıq ing. The Freak  N  N  Y  N  N Baş rolda Çaplinin qızı Viktoriyanın çəkilməsi nəzərdə tutulmuşdu.

Toplanmış filmlər

redaktə

Keystone, EssanayMutual şirkətlərində çəkilən bir çox filmlər Çaplinin həmin studiyalardan gedişindən sonra buraxıldığı üçün onun müəlliflik hüququnu özündə əks etdirmir. Bu tam müfəssəl siyahı olmasa da, geniş təqdimatı olan həmin filmlərin ən tanınmışları hesab olunur. Nəticə etibarilə rejissor First National şirkətində çəkdiyi qısametrajlı filmləri 1959-cu və 1975-ci illərdə yenidən işləyib.

Premyera Filmin adı Orijinal adı Vəzifəsi Qeydlər
Bəstəkar Prodüser Ssenarist Rejissor Rol
31 mart 1915 Çarli Çaplinin çıxışı ing. Introducing Charlie Chaplin  N  N  N  N  N Reklam xarakteri daşıyan film Çaplinin filmlərinin proloqu özündə əks etdirirdi.
23 sentyabr 1916 Çaplinin Essanay tamaşası ing. The Essanay-Chaplin Revue  N  N  Y  Y keçmiş dustaq Leo Vayt tərəfindən "Polis" və "Həyat" filmlərinin hissələri arasından toplanmışdır. Əlavə olunan yeni materialın rejissoru Vayt idi.
1916 Bağlanmış ing. Zepped  N  N  N  N  N Birinci Dünya müharibəsinə həsr olunmuş və 7 dəqiqəlik hissədən ibarət təbliğat filmidir. 2009-cu ildə aşkar edilmişdir.[24] Saniyəlik xronometraja malik daha bir parça 2011-ci ildə tapılıb.[25] İlk nüsxəsi eBay vasitəsilə alınmış və hərraca çıxarılmışdır, lakin yeganə təklif ehtiyat qiymətə çatmamışdı.[26]
may 1918 Məni təqib et, Çarli ing. Chase Me Charlie  N  N  Y  Y  N Essanay şirkətinə məxsus yeddi hissəlik montaj materialı. Lenqford Rid tərəfindən montaj edilmişdir. Təqdimatı İngiltərədə olub.
təqr. 1920 Çarli, vur onu ing. Charlie Butts In  N  N  Y  Y  N Essanay-ın ikinci qısametrajlı filmi olan "Aramsız gecə"nin (ing. A Night Out) bir hissəli variantıdır. Özündə digər dublları və Çaplinin Mer Island qrupuna dirijorluq etdiyi natamam çəkiliş materialını birləşdirir.
1938 Çarli Çaplin karnavalı ing. The Charlie Chaplin Carnival  Y  Y  Y  Y mülki şəxsin köməkçisi
dərzi şagirdi
yanğınsöndürən
küçə musiqiçisi
Əlavə edilmiş musiqi və səs effektləri ilə "Ekran arxasında" (ing. Behind the Screen), "Qraf" (ing. The Count), "Yanğınsöndürən" (ing. The Fireman) və "Səfil" (ing. The Vagabond) filmləri əsasında toplanmışdır.
1938 Çarli Çaplinin kalvakadası ing. The Charlie Chaplin Calvacade  Y  Y  Y  Y sərxoş
buz meydançasında sürüşən
sələmçinin köməkçisi
kasıb müştəri
Əlavə edilmiş musiqi və səs effektləri ilə "Gecə saat bir" (ing. One A.M.), "Sürüşmə meydançası" (ing. The Rink), "Lombard" (ing. The Pawnshop) və "Mağaza nəzarətçisi" (ing. The Floorwalker) filmləri əsasında toplanmışdır.
1938 Çarli Çaplin festivalı ing. The Charlie Chaplin Festival  Y  Y  Y  Y mühacir
atılmış
əyyaş
dustaq
Əlavə edilmiş musiqi və səs effektləri ilə "Macəra həvəskarı" (ing. The Adventurer), "Müalicə" (ing. The Cure), "Sakit küçə" (ing. Easy Street) və "İmmiqrant" (ing. The Immigrant) filmləri əsasında toplanmışdır.
25 sentyabr 1959 Çaplinin tamaşası ing. The Chaplin Revue  Y  Y  Y  Y avara
müalicə alan
fərari dustaq
özü
"İt həyatı" (ing. A Dog's Life), "Çiyinə!" (ing. Shoulder Arms), "Abid" (ing. The Pilgrim) və "Filmi necə yaratmalı?" (ing. How to Make Movies) filmləri əsasında toplanmışdır.
1975 Kübar avara ing. The Gentleman Tramp  N  N  N  N  N Çaplini İsveçrədəki evində göstərən toplanma sənədli film

Epizodik rollar

redaktə

Şəxsi istehsalı olan "Parisli qadın" (1923) və "Honkonqlu qrafinya" (1967) filmlərindəki kiçik rollarla yanaşı, aşağıdakı bir neçə epizodik rolları da ifa etmişdir.

İl Filmin adı Orijinal adı Qeydlər
1915 Onun ikinci doğuluşu ing. His Regeneration Çarli Çaplin – müştəri (titrlərdə yoxdur)
1921 Qoz ing. The Nut Çaplinin dublları lentin çap olunmuş variantında mövcud deyil, lakin saxlanılmış bir nümunədə Çaplinin avara obrazını naməlum aktyorun ifa etdiyi müşahidə olunur.[27]
1923 Qəlb satışı ing. Souls for Sale "Parisli qadın" filminin çəkiliş meydançasında nümayiş olunub.
Hollivud ing. Hollywood İtirilmiş film[28]
1928 Şou adamları ing. Show People 2003-cü ildə Milli filmlər reyestrinə daxil edilmişdir.[29]

İstinadlar

redaktə
  1. McDonald, Conway & Ricci. səh. 12
  2. Robinson. səh. 647
  3. Robinson. səh. 267
  4. Robinson. səh. 544–549
  5. Robinson. səh. 572
  6. "History of the Academy Awards". The Academy of Motion Picture Arts and Sciences. 2009. 2010-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-24.
  7. 1 2 3 4 5 6 7 8 "The Academy of Motion Picture Arts and Sciences". The Academy of Motion Picture Arts and Sciences. 2009. 2009-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-24.
  8. "Films Selected to The National Film Registry, Library of Congress 1989–2008". Library of Congress. 2008-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-24.
  9. "The Hollywood Walk of Fame". Hollywood Chamber of Commerce, Inc. 2009. 2018-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-24. Note: Type in "Charlie Chaplin"
  10. 1 2 Brunsting, Joshua. "Charlie Chaplin Film Found at an Antique Sale, Once Thought Lost". The Criterion Cast. 8 iyun 2010. 2010-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-29.
  11. Robinson. səh. 113
  12. Robinson. səh. 122
  13. SilentComedians entry Arxivləşdirilib 2014-01-12 at the Wayback Machine "SilentComedians.com :: View topic - ReelclassicDVD's release of the Van Beuren Chaplin Mutuals" (ingilis). silentcomedians.com. 2014-01-12. 2016-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-30.
  14. "Hooray for Hollywood – Librarian Names 25 More Films to National Registry" (Press-reliz). Library of Congress. 16 noyabr 1998. 2017-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-30.
  15. "'Forrest Gump,' 'Bambi' join US film registry – Classic movies among 25 chosen for preservation by Library of Congress". today.msnbc.msn.com. Associated Press. 2012-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-09MSNBC vasitəsilə.
  16. "25 American films are added to the National Film Registry". The Prescott Courier. Associated Press. 7 dekabr 1992. 2020-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-10.
  17. Andrews, Roberts M. "25 Films Designated For Preservation" (Fee required). St. Louis Post-Dispatch. 11 oktyabr 1991. 2018-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-10.
  18. "Films Selected to The National Film Registry, Library of Congress 1989–2009". Library of Congress. Library of Congress. 2010. 2008-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-10.
  19. "Librarian of Congress Names 25 New Films to National Film Registry" (Press-reliz). Library of Congress. 18 noyabr 1997. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-10.
  20. Robinson. səh. 519–520
  21. Robinson. səh. 579
  22. "How to Make Movies". Charlie Chaplin Encyclopedia. 3 aprel 2010. 2010-09-19 tarixində arxivləşdirilib.
  23. Curran, John. "Shot by young Alistair Cooke, home movie of Chaplin emerges after discovery". The Canadian Press. 2010. 15 aprel 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-14.
  24. Charlotte Higgins. "Collector finds unseen Charlie Chaplin film in tin sold for £3.20 on eBay". The Guardian. 5 noyabr 2009. 2018-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-22.
  25. "Charity shop Charlie Chaplin find could earn man £100,000". Shields Gazette. 2017-06-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-22.
  26. "Rare Charlie Chaplin film fails to sell". BBC News. 30 iyun 2011. 2018-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-22.
  27. Vance, Maietta & Cushman. səh. 91
  28. "Progressive Silent Film List: Hollywood". Silent Era. 2019-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-24.
  29. "25 Films Added to National Film Registry" (Press-reliz). Library of Congress. 16 dekabr 2003. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-24.

Ədəbiyyat

redaktə
  • McDonald, Gerald D.; Conway, Michael; Ricci, Mark (1974). The Films of Charlie Chaplin. Secaucus, New Jersey: Citadel Press. ISBN 978-0-8065-0197-0.
  • Robinson, David (1985). Chaplin: His Life and Art. New York, St. Louis, San Francisco, Hamburg, Mexico: McGraw-Hill. ISBN 0-07-053181-1.
  • Vance, Jeffrey; Maietta, Tony; Cushman, Robert (2008). Douglas Fairbanks. Berkeley and Los Angeles; London, England: University of California Press. ISBN 978-0-520-25667-5.
  • Chaplin, Charles (2003). My Autobiography. Penguin Classics. ISBN 978-0-14-101147-9.

Xarici keçidlər

redaktə